İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
29 Dekabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Ölkəmizdə yüzlərlə idman, beynəlxalq idman yarışları keçirilmişdir və gələn il də yarışların keçirilməsi gözlənilir

5 saat əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Dekabr ayının 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Mərasimdə çıxış edən dövlətimizin başçısı bildirib ki, beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır. Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilir. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulub və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il Gəncədə və Yevlaxda Olimpiya İdman komplekslərinin tikintisi başa çatıb. Bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb. Düzgün aparılan siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Bu da çox önəmlidir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar. Eyni zamanda, uşaqlıqdan idmana göstərilən maraq əlbəttə ki, gələcəkdə idman uğurlarına yol açır. Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun.

Əlbəttə ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var.

Prezident İlham Əliyev vurğulayıb ki, bu ilin ölkəmizdə keçirilmiş əsas idman yarışı MDB ölkələrinin üçüncü Oyunları olub. Bundan sonrakı illərdə bu siyasət davam etdiriləcək. İdmanla məşğul olan bütün qurumlar çox sıx əlaqəli şəkildə fəaliyyət göstərirlər. Azərbaycanda ənənəvi olaraq bir çox beynəlxalq idman yarışları keçirilir. MDB ölkələrinin üçüncü Oyunları çox yüksək səviyyədə keçirilib. Bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgələrdə – bir neçə şəhərdə keçirilib. Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizim potensialımızı göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirilib. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstəriblər, komanda hesabında ikinci yerə biz layiq görüldük. Əlbəttə ki, bütövlükdə bu kimi tədbirlər ölkəmizin imicini, idman potensialını bütün dünyaya göstərir. Ölkəmizdə yüzlərlə idman, beynəlxalq idman yarışları keçirilib və gələn il də yarışların keçirilməsi gözlənilir. Xüsusilə ölkəmizdə ilk dəfə olaraq keçiriləcək Xizək üzrə Dünya Kubokunu qeyd etmək istərdim. Çünki bu, ilk dəfə olaraq keçiriləcək tədbirdir və ilk ildən dünya kuboku səviyyəsində Qusarda, Şahdağ Xizək Kurortunda keçiriləcək. Bu da Azərbaycanı və Şahdağı beynəlxalq xizək idmanının cədvəlinə salmış olur. Burada da ölkələrin sayı kifayət qədər məhduddur və Azərbaycanın burada da olması, qış idmanı növündə Dünya Kubokunun keçirilməsi əlbəttə ki, böyük hadisədir. Mövcud inkişaf dinamikası göstərir ki, gələn ildə də Azərbaycanda bir sıra beynəlxalq və regional idman yarışlarının keçirilməsi planlaşdırılır və gözlənilir. Bu yarışlar müxtəlif idman növlərini əhatə etməklə yanaşı, ölkəmizin idman həyatına yeni nəfəs gətirəcək. Dövlətin idmana göstərdiyi davamlı dəstək, federasiyaların fəal fəaliyyəti və ictimai maraq bu prosesin əsas hərəkətverici qüvvələridir. Gələn il keçiriləcək yarışların həm idman nəticələri, həm də sosial-iqtisadi təsirləri baxımından mühüm olacağı proqnozlaşdırılır. Turizm sektorunun inkişafı, yeni iş imkanlarının yaranması və regionların tanıdılması bu tədbirlərin əlavə üstünlükləri sırasında yer alır.

Nəticə etibarilə, Azərbaycanda yüzlərlə idman və beynəlxalq idman yarışlarının keçirilməsi ölkənin idman siyasətinin uğurlu nəticəsidir. Bu sahədə əldə olunan nailiyyətlər gələcək üçün möhkəm əsas yaradır. Gələn ildə də yarışların davam etməsi Azərbaycanın idman ölkəsi kimi mövqeyini daha da gücləndirəcək, sağlam cəmiyyətin formalaşmasına və beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verəcəkdir. Azərbaycan bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasətini davam etdirərək, dünya idman ailəsində layiqli yerini qorumaqda qərarlıdır.

 

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Milli birliyin və ideoloji vəhdətin təcəssümü

Növbəti xəbər

Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir

Əlaqədar Xəbərlər

Gənclərin idmana marağı artır
Gündəm

Gənclərin idmana marağı artır

2 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir

5 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan idmançılarının beynəlxalq arenadakı tarixi missiyası

8 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Azərbaycan idmanı dayanıqlı inkişaf yolunda

8 saat əvvəl
Cari ildə əldə olunan nəticələr Azərbaycanın idman ölkəsi kimi mövqeyini daha da möhkəmləndirib ŞƏRH
Gündəm

Cari ildə əldə olunan nəticələr Azərbaycanın idman ölkəsi kimi mövqeyini daha da möhkəmləndirib ŞƏRH

2 gün əvvəl
Akademik Zərifə Əliyeva gənc nəsillər üçün örnəkdir
Gündəm

Ulu Öndərin azərbaycançılıq ideologiyası əsasında formalaşan milli həmrəyliyimiz əbədidir

2 gün əvvəl
Növbəti xəbər
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir

Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir

Gənclərin idmana marağı artır
Gündəm

Gənclərin idmana marağı artır

2 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir

5 saat əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Gündəm

Ölkəmizdə yüzlərlə idman, beynəlxalq idman yarışları keçirilmişdir və gələn il də yarışların keçirilməsi gözlənilir

5 saat əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Milli birliyin və ideoloji vəhdətin təcəssümü

8 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan idmançılarının beynəlxalq arenadakı tarixi missiyası

8 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.