İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 İyun, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Şahin İsmayılov: Azərbaycan dost ölkə olan Macarıstan ilə əməkdaşlığa böyük önəm verir

1 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasət kursu nəticəsində bu gün ölkəmiz beynəlxalq münasibətlər sistemindəki mövqelərini gündən-günə möhkəmləndirir. Yalnız regionunda deyil, artıq daha geniş coğrafiyada mühüm güc mərkəzlərindən birinə çevrilən Azərbaycan daim tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov söyləyib.

Şahin İsmayılov qeyd edib ki, Azərbaycan dost ölkə olan Macarıstan ilə əməkdaşlığa böyük önəm verir. Ölkələrimiz arasında 2014-cü ildə qurulan strateji tərəfdaşlıq münasibətləri 2023-cü ildə Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması ilə daha da möhkəmləndirilib.

Azərbaycanın ilə Macarıstanın müstəqil xarici siyasət yürüdən nadir ölkələrdən olduqlarını söyləyən komitə sədri deyib: “Ötən illər ərzində həyata keçirilən yüksəksəviyyəli səfərlər, aparılan müzakirələr, qəbul olunan qərarlar və onların səmərəli icrası ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafını təmin edib”.

Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə həyata keçirilən strateji əhəmiyyətli enerji layihələrinin Avropanın enerji təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrildiyini söyləyən Şahin İsmayılov qeyd edib ki, ixrac coğrafiyasını daha da genişləndirən Azərbaycan bu gün 12 dövləti, o cümlədən Macarıstan da daxil olmaqla 10 Avropa ölkəsini təbii qazla təchiz edir. Eyni zamanda, Macarıstan şirkəti Azərbaycanda neft-qaz sahəsində müxtəlif layihələrin icrasında iştirak edir. Həmçinin ölkələrimiz yaşıl enerji sahəsində də birgə layihələr icra edirlər. Bu xüsusda, 2022-ci ildə imzalanmış “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” böyük əhəmiyyət kəsb edir.

“Prezident İlham Əliyev Macarıstanda mətbuata bəyanatında Azərbaycanın Vətən müharibəsindəki tarixi Zəfərinə, sülh danışıqlarına dair həqiqətləri bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Ermənistanın 30 illik işğalına 44 gün ərzində son qoyan Azərbaycan eyni zamanda sülh müqaviləsinin mətninin də müəllifidir. Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiasının aradan qaldırılması, ATƏT-in Minsk qrupunun ləğv edilməsi zəruridir. Ermənistan tərəfi gec-tez Azərbaycanın bu haqlı tələblərini də icra edəcək”, – deyə komitə sədri vurğulayıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Energetika sahəsində uğurlu əməkdaşlıq

Növbəti xəbər

Azərbaycanın Avropa Siyasi Birliyinin 6-cı Zirvə Toplantısında İştirakı: Geosiyasi Əhəmiyyəti, Qlobal Fürsətlər və Yeni Perspektivlər

Əlaqədar Xəbərlər

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR
Gündəm

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR

2 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

2 gün əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Şuşa Bəyannaməsinin strateji mesajı

2 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Sadiqliyimizi nümayiş etdirən Bəyənnamə

2 gün əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

İmzalanmasının beşinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsi bu gün öz praktiki nəticələrini verir

3 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

4 gün əvvəl
Növbəti xəbər
Azərbaycanın Avropa Siyasi Birliyinin 6-cı Zirvə Toplantısında İştirakı: Geosiyasi Əhəmiyyəti, Qlobal Fürsətlər və Yeni Perspektivlər

Azərbaycanın Avropa Siyasi Birliyinin 6-cı Zirvə Toplantısında İştirakı: Geosiyasi Əhəmiyyəti, Qlobal Fürsətlər və Yeni Perspektivlər

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR
Gündəm

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR

2 saat əvvəl
Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib
Sosial

Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

2 gün əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

2 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Şuşa Bəyannaməsi – Qardaşlığın və birliyin tarixi sənədi

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.