İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
16 İyun, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Xalqının yaddaşının, iradəsinin və əyilməz ruhunun rəmzi

4 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bu gün — Xocalı soyqırımının ildönümündə xalqımız bir daha tariximizin ən ağrılı, eyni zamanda unudulmaz səhifəsini xatırlayır.

Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində Xocalı həqiqətləri ilk dəfə beynəlxalq müstəviyə çıxarıldı, bu faciəyə soyqırımı siyasi-hüquqi qiyməti verildi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə isə bu gün Azərbaycan həmin ədalətin bərpası istiqamətində böyük tarixi addımlar atmış, torpaqlarımızı azad etmiş, ədaləti bərpa etmiş bir dövlət kimi dünyaya öz haqq səsini çatdırır.

İki il əvvəl təməli qoyulan və bu gün Xocalıda ucaldılan Memorial Kompleks Azərbaycan xalqının yaddaşının, iradəsinin və əyilməz ruhunun rəmzidir.

Dünən Prezident İlham Əliyev ailəsi ilə birlikdə Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi, sakinlərlə görüşdü, mühüm mesajlar verdi.

Azərbaycan xalqı tarix boyu bir çox soyqırımı aktlarına, qətliam və faciələrə məruz qalıb. Ancaq heç bir cəhd bu millətin iradəsini qıra, haqq yolundan döndərə bilmədi.

Bu gün dünyada yüzlərlə münaqişə var, ancaq onların heç biri tam həllini tapmayıb. Azərbaycan yeganə dövlətdir ki, torpaqlarını azad edib, qələbəsini tam təmin edib.

Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, revanşistlər anlamalıdırlar ki, bütün cəhdlərin qarşısı çox qətiyyətlə alınacaq. Bu gün Azərbaycan həmin Azərbaycan deyil. Heç kim Azərbaycanın səbrini sınağa çəkməsin.

Bu gün Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canını fəda edən bütün vətən övladlarının, o cümlədən Xocalı şəhidlərinin ruhu şaddır. Artıq qisas alınıb, onların qanı yerdə qalmayıb.

Son illər Azərbaycan Xocalı soyqırımının tanıdılması üçün böyük işlər görüb, mühüm addımlar atıb və atılmaqdadır.

Bu gün həm də gördüyümüz kimi, bir qrup Azərbaycanın inkişafını görmək istəməyən qruplar bu qələbəni unutdurmağa çalışırlar. Bunun üçün bütün güclərini işə salıblar.

Ziddiyyətli məqam odur ki, bu gün müxtəlif ölkələrin liderləri Cənab Prezident haqqında yüksək fikir söylədikləri halda bu qruplar xalqımızın bütün dəyərlərini ayaq altına ataraq ölkəmizin uğurlarına kölgə salmağa çalışırlar. Onlar anlamalıdırlar ki, bu cəhdlər əbəsdir.

Biz Xocalını unutmuruq və unutdurmayacağıq!

Bu, təkcə bir tarix deyil, ədalət uğrunda milli mübarizəmizin simvoludur.

Xocalı şəhidlərinin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq, onların ruhu Azərbaycanın bu günkü gücündə, birliyində və azadlığında daim hiss olunacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ermənistan, bizim beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan sülh sazişini imzalamaqla bağlı təklifimizə cavab vermək istəmir

Növbəti xəbər

Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır

Əlaqədar Xəbərlər

Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

13 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Şuşa Bəyannaməsinin strateji mesajı

15 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Sadiqliyimizi nümayiş etdirən Bəyənnamə

1 gün əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

İmzalanmasının beşinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsi bu gün öz praktiki nəticələrini verir

2 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

3 gün əvvəl
Şuşa bəyannaməsi sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır
Gündəm

Şuşa bəyannaməsi sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır

3 gün əvvəl
Növbəti xəbər
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır

Rəylər 6

  1. Geri izləmə: synthroid levothyroxine
  2. Geri izləmə: ursodiol cost
  3. Geri izləmə: tadalafil buy philippines
  4. Geri izləmə: xenical safe
  5. Geri izləmə: cialis pr
  6. Geri izləmə: vardenafil bluechew reddit
Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib
Sosial

Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib

5 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

13 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

13 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Şuşa Bəyannaməsi – Qardaşlığın və birliyin tarixi sənədi

14 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Şuşa Bəyannaməsinin strateji mesajı

15 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.