İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
30 Yanvar, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Ötən ilin sentyabr ayında biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısı çıxışında prioritetləri açıqlayıb, dünyaya mühüm mesajlar verib.

 

Dövlət başçısı bildirdi ki, ötən ilin sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa edəndən sonra Ermənistanın dırnaqarası qarantorları tərəfindən siyasi hücumlara məruz qaldıq. Buna baxmayaraq, biz yenə sülh təklif etdik. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər. Doğma yurdumuzu düşmən işğalından azad etdikdən sonra ABŞ və bəzi Avropa ölkələri, xüsusilə də Fransanın Azərbaycana qarşı qərəzli davranışları özünü daha qabarıq göstərməyə başladı. Çünki haqlı qələbəmizdən sonra regionda yaranan reallıqlar Qərbin məkrli maraqlarına cavab vermir. Azərbaycanın uğurlu daxili və xarici siyasət yürütməsi, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi və region ölkələrini iqtisadi və hərbi gücünə görə geridə qoyması bu müstəmləkəçi dövlətləri qıcıqlandırır və ciddi şəkildə narahat edir. Ona görə də ABŞ və Avropa bu gün Azərbaycana və türk dünyasına qarşı birlikdə siyasət yürüdür.

 

Biz beynəlxalq arenada gücləndikcə Qərbin anti-Azərbaycan bəyanatları da səngimədi. Azərbaycan AŞPA-nın (Avropa Şurası Parlament Assambleyası) üzvü olduğu illər ərzində bu qurum işğalçı Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə heç zaman qınamadı. Azərbaycanlılara qarşı edilən vəhşilikləri gözardı edən qurumun tutduğu bu mövqe onun ədalətsizliyinin göstəricisidir. Avropa Şurası Parlament Assambleyası cari il yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul etdi. Ümumiyyətlə, Avropanın bəzi qurumları “demokratiya” adı altında müstəqil dövlətlərə, o cümlədən Azərbaycana qarşı təzyiq göstərməklə məşğuldur. 30 ilə yaxın bir müddətdə ABŞ bir dəfə də olsun Ermənistanı qınamadı, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin icrası ilə bağlı qətiyyətli bir addım atmadı. Həmçinin 1992-ci ildə ABŞ-dakı erməni lobbisinin təzyiqilə 907-ci bölməyə Azərbaycan hökumətinə ABŞ tərəfindən istənilən birbaşa yardımı qadağan edən düzəliş qəbul olundu. 2001-ci ildəki terror hadisəsindən sonra ABŞ Konqresi öz geosiyasi maraqlarına görə prezidentə 907-ci düzəlişin hüquqi qüvvəsini müvəqqəti dayandırmaq imkanı verən, ötən il isə bu imkanı ümumiyyətlə ləğv edən qanun qəbul etdi. Əlbəttə ki, xalqımız bu riyakarlığı heç vaxt unutmayıb və unutmayacaq.

 

Azərbaycan çox fəal çalışır, Azərbaycan məhz Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır. Azərbaycanın İkinci Qarabağ savaşından sonra Cənubi Qafqazda yaratdığı reallıq bölgənin gələcək əməkdaşlıq münasibətləri və inkişafı baxımdan, xüsusən də “yaşıl enerji”yə transformasiya istiqamətində əməkdaşlıq üçün yeni imkanlar açır. İqlim dəyişikliyi ilə mübarizədə yalnız birgə əməkdaşlıqla effektiv nəticə əldə edə bilər. “COP29-a sədrlik Azərbaycana tapşırılanda qeyd edildi ki, ölkəmizdə 2 qiqavat Günəş və külək enerjisi stansiyaları işə düşəcək və 2030-cu ilə qədər əlavə 5 qiqavat da istismara veriləcək. Bunun sayəsində bərpaolunan enerjini elektrik enerjisi istehsalında istifadə etmək üçün bizə imkan yaranacaqdır. Bütün bunlar üçün çox yaxşı sərmayə şəraiti yaradılıb”,-deyə Prezident İlham Əliyev çıxışında vurğulayıb.

 

Göründüyü kimi, Azərbaycanın neft-qazla yanaşı, alternativ və bərpaolunan enerji sahəsində böyük potensiala, imkanlara malik olduğundan qlobal iqlim dəyişikliyinə, o cümlədən qlobal enerji təhlükəsizliyinə öz töhfəsini verməyi qarşıya hədəf qoyub.

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Növbəti xəbər

Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib

Əlaqədar Xəbərlər

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir

2 həftə əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Xüsusi

Həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır

4 həftə əvvəl
Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir
Xüsusi

Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir

1 ay əvvəl
Elman Nəsirov Cəlilabadın Sabirabad kəndində seçicilərlə görüşüb
Xüsusi

Elman Nəsirov Cəlilabadın Sabirabad kəndində seçicilərlə görüşüb

2 ay əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Kəlbəcərin azad edilməsi Azərbaycanı bölgədə daha güclü hərbi-siyasi aktora çevirdi

2 ay əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Xüsusi

Şahin İsmayılov: Büdcə dövlətin, həm də güc doktrinasıdır

2 ay əvvəl
Növbəti xəbər
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib

Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib

Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar
Gündəm

Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar

16 saat əvvəl
Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək
Gündəm

Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək

1 gün əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

Bu xətti aşanlar cəmiyyətin gözündə heç vaxt qəhrəman ola bilməzlər

3 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Davosda aparılan müzakirələr ölkəmizin siyasi və iqtisadi gündəliyinin zəngin olduğunu göstərir – ŞƏRH

5 gün əvvəl
Dünya xaosa sürüklənərkən Bakı sülh reseptini ortaya qoyur – Şərh
Gündəm

Dünya xaosa sürüklənərkən Bakı sülh reseptini ortaya qoyur – Şərh

7 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.