İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
23 İyun, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Tarixi missiya

7 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Müasir dünyamızda ayrı-ayrı dövlətlər arasında ixtilafların gücləndiyi, gərginliklərin artdığı bir zamanda Azərbaycan nəinki hansısa qütbdə təmsil olunur, əksinə, öz müstəqil mövqeyi, balanslı siyasəti ilə sülhə, əməkdaşlığa, qarşıdurmaların aradan qaldırılmasına töhfə verməyə çalışır. Ölkəmizin getdikcə yüksələn beynəlxalq nüfuzu, ayrı-ayrı dövlətlərin xarici siyasətində rəsmi Bakı ilə əlaqələrin inkişafına verilən önəm, ölkə rəhbərlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə rəğbəti, inamı və güvəni, onunla sıx ünsiyyətə can atmaları ölkəmizin ortaya nə qədər böyük siyasi iradə qoyduğunu və üzərinə götürdüyü tarixi missiyanı nə qədər böyük uğurla yerinə yetirdiyini göstərir.

2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış Üçtərəfli Bəyanat, İkinci Qarabağ Müharibəsinə son qoyaraq regionda yeni bir geosiyasi nizamın formalaşmasına səbəb oldu. Bəyanatın əsas məğzi Ermənistanın acınacaqlı hərbi məğlubiyyəti və Azərbaycanın işğaldan azad etdiyi ərazilərin bərpası ilə əlaqədar idi. Bildiyimiz kimi, 2020-ci ildə Azərbaycanın zəfəri ilə başa çatan İkinci Qarabağ Müharibəsi tarixin şanlı səhifələrindən biri kimi yaddaşlara həkk olunub. 27 sentyabrda başlayan və 44 gün davam edən müharibə zamanı Azərbaycan ordusu cəsarət və əzmkarlıq göstərərək işğal altında olan ərazilərinin böyük hissəsini azad etdi. Prezident İlham Əliyevin qətiyyətli liderliyi və Azərbaycan xalqının milli birliyi bu qələbədə mühüm rol oynadı.  Müharibənin gedişində Azərbaycan Silahlı Qüvvələri strateji əhəmiyyətli şəhər və kəndləri, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa kimi mühüm əraziləri azad edərək Ermənistan ordusunu ağır məğlubiyyətə uğratdı. Xüsusilə Şuşa şəhərinin azad edilməsi Azərbaycan xalqı üçün tarixi önəm daşıyan anlardan biri oldu. Bu qələbə Ermənistanı çıxılmaz vəziyyətdə qoydu və müharibənin taleyini həll edən əsas amil oldu. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanat faktiki olaraq Ermənistanın kapitulyasiya aktı hesab olunur. Bəyanata əsasən, Ermənistan ordusu işğal etdiyi Kəlbəcər, Ağdam və Laçın rayonlarından çıxmalı oldu, bu da Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesində mühüm addım idi. Bu sənəd Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini və münaqişənin hərbi mərhələsinin sona çatmasını rəsmi şəkildə təsdiqlədi. Kapitulyasiya aktı, Azərbaycanın tarixi zəfərinin simvolu olmaqla yanaşı, regionda yeni dövrün başlanğıcını da təsdiqlədi. Bu qələbə Azərbaycan xalqının milli iradəsi, əsgər və zabitlərin vətənə olan sədaqəti və xalqın vətənpərvərlik ruhunun təntənəsi idi. Bu tarixi zəfər Azərbaycanın yalnız hərbi gücünün deyil, eyni zamanda beynəlxalq arenada diplomatik iradəsinin təzahürü kimi qəbul edilir. Azərbaycan öz haqlı mübarizəsini və azadlıq savaşını beynəlxalq hüququn normaları çərçivəsində və dünya hərb sənətinin ən müasir üsullarını tətbiq etmək yolu ilə qazandı. Azərbaycanın haqq savaşına dəstək verənlər də oldu. Qardaş Türkiyənin, İsrailin və Pakistanın siyasi-mənəvi və hərbi-texniki dəstəyi ədalətin bərpa olunması üçün möhkəm zəmin yaratdı. Xüsusilə qardaş Türkiyənin açıq siyasi dəstəyi erməni təcavüzünü dəstəkləməyə cəhd göstərən bir sıra destruktiv qüvvələrin bu münaqişəyə müdaxiləsini mümkünsüz etdi. Nəticədə Cənubi Qafqaz bölgəsində 30 il ərzində mövcud olmuş ədalətsiz status-kvo aradan qaldırıldı və yeni reallıqlar yaradıldı. Ermənistanın heç vaxt xəyalına belə gətirmədiyi ən ağır şərtləri qəbul etməkdən başqa çarəsi qalmadı. 2021-ci ilin 15 iyun tarixində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalanması ölkəmizin daimi təhlükəsizliyinə güclü zəmin yaratdı.

10 noyabr tarixli Bəyanatın imzalanması siyasi, diplomatik və iqtisadi sahədə yeni uğurların əldə edilməsi üçün real imkanlar formalaşdırdı. Müharibədən sonrakı dövrdə Laçın sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlaması bütün sərhədlərimizin nəzarət altına alınmasını təmin etdi. Nəhayət bu il sentyabrın 19-20-də böyük uğurla həyata keçirilmiş antiterror tədbirləri Qarabağın bütün ərazisi üzərində suverenliyimizin bərpa olunması ilə nəticələndi. 2020-ci il 10 noyabr Bəyanatı Vətən müharibəsində Azərbaycanın inamlı Qələbəsini təsdiq etməklə yanaşı, həm də bütövlükdə Cənubi Qafqaz bölgəsinin daim közərməkdə olan münaqişə ocağından qarşılıqlı faydalı əməkdaşlıq zonasına çevrilməsi üçün yeni imkanlar yaratdı.

 

Niyaməddin Əsgərov,

YAP Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Yeni kommunikasiya layihələri üçün zəmin yaratmış müqavilə

Növbəti xəbər

Azərbaycan-Türkiyə tandemi

Əlaqədar Xəbərlər

Azərbaycanın arxalandığı güc
Gündəm

“Güclü ordu – güclü dövlət” prinsipi

3 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir

2 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

6 gün əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti

6 gün əvvəl
Şuşa bəyannaməsinə aparan yol
Gündəm

Şuşa bəyannaməsinə aparan yol

6 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycan xalqının tarixi nailiyyəti

1 həftə əvvəl
Növbəti xəbər
Müstəqillik tarixinin qızıl səhifəsi

Azərbaycan-Türkiyə tandemi

Cəbrayıldakı isti ocaqlar…
Sosial

Güclü Azərbaycan Ordusunun təntənəsi

3 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

“Güclü ordu – güclü dövlət” prinsipi

3 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir

2 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.