İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 Noyabr, 2025 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Müşfiq Səfərov: Azərbaycanla Misir arasında sosial, siyasi və iqtisadi əlaqələrin tarixi qədimdir

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanla Misir arasında sosial, siyasi və iqtisadi əlaqələrin tarixi qədimdir. Dünya ölkələri ilə sıx əməkdaşlığa daim töhfə verən ölkəmiz Misirlə də qarşılıqlı hörmətə və etibara əsaslanan əlaqələr qurub. Xüsusilə, Ulu Öndər Heydər Əliyevin 1994-cü ilin sentyabrında Qahirəyə səfəri və bu çərçivədə Misir Prezidenti Hüsnü Mübarəklə müzakirələr iki ölkə arasındakı əlaqələri yeni mərhələyə çıxardı. Həmin dövrdən başlayaraq Azərbaycan və Misirin müxtəlif dövlət qurumları arasında əlaqələri daha da inkişaf etdi, qarşılıqlı səfərlərin həyata keçirilməsinə başlanıldı.

Cari ilin iyun ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfərə gəlib. İki ölkə arasındakı münasibətlərin növbəti mərhələsi kimi qiymətləndirilən səfər müəyyən məqamlarla yadda qaldı. Belə ki, ölkə başçımız cənab İlham Əliyevin Qahirədə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək və geniş tərkibdə görüşü oldu. Görüşdən sonra hər iki ölkə lideri mətbuata bəyanatlarla çıxış etdi. Azərbaycan-Misir arasındakı səmərəli əlaqələrin sıx bağlılığı vurğulanaraq, gələcəkdə də etibarlı əməkdaşlığın davam etdiriləcəyi qeyd edildi. Azərbaycan-Misir əlaqələrini dəyərləndirərən ökə başçımız deyib: “Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Əslində, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk. Bildiyiniz kimi, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur”.

İki ölkə arasındakı iqtisadi əlaqələr də öz səmərəliliyi ilə seçilir. Məhz 2022-ci il fevralın 25-də Bakıda keçirilən Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclası ikitərəfli əməkdaşlığın möhkəmlənməsində əsaslı rol oynayır. Xatırladaq ki, iclasın sonunda Azərbaycan ilə Misir arasında hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclasının Protokolu və bir sıra sənədlər imzalanıb. Sənədlərə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Misir Ərəb Respublikasının Mikro, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi arasında anlaşma memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında Azərbaycan – Misir Biznes Şurasının yaradılması haqqında anlaşma memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Misirli İş Adamları Assosiasiyası arasında anlaşma memorandumu” və “Azərbaycan Respublikasının “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Misir Ərəb Respublikasının İsgəndəriyyə limanı arasında anlaşma memorandumu” daxildir. Onu da qeyd etmək lazımdır ki, son 24 ildə Misirin Azərbaycana ixracının həcmi 21,7 faiz artaraq 10 milyard dollara çatıb. Eyni zamanda Süveyş Kanalı Azad İqtisadi Zonası ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq, kiçik və orta sahibkarların əlaqələrinin möhkəmləndirilməsi də nəzərdə tutulur.

COP29-a Azərbaycanın ev sahibliyi etməsi Misirdə də rəğbətlə qarşılanır. Bu gün Misirdə Azərbaycanın yekdilliklə BMT-nin İqlim Dəyişmələri Konfransına ev sahibliyi edəcək ölkə kimi seçilməsini, Prezident İlham Əliyev siyasətinin növbəti parlaq qələbəsini yüksək sevinc hissi ilə qarşılayırlar. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi mətbuata bəyanatlarla çıxışı zamanı bu məsələyə bir daha toxunublar. Ölkə başçımız qeyd edib ki, Prezident əs-Sisi Bakıda keçiriləcək COP29 konfransında iştirak edəcək: “Mən Prezident əs-Sisini Bakıda keçiriləcək COP29 konfransına dəvət etdim və şadam ki, mənim dəvətim qəbul edilmişdir. Eyni zamanda bildirdim ki, Misirin COP27 sədrliyi və ev sahibliyi böyük uğurlarla nəticələndi. Bu münasibətlə həmkarımı təbrik etdim və eyni zamanda Misirin bu sahədəki təcrübəsini öyrənmək üçün müraciət etdim və bizim nümayəndələrimiz daim təmasdadırlar”.

Beləliklə, Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinə böyük töhfələr verəcək.

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Şahin İsmayılov: Köklü əlaqələr imzalanmış sənədlərin uğurla icra edilməsinə heç bir şübhə yaratmır

Növbəti xəbər

Ceyhun Məmmədov: Azərbaycan bundan sonra da Türk dünyasının birliyi üçün əlindən gələni əsirgəməyəcək

Əlaqədar Xəbərlər

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

2 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

3 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

6 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

11 ay əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

11 ay əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

1 il əvvəl
Növbəti xəbər
Ceyhun Məmmədov: Azərbaycan bundan sonra da Türk dünyasının birliyi üçün əlindən gələni əsirgəməyəcək

Ceyhun Məmmədov: Azərbaycan bundan sonra da Türk dünyasının birliyi üçün əlindən gələni əsirgəməyəcək

Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Şəhər, qəsəbə və kəndlərimizin siması əsaslı şəkildə dəyişib

10 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Magistral yollar tamamilə müasir standartlara cavab verir

11 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Bölgələrdə əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir

11 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Yeni idarəetmə modelinin əhəmiyyəti

16 saat əvvəl
Yeni dönəm, yeni strategiya
Xüsusi

Şuşa – Azərbaycanın ruhu, mədəniyyət beşiyi

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.