İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 İyul, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Ceyhun Məmmədov: Azərbaycan bundan sonra da Türk dünyasının birliyi üçün əlindən gələni əsirgəməyəcək

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bildiyimiz kimi, iyunun 6-da Türk Dövlətləri Parlament Assambleyası  Şurasının 13-cü iclası keçirildi və TÜRKPA-ya sədirliyin növbəti dəfə Türkiyədən Azərbaycana keçməsinə burada qərar verildi.

Azərbaycan Asambleyaya 2019-2021-ci illərdə rəhbərlik edib və Türk dünyasının birləşməsi üçün böyük səylər göstərib. Azərbaycan TÜRKPA-nın yradılmasında və ondan sonrakı fəaliyyətində çox aktiv fəaliyyət göstərib.Türk qardaşlarının bir araya gəlməsində, Türk dünyasının nüfuzunun qalxmasında böyük işlər görüb.

Hesab edirəm ki, TÜRKPA-ya sədirliyin Azərbaycana keçməsi xüsusi önəm və əhəmiyyət daşıyan məsələlərdən biridir. Azərbaycan Tütk dövlətləri ilə əlaqələrin inkişafına, möhkəmləndirilməsinə önəm verən dövlətlərdən biridir. Bu gün Türk Dövlətləri çərçivəsində öz əlaqələrini sürətlə inkişaf etdirir.

Müasir dövrdə qarşımızda duran ən mühüm vəzifələrdən biri türk dövlətləri arasında birliyi, həmrəyliyi və əməkdaşlığı daha da gücləndirməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu prosesə öz töhfəsini verir. Müasir dünyada baş verən böhran vəziyyətində bu əməkdaşlığın əhəmiyyəti özünü daha qabarıq büruzə verir.

Son illər ərzində Prezident İlham Əliyevin bu sahədə gördüyü işlər danılmazdır.

2020-ci ildə Vətən müharibəsi zamanı Türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. Bu da Türk dövlətlərinin bir biri ilə əsl dost, qardaş olmalarının göstəricisidir. Hazırda azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük. Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər.

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərdən biridir. Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən biri türk dövlətləri ilə münasibətlərin yeni təməl üzərində qurulması oldu.

Heydər Əliyevin yürütdüyü ardıcıl, uğurlu beynəlxalq siyasi fəaliyyət nəticəsində 1994-cü ilin əvvəllərindən etibarən türk dövlətləri ilə münasibətlərdə əsaslı dönüş yaranmağa başladı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xarici ölkələrə ilk səfərlərindən biri 1994-cü ilin fevral ayında məhz Türkiyəyə oldu. O, Azərbaycan və türk xalqı arasında qədim zamanlardan bəri dostluq və qardaşlıq münasibətlərinin mövcudluğundan bəhs edərək deyirdi: “Bizim ölkələrimiz dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən – əsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır”.

Türk dövlətləri arasında xarici siyasətlə bərabər iqtisadi münasibətlər də genişlənir. Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu gün Türk dövlətləri böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.

Qeyd etmək lazımdır ki, TÜRKPA 2008-ci ildə təsis edilib. Hazırda bu təşkilat dünyanın 179 ölkəsinin üzv olduğu parlamentlərarası ittifaqda İslam Əməkdaşlıq təşkilatının parlament ittifaqında, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında, Asiya Parlament Assambleyasında müşahidəçi statusa malikdir. Bütün bunlar TÜRKPA-nın nüfuzundan və nə qədər ciddi rola malik olduğundan xəbər verir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Müşfiq Səfərov: Azərbaycanla Misir arasında sosial, siyasi və iqtisadi əlaqələrin tarixi qədimdir

Növbəti xəbər

Ermənistandan Üzeyir Hacıbəylinin əsərlərinin mənimsənilmə hallarının aradan qaldırılması tələb edilib – BİRGƏ BƏYANAT

Əlaqədar Xəbərlər

Könül Nurullayeva: “Aİ etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır”
Siyasət

Könül Nurullayeva: “Aİ etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır”

1 həftə əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Siyasət

“Azərbaycan Korsika məsələsinin beynəlxalq gündəmdə yer almasına mühüm töhfə verdi”

1 həftə əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Siyasət

“Bu sübut etdi ki, səslənən ideyalar tarixin tozlu səhifələrində qalmayıb”

2 həftə əvvəl
Azərbaycan və Əlcəzair arasında siyasi, humanitar və parlament əlaqələri genişləndirilir
Siyasət

Azərbaycan və Əlcəzair arasında siyasi, humanitar və parlament əlaqələri genişləndirilir

2 həftə əvvəl
Deputat: “Azərbaycan-Türkmənistan beynəlxalq nəqliyyat marşrutlarının əsas iştirakçılarıdır”
Siyasət

Deputat: “Azərbaycan-Türkmənistan beynəlxalq nəqliyyat marşrutlarının əsas iştirakçılarıdır”

3 həftə əvvəl
Şahin İsmayılov: Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı siyasi etimad mövcuddur
Siyasət

Şahin İsmayılov: Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı siyasi etimad mövcuddur

1 ay əvvəl
Növbəti xəbər
Ermənistandan Üzeyir Hacıbəylinin əsərlərinin mənimsənilmə hallarının aradan qaldırılması tələb edilib – BİRGƏ BƏYANAT

Ermənistandan Üzeyir Hacıbəylinin əsərlərinin mənimsənilmə hallarının aradan qaldırılması tələb edilib - BİRGƏ BƏYANAT

Deputatın növbəti vətəndaş qəbulu baş tutub
Xüsusi

Deputatın növbəti vətəndaş qəbulu baş tutub

6 saat əvvəl
“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”
Gündəm

“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”

6 saat əvvəl
“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir
Gündəm

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir

4 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

Rəqəmsal Azərbaycan: Güclü dövlətin yeni inkişaf mərhələsi

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.