İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
20 Oktyabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Qərbin siyasi maraqlarının acı nəticələri

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Təəssüf ki, Fransanın əlaltısına çevrilən bir qrup avropalı parlamentari təmsil olunduqları ölkələri də gözdən salmış olurlar

Bu gün bir çox Qərb ölkələri nə qədər demokratiyadan danışsalar da, amma  yürütdükləri qərəzli siyasətlə demokratiyanı ayaqlar altna atmış olurlar. Biz bunu Fransanın timsalında açıq-aydın görürük. Məhz Fransanın Azərbaycana qarşı flaqmanlıq etdiyi qara kampaniyaya qoşulan ölkələrin sayı artmaqdadır. Əlbəttə ki, bu, siyasi qısqanclıqdan irəli gəlir. Ermənitsana milli-mənəvi baxımdan yaxın olan ölkələr bu kampaniyalarda aktiv iştirak edirlər. Həmçinin Almaniya da xristian ölkəsi olaraq Ermənistanı bir çox hallarda dəstəkləyən ölkələr sırasındadır. Maraqlıdır ki, təkcə Almaniya dövləti deyil, alman xalqı da ermənilərə öz isti münasibəti ilə seçilir. Amma bütün hallarada Almaniya Fransa kimi açıq şəkildə Ermənistanı müdafiə etmir. Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bu baxımdan Almaniyanın neytrallıq nümayiş etdirdiyini bildirib. “Almaniya Fransadan fərqli olaraq alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir”, – deyə dövlətimizin başçısı əlavə edib.

Fransa kimi ölkələr Azərbaycanın öz ərazi bütovlüyünü bərpa etməsini qəbul edə bilmirlər. Buna görə də ölkəmizə qarşı böhtançı çıxışlar edirlər. Amma yayılan məlumatlar görə, hazırda Fransada seçki saxtakarlığı, dözümsüzlük, hökumətin təqibləri, korrupsiya, iştən atılanların etirazları, sosial narazılıqlar və s. artmaqdadır. Fransada da söz azadlığı mütləq deyil. Ayrıseçkilik və siyasi səbəblərdən həbs olunmuş insanlar da var.

Cənab Prezident görüşdə Azərbaycana qarşı əsasız iddialar səsləndirənlərə də sərt mesaj verib: “Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir”. Göründüyü kimi, biz haqlı tərəfik. Mübarizlik göstərib işğalçını torpaqlarımızdan qovmuşuq. Fransa isə törətdiyi soyqrımları bu gün də danır. Bu ölkə hələ özündə söz azadlığı və demokratiyanı tam şəkildə yarada bilməyib. Çünki onların gerçəkləşdirilməsi üçün öz siyasi maraqlarından keçməlidirlər. Hər bir mədəniyyətin özünəməxsus azadlıq məhdudiyyətləri var. Bu məhdudiyyətlər həmin cəmiyyətdə hökm sürən ictimai dəyərlərə əsaslanır. İctimai dəyərlər cəmiyyətlər arasında fərqlidir və hər bir cəmiyyət hər hansı səbəbdən məhz öz dəyərlərini mütləq həqiqət kimi görüb, bütün başqa cəmiyyətlərin dəyərlərini pisləyir. Azərbaycan cəmiyyəti azadlıq və demokratiyanı ən yüksək dəyər kimi görür. Lakin Qərbdə bu dəyərlərin tərifi fərqlidir…

Biz vaxtilə dünyanı bürüyən maliyyə böhranı, eləcə də COVİD-19 günlərində  Avropanın necə çökdüyünün şahid olduq. Əksər Avropa ölkələri, elə Fransa və   Almaniya hökumətləri də həmin günlərdə böhranın onlara təsiri etmədiyini bildirdilər. Lakin yayılan məlumatlardan göründürdü ki, hər iki ölkə bu böharının içində çabalayırdılar.

Məhz bu qlobal hadisələrdən sonra Avropanın və Avropa Birliyinin, o cümlədən Avropa Şurasının gələcək səmərəliliyini artıq hər kəs şübhəli görünür. Çünki Avropa ölklərinin nə təşkilat olaraq, nə də fərdi olaraq birliyini görə bilmədik. Ona görə də öz problemlərini həll edə bilmədilər. Belə dəsək, Avropa bu imtahandan üzağ çıxa bilmədi.

Alman perlamentarilərinin  Azərbaycana qarşı beynəlxalq kampanyilara qoşulması siyasi maraqlara xidmət edir. Əlbəttə ki, bu və yerli KİV-lərində yayımlanan məlumatlar Almaniya hökumətinin rəsmi siyasətini əks etdirmir. Prezident nitqində Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə qarşı edilən əsasız çıxışlara və reallığa uyğun olmayan addımlara da toxunub: “Öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür”. Təəssüf ki, Fransanın əlaltısına çevrilən bir qrup avropalı parlamentari təmsil olunduqları ölkələri də gözdən salmış olurlar.

Nəzərə çatdıraq ki, bu gün Avropa ölkələrində demoqrafik böhran da yaşanır. Eyni zamanda ailə və digər ənənəvi cəmiyyət institutları sıradan çıxmaqdadır. Bu problemlərin uzaq gələcəkdə Fransa, Almaniya və s. Avropa ölkələrinin iqtisadiyyatına da öz mənfi təsirini göstərəcəyi proqnozlaşdırılır. Azərbaycan isə bunun əksinə olaraq ildən-ilə daha da güclənir və inkişaf edir.

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Tarixi fürsət

Növbəti xəbər

Almaniya şirkətləri Azərbaycanda əsasən hansı sahəyə maraq göstərir?

Əlaqədar Xəbərlər

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngilan dirçəlir

11 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Füzulidə bərpa və quruculuq salnaməsi

11 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Sosial

TDT-nin artan nüfuzu

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Cəbrayılın inkişaf perspektivləri

2 həftə əvvəl
Parlaq qələbələr
Sosial

Heydər Əliyev irsi – müasir Azərbaycanın təməli

2 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Enerji diplomatiyasının zəfəri

2 həftə əvvəl
Növbəti xəbər
Azərbaycan xalqının ideoloji birliyində YAP-ın rolu

Almaniya şirkətləri Azərbaycanda əsasən hansı sahəyə maraq göstərir?

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngilan dirçəlir

11 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

11 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Füzulidə bərpa və quruculuq salnaməsi

11 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Zəfər yolu: Füzulinin azad edilməsi

11 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Beş illik azadlığın mübarək Zəngilan!

12 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.