• Əlaqə
  • Gizlilik Siyasəti
  • Haqqımızda
  • İnformasiya.az – Ana Səhifə
  • test
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

adminredaktor by adminredaktor
03 May 2024
in Sosial
0
0
Paylaşım
2
Oxunma
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Mayın 2-də Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

İclasda sertifikatlaşdırma prosesinin təşkili ilə bağlı müzakirələr aparılıb və test imtahanı mərhələsinin keçirilmə tarixlərinə dair qərar verilib.

Qərara əsasən, 2024-cü il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.

İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək.

Bildiririk ki, təkrar sertifikatlaşdırmaya cəlb ediləcək müəllimlər test imtahanlarının keçiriləcəyi saat, tarix və məkanla bağlı məlumatlarla portal.edu.az platformasında şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, keçənilki sertifikatlaşdırma prosesinə 29 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib.

Cari ildə isə 30 000-dən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

Əvvəlki xəbər

Balkan Riyaziyyat Olimpiadasında məktəblilərimiz 1 gümüş və 2 bürünc medal qazandılar

Növbəti xəbər

Ötən ilin sentyabr ayında biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik

Növbəti xəbər

Ötən ilin sentyabr ayında biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik

Browse by Category

  • Digər
  • Dünya
  • Gündəm
  • Heydər Əliyev İli
  • İqtisadiyyat
  • Qarabağ
  • Qərbi Azərbaycan
  • Seçilmiş xəbərlər
  • Siyasət
  • Sosial
  • Texnologiya
  • Xüsusi
  • Əlaqə
  • Gizlilik Siyasəti
  • Haqqımızda
  • İnformasiya.az – Ana Səhifə
  • test

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Əlaqə
  • Gizlilik Siyasəti
  • Haqqımızda
  • İnformasiya.az – Ana Səhifə
  • test

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.