İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
4 Avqust, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Şahin İsmayılov: Azərbaycanın qlobal məsələlərdə iştirakı və səyləri göz qabağındadır

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyevin Almaniyaya səfəri və səfər çərçivəsində keçirilən görüşlər kifayət qədər vacib məsələləri əhatə edirdi. Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə reallaşan səfərə nəzər saldıqda aydın şəkildə görünür ki, Avropa Azərbaycanın regiondakı xüsusi rolunu, eyni zamanda Avropa ölkələrinin tərəfdaşlığının vacibliyini bilir və münasibətləri ona uyğun qurur. Azərbaycan Prezidentinin Berlində təntənəli qarşılanması da buna işarə edir.

Prezident İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı Azərbaycanın COP29-a ev sahibliyi çərçivəsində qısa müddət ərzində görülən və bundan sonra da davam edəcək işlərlə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandıraraq hazırlığın fəal mərhələsində olduğumuzu bildirdi. Yaxşı nəticələrə nail olmaq üçün əlimizdən gələni etdiyimizi deyən Azərbaycan Prezidenti ölkəmizin qlobal məsələlərə verdiyi töhfəsi ilə bağlı iradəni nəzərə çatdırdı. Son illər ərzində Azərbaycanın qlobal məsələlərdə iştirakı və səyləri göz qabağındadır. Bu səbəbdən dünya ölkələri Azərbaycanın sərhədsiz təşəbbüs və töhfələrinə  inanır. Cənab Prezident də çıxışında COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilməyi beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətinə hörmətinin əlaməti kimi qiymətləndirdiyini qeyd etdi.

Heç kimə sirr deyil ki, Azərbaycan Avropanın ererji təhlükəsizliyində xüsusi rol oynayır. “Petersberq Dialoqu”nda bu məsələyə toxunan Azərbaycan Prezidenti təbii qaz təchizatçısı olan Azərbaycanın Avropa üçün yaşıl enerji təchizatçısı da olacağını ifadə etdi. 2027-ci ilə qədər enerji potensialı 2 qiqavat olan 9, 2030-cu ilə qədər isə əlavə olaraq enerji potensialı 5 qiqavata qədər olan 10 külək və günəş elektrik stansiyasının tikiləcəyini bildirdi. Qeyd edilən rəqəmlər Azərbaycanın enerji təzhiçatçısı kimi günbəgün irəlilədiyini göstərir. 2022-ci ildə Avropa İttifaqı ilə imzalanan memorandum da göstərir ki, Azərbaycan uğurlu tərəfdaşdır. Onu da qeyd etmək lazımdır ki, Avropada təbii qaza olan qaza tələbat artdıqca Azərbaycan lazım olduğu qədər təchiz etmişdir. Avropa İttifaqının doqquz üzvü ilə “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr imzalanıb ki, bu da Azərbaycanın öz tətəfdaşları ilə əməkdaşlığı davam etdirmək və yeni tərəfdaşlıqlara imza atmaq iqtidarında olduğuna əyani sübutdur.

İşgüzar səfərin diqqət çəkən məqamlarından biri də Qarabağın hava qapısı olan Füzuli hava limanından başlayan səfərin həmvətənlərimizin coşqusu ilə davam etməsi oldu. Avropada yaşayan Azərbaycanlılar öz Prezidentini Berlində böyük qürur hissi ilə qarşıladılar. Bu isə, müxtəlif qaragürühların havadarlarına nümayiş etdirmək üçün reallaşdırmaq istədiyi dırnaqarası missiyasını iflasa uğratdı. Dünyanın hər bir yerində yaşayan əsl azərbaycanlılar qalib Azərbaycanın Ali Baş Komandanını qürurla dəstəkləyir. Azərbaycan Prezidentinin qalibiyyəti isə müharibəni udmaqla məhdudlaşmır. Azərbaycan üçün böyük işlər görür, yeri gəldikdə siyasi və iqtisadi sferada bütün bəd niyyətli qüvvələrə qarşı vuruşur. Nəticədə Azərbaycanın davamlı inkişafı təmin olunur.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan və qırğız xalqları arasında qarşılıqlı yardım əlaqələri gücləndirilir

Növbəti xəbər

O boyda parlament gör kimlərin ümidinə qalıb…

Əlaqədar Xəbərlər

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

2 həftə əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

2 həftə əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

3 həftə əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Siyasət

“IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan bu gün regionun əsas söz sahibi olan dövlətlərindən biridir” – Elşən Musayev

3 həftə əvvəl
Növbəti xəbər
Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”

O boyda parlament gör kimlərin ümidinə qalıb…

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

20 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

20 saat əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

23 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

23 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Xüsusi

Türk dünyasının inteqrasiyasında mühüm addım

23 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.