Gənc Mühasiblər İctimai Birliyi (GMİB) və “Sən1Sən” platformasının birgə əməkdaşlığı çərçivəsində GMİB komandası üçün “Özünü kəşf et” mövzusunda təlim təşkil olunmuşdur.
“Sən1Sən” platformasının təşkilatçılığı ilə keçirilən təlimdə təlimçi-psixoloqlar Sədayə Nəsirova və Xəyalə Məhərrəmova iştirakçılarla birlikdə aktual psixoloji mövzularda geniş müzakirələr aparmışlar. Təlimçilər motivasiya, şəxsi inkişaf, düzgün seçim etmə və məqsədyönlü hədəflərin müəyyənləşdirilməsi barədə təqdimatla çıxış edərək dəyərli tövsiyələrini və məlumatlarını bölüşmüşlər.
Təlim komanda üzvlərinin şəxsi inkişafının dəstəklənməsinə, motivasiyasının artırılmasına və gələcək fəaliyyətlərində daha effektiv addımlar atmalarına zəmin yaratmışdır.













