İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 Yanvar, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Şahin İsmayılov: Büdcə dövlətin, həm də güc doktrinasıdır

2 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Biz bu gün burada 2026‑cı il dövlət büdcəsinin müzakirəsi çərçivəsində yalnız rəqəmlər və cədvəllərlə deyil, strateji vəzifələrlə və Azərbaycanın dünya səhnəsində mövqeyinin güclənməsi ilə bağlı dərin siyasi‑iqtisadi təhlillə çıxış edirik. Bizim bu büdcə layihəsi sadəcə xərclərin və gəlirlərin planlaşdırılması deyil, həm də milli iradənin, dövlətin gücünün və beynəlxalq arena ilə ahəngin ifadəsidir”.

Avropa.info xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov parlamentdə 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, 2026‑cı il üçün hazırlanan dövlət büdcəsi, dünya iqtisadi‑geosiyasi şərtlərinin təlatümlü olduğu bir dönəmdə Azərbaycanda sabitliyi və inkişafı təmin etmək məqsədilə hazırlanmışdır. “Bu, yalnız “rəqəmlərin artımı” demək deyil, eyni zamanda Azərbaycanın özünü güclü dövlət kimi təsdiq etməsi deməkdir.
Büdcənin tərtibatı sübut edir ki, dövlət yalnız bu gün üçün deyil, sabah üçün iqtisadi modelin transformasiyası, qeyri‑neft sektorunun artımı və sağlam sosial infrastrukturların yaradılması strategiyası istiqamətində olan qurur.
Təəssüf ki, bu strateji proqramlar bəzən yersiz tənqidlərə və yanlış şərhlərə məruz qalır. Müxalif və pozucu qüvvələr “büdcədə xaos var” kimi iddialarla cəmiyyətdə yanlış təəssürat yaratmağa çalışırlar.

Lakin belə iddialar pafosa deyil faktlarla və dəqiq iqtisadi şərhlərə əsaslanmalıdır.

Bu baxımdan dövlət büdcəsini təkcə xərclər kimi görmək doğru deyil, həm də gələcəyin investisiyasıdır”, – deputat vurğulayıb.

O əlavə edib ki, büdcənin əsas məqsədləri arasında regionların bərpası, gənclərin təhsilə çıxışı, innovasiya mərkəzlərinin yaradılması, və eyni zamanda Azərbaycanın beynəlxalq aktor kimi yerinin daha da güclənməsi yer alır:

“İqtisadi qəbildə “büdcə” sözü soyuq görünə bilər, lakin bu kontekstdə “büdcə” sözü dövlətin azadlıq və güc doktrinasıdır. Bu doktrina isə yalnız planlaşdırma ilə deyil, eyni zamanda həyata keçirilmiş layihələrlə, beynəlxalq əməkdaşlıqlarla, dövlət institutlarının səmərəli fəaliyyəti ilə təzahür edir.

Siyasi arena populizmə yox, məsuliyyətə və faktrlara əsaslanmalıdır. Elm sahəsində, mədəni sahədə, sosial siyasətdə qabağa doğru addımlar atmaq üçün bizə birlik və fikri azadlıq lazımdır.

2026‑cı il dövlət büdcəsi sadəcə rəqəmlər toplusu deyil — bu Azərbaycanın siyasətinin ifadəsi, gələcək nəsillərə verilən vəd, beynəlxalq arenada mövqeyimizin möhkəmlənməsi üçün maliyyə əsasdır. Biz birlikdə bu vədi gerçəkləşdirməliyik”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ulu Öndərin rəhbərliyi ilə YAP-ın təsis olunması müstəqil Azərbaycan tarixində mühüm mərhələnin əsasını qoydu

Növbəti xəbər

Gəncə şəhərində “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində ekskursiya və şəbəkələşmə görüşləri keçirilib

Əlaqədar Xəbərlər

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir

14 saat əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Xüsusi

Həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır

2 həftə əvvəl
Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir
Xüsusi

Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir

4 həftə əvvəl
Elman Nəsirov Cəlilabadın Sabirabad kəndində seçicilərlə görüşüb
Xüsusi

Elman Nəsirov Cəlilabadın Sabirabad kəndində seçicilərlə görüşüb

1 ay əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Kəlbəcərin azad edilməsi Azərbaycanı bölgədə daha güclü hərbi-siyasi aktora çevirdi

2 ay əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Xüsusi

Artıq Ağdam öz sahiblərinə qovuşub

2 ay əvvəl
Növbəti xəbər
Gəncə şəhərində “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində ekskursiya və şəbəkələşmə görüşləri keçirilib

Gəncə şəhərində “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində ekskursiya və şəbəkələşmə görüşləri keçirilib

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycanın inkişafına yol açan uğurlu addım

14 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir

14 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Bərpaolunan enerji potensialımız çox artacaq

14 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

19 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Azərbaycanın yaşıl enerji vizyonu

19 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.