İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 May, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi Qarabağ

Deputat: Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər möhkəm olmasını bir daha göstərir.

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyevin Laçına səfəri, orada doğma yurd-yuvasına qayıdan sakinlərlə görüşü, sadə insanların yanında olması bir daha onun Azərbaycanın güclü lideri olmasının sübutudur. Bu baxımdan dövlətimizin başçısının rayonlarda çoxsaylı təməlqoyma mərasimləri və açılışlarda iştirakı, xüsusilə ilk 20 ailənin Laçında məskunlaşması müstəqillik günündə onun xalqımıza hədiyyəsidir. Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər möhkəm olmasını bir daha göstərir.

İlk 20 ailə artıq dünəndən Laçında yerləşdirildi və cənab prezident onlara evlərinin açarlarını şəxsən özü təqdim etdi, onlarla bu sevinci birlikdə yaşadı. İyun ayının sonuna qədər əlavə bir çox ailələrin də məskunlaşacağı planlaşdırılır.

Prezident İlham Əliyev Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin həmçinin Xosrov bəy Sultanov, Zəngəzur, Bir Dekabr küçələrində lövhələrin açılış mərasimində iştirak etdi, dağıntıların nümayiş etdiriləcəyi memorial parkdan ibarət  İşğal və Zəfər Muzeyinin təməlini qoydu.

İşğal və Zəfər Muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətinin və ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, Azərbaycanın haqq səsini bütün dünyaya çatdıracaq.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Mənfur düşmənin əsarətindən xilas olan  bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlər edərək bildirir ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq.

Prezidentimizin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir. İndi həmin ərazilərdə tikinti- abadlıq, yenidənqurma işləri geniş vüsət alıb.

Prezidentimizin rəhbərliyi ilə Qarabağımızın qala qapısı sayılan Laçın qısa müddətdə öz əvvəlki şöhrətini bərpa edəcək, onun hər qarışında həyat yenidən canlanacaq, laçınlılar tezliklə öz doğma yurd-yuvalarında şad-firavan yaşayacaqlar.

Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır, məktəb yeni dərs ili üçün hazır olacaq və onlarla müəssisənin yaradılması nəzərdə tutulur.

Bu gün Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması müstəqil respublikamızın gücünün bir daha göstəricisidir. Cənab prezidentimizin də qeyd etdiyi kimi “Bu gün nə müstəqillikdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır. Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq.”

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Tbilisidə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirələri anılıb

Növbəti xəbər

Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib

Əlaqədar Xəbərlər

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Qarabağ

Deputat: İnsanlar oraya köçürüldükdən sonra ölkəmizin iqtisadi imkanları daha da artacaq

7 ay əvvəl
Şanlı Zəfər əbədi yaşayacaqdır
Qarabağ

Şanlı Zəfər əbədi yaşayacaqdır

7 ay əvvəl
Füzuli sakini: Doğma yurdumda hər şey daha gözəl olacaq
Qarabağ

Füzuli sakini: Doğma yurdumda hər şey daha gözəl olacaq

1 il əvvəl
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
Qarabağ

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

1 il əvvəl
Deputat: Bütün bunlar “Böyük Qaydış”ın uğurla icrasına xidmət edir
Qarabağ

Deputat: Bütün bunlar “Böyük Qaydış”ın uğurla icrasına xidmət edir

1 il əvvəl
Şuşa və Suqovuşana fərdi minik avtomobilləri ilə səfər etməyə icazə verilib
Qarabağ

Şuşa və Suqovuşana fərdi minik avtomobilləri ilə səfər etməyə icazə verilib

1 il əvvəl
Növbəti xəbər
Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib

Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib

Azərbaycanın inkişaf edən kiçik ada dövlətlərinə dəstəyi
Sosial

Vahid mövqelər

2 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

2 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycan və Vyetnam arasında əməkdaşlıq üçün yeni üfüqlər açılır

2 saat əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivləri

2 saat əvvəl
Neftçalada Ulu Öndərin xatirəsi yad edilib – FOTOLAR
Gündəm

Neftçalada Ulu Öndərin xatirəsi yad edilib – FOTOLAR

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.