Tbilisidə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirələri anılıb

Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar Gürcüstanda silsilə tədbirlər davam edir.
İnformasiya.az AZƏRTAC-a istinadən xəbər verir ki, mayın 28-də Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, eləcə də səfirliyin əməkdaşları, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman, SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları, ictimai xadimlər Tbilisidə Heydər Əliyevin adına parka gələrək müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Liderin abidəsinin önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları sonra şəhərin Botanika bağında yerləşən, görkəmli azərbaycanlıların panteonunda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin xatirəsini anıblar.

Əlaqədar Xəbərlər

Növbəti xəbər