İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
23 İyun, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan-Türkiyə tandemi

7 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Məlumdur ki, Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətləri çox dərin və qədim tarixi köklərə malikdir. Bu gün, haqlı olaraq ölkələrimiz və xalqlarımız arasında olan münasibətlər dostluğun, qardaşlığın zirvə nöqtəsi kimi dəyərləndirilir. Azərbaycan ilə Türkiyə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ifadə etdiyi: -“Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi: – “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarında dəqiq ifadə olunub. Azərbaycanla Türkiyə arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən danışarkən bir məqamı xüsusilə diqqətə çatdırmaq lazımdır. Bu da ondan ibarətdir ki, hər iki ölkədə əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə həm, dövlətlər səviyyəsində güclü siyasi iradə göstərilir, eyni zamanda, cəmiyyətlər də buna böyük maraq nümayiş etdirirlər.  2020-ci il sentyabr ayının 27-dən noyabr ayının 10-dək Azərbaycanın böyük Zəfərlə yekunlaşdırdığı 44 günlük Vətən müharibəsi, işğaldan azad olunmuş ərazilərdə ölkəmizin postmüharibə mərhələsində start verdiyi bərpa işləri, tarixi “Şuşa Bəyannaməsi”nin imzalanması, həmçinin, Türkiyənin ayrı-ayrı bölgələrində baş verən yanğınların qarşısının alınması istiqamətində birgə fəaliyyət Azərbaycanla Türkiyənin bir-birinə necə möhkəm tellərlə bağlı olduqlarını bütün dünyaya bir daha göstərdi. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış “Şuşa Bəyannaməsi” ilə ölkələrimiz arasında münasibətlər ən yüksək zirvəyə yüksəlib. Sənəddə iki ölkənin bundan sonrakı müttəfiqliyinin və işbirliyinin mühüm istiqamətləri öz əksini tapıb. “Şuşa Bəyannaməsi”ndə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətin uzlaşdırılması, siyasi, hərbi iqtisadi-ticarət əlaqələri, həmçinin, mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi sahələr də əhatə olunub. Azərbaycan və Türkiyə tarix boyu həm, çətin, həm də, xoş günlərdə həmişə bir-birinin yanında olublar. İki ölkə, iki xalq xoş günlərin sevincini birgə bayram etdiyi kimi, ən çətin məqamlarda da bir-birinə arxa-dayaq durmağı bacarır. Qardaş ölkə artıq, tarixdə qalan Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verirdi. Biz, Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğan olmaqla, əksər yüksək səviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana daha da güc verdi. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə dövründə də, Azərbaycan-Türkiyə əlaqələri möhkəmlənməkdədir. Qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa-quruculuq işlərində yaxından iştirak edir. Sevindirici haldır ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər bu iki dövlət arasında daima inkişaf edib və təbii ki, yenə də, edəcək. Bundan sonra da, Türkiyə ilə Azərbaycan iki qardaş ölkə kimi bir yerdə sıx əməkdaşlıq edərək, daim irəli gedəcək. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün də məqsədyönlü düzgün şəkildə həyata keçirilir. Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşıb. Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. Azərbaycan və Türkiyə bundan sonra da, hər zaman bir-birinin yanında olacaq, bir-birinin uğurlarına sevinəcəklər. Şübhəsiz ki, Qarabağ münaşiqəsinin həll olunmasında qardaş ölkə olan Türkiyənin rolu danılmazdır. Türkiyə Prezidenti olan Rəcəb Tayib Ərdoğanın çıxışları və bizə dəstəyi unudulmazdır. Hal-hazırda azad olunmuş torpaqların təmir bərpa işlərində qardaş Türkiyənin rolu yüksəkdir. Azad olunmuş torpaqlarda Türkiyə şirkətləri yorulmadan çalışır və onların səyi nəticəsində  bu bölgələrdə yollar salınır, dəmir yolları çəkilir, tuneller tikilir, infrastruktur layihələr gerçəkləşir. Əminliklə deyə bilərik ki, gələcək illərdə də, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətləri davamlı olacaq, yüksələn xətlə inkişaf edəcək və nəticədə, müqəddəs bayraqlarımız daim zirvələrdə dalğalanacaqdır..

 

Sabit Mehdiyev,

YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Tarixi missiya

Növbəti xəbər

Azərbaycan COP29-a uğurla ev sahibliyi edir

Əlaqədar Xəbərlər

Azərbaycanın arxalandığı güc
Gündəm

“Güclü ordu – güclü dövlət” prinsipi

4 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir

2 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

6 gün əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti

6 gün əvvəl
Şuşa bəyannaməsinə aparan yol
Gündəm

Şuşa bəyannaməsinə aparan yol

6 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycan xalqının tarixi nailiyyəti

1 həftə əvvəl
Növbəti xəbər
Zəfər və inkişaflarla zəngin şanlı 21 il

Azərbaycan COP29-a uğurla ev sahibliyi edir

Cəbrayıldakı isti ocaqlar…
Sosial

Güclü Azərbaycan Ordusunun təntənəsi

4 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

“Güclü ordu – güclü dövlət” prinsipi

4 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir

2 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.