İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
29 İyul, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

İlham Əliyevə rəqib olacaq namizəd yoxdur – Şahin İsmayılov

3 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Yeni Azərbaycan Partiyası (YAP) 7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürüb və bununla bağlı qərar yekdiliklə qəbul edilib. Bu qərar  xalqın gözlədiyi qərar olduğundan onun mövqeyini tam əks etdirir. Çünki Azərbaycan xalqının mütləq əksəriyyəti növbəti mərhələdə cənab İlham Əliyevi yenidən ölkə başçısı görmək arzusundadır. Bu da təsadüfi deyil. Çünki cənab Prezident Azərbaycana rəhbərlik etdiyi 20 il müddətində nəinki qarşısına qoyduğu öhdəlikləri, o cümlədən xalqımızın xəyal etdiyi problemləri həll edib. Məhz cənab Prezidentin yürütdüyü müdrik, uzaqgörən, qətiyyətli siyasət nəticəsində Azərbaycan işğala son verərək ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Qarabağ kimi yüz il davam edən ən mürəkkəb münaqişəyə son verib”.

Bunu Ölkə.Az-a açıqlamasında YAP İdarə Heyətinin üzvü, deputat Şahin İsmayılov partiyanın növbədənkənar prezident seçkilərində namizədini irəli sürülməsi ilə bağlı qərarını şərh edərkən deyib.

 

Deputat əlavə edib ki, digər siyasi qüvvələr, birliklər, qanunvericiliyin tələbinə uyğun istənilən Azərbaycan vətəndaşı seçkilərdə iştirak etmək hüququna malikdir: “Buyursunlar, Azərbaycan demokratik, hüquqi ölkə olduğundan seçkilər tam azad, ədalətli, şəffaf şəkildə keçirilir və onlar da öz şanslarını sınasınlar. Amma bir şeyi də qeyd etmək istərdim ki, bu gün Azərbaycanda seçki marafonunda cənab İlham Əliyevə rəqib olacaq ikinci bir şəxs yoxdur. Bu hamıya aydın olan məsələdir.

Çünki cənab İlham Əliyevin liderliyi altında son 20 ildə Azərbaycan möhtəşəm nailiyyətlərə, uğurlara və qələbələrə imza ataraq tarixi zəfərlər qazanıb. Cənab İlham Əliyev nəinki Azərbaycanda, beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Cənad Prezident müasir dövrün dünya lideri kimi qəbul edilir. Bunu Avropa ölkələrinin liderləri özü belə etiraf edir.

7 fevralda keçiriləcək prezident seçkiləri isə növbəti zəfərlərin davamı olacaq. Əminəm ki, xalq cənab Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birliyini bir daha nümayiş etdirib ona səs verməklə növbəti tarixi qələbələrin, zəfərlərin, uğurların və yeni  inkişaf mərhələsinin əsasını qoymuş olacaq. 7 fevraldan sonra biz Azərbaycanın yeni inkişaf mərhələsinin şahidi olacağıq”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Müşfiq Səfərov: Avropadan Mərkəzi Asiyaya gedən yol Azərbaycandan keçir

Növbəti xəbər

Əsas iqtisadi hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır

Əlaqədar Xəbərlər

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

6 gün əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

6 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

6 gün əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

1 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

2 həftə əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Siyasət

“IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan bu gün regionun əsas söz sahibi olan dövlətlərindən biridir” – Elşən Musayev

2 həftə əvvəl
Növbəti xəbər
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir

Əsas iqtisadi hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır

Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Azərbaycan dili milli kimliyimizin əsas sütunudur

2 saat əvvəl
“Hələ də anlamıram ki, o necə gəlib nazir olub?”
Gündəm

“Sonradan bildim ki, onun yanındakı qız da erməni əsillidir” – Elşən Musayev

2 gün əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

6 gün əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

6 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Deputat: Azərbaycan-Almaniya münasibətləri uzunmüddətli strateji baxışa əsaslanan tərəfdaşlıq modeli üzərində qurulur

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.