İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 May, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Fransa postmüstəmləkə təfəkküründən uzaqlaşmaq istəmir

2 gün əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanın Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığı qələbələr, bunun sayəsində regionda yaranmış yeni reallıqlar bəzi dairələri ciddi narahat edir. Onlar hər hansı bir formada regionda maraqlarını təmin etmək istəyirlər. Fransa Prezidenti Emmanuel Makronun Ermənistana son səfəri və “Yerevan Dialogue 2026” forumunda səsləndirdiyi fikirlərə, iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına da Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlar fonunda baxmaq lazımdır.

Milli Məclisin komitə sədri Şahin İsmayılov qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etməsi, öz torpaqlarında separatizmə tam son qoyması ilə Cənubi Qafqazda onilliklər ərzində davam edən status-kvo tarixə qovuşub: “Bu gün Azərbaycan və Ermənistan sülh şəraitində yaşayırlar, müxtəlif təmaslar vasitəsilə bu şəraitin möhkəmlənməsini təmin edirlər. Belə bir şəraitdə regionda yaranmış yeni reallıq fonunda Makronun çıxışında Ermənistanın təhlükəsizliyi və bu ölkəyə siyasi dəstək verməsi ilə bağlı xüsusi ifadələrin yer alması diqqət çəkir. Hesab edirəm ki, bu, Fransanın Cənubi Qafqazda artan geosiyasi ambisiyalarının növbəti təzahürüdür. Hazırkı dövrdə Fransanın Ermənistan üzərindən siyasi təsir imkanlarını genişləndirməyə çalışması, özünü təhlükəsizlik, diplomatiya və regional proseslərin əsas aktorlarından biri kimi təqdim etməsi, əslində, Parisin postmüstəmləkə təfəkküründən uzaqlaşmadığını göstərir. Makron bir tərəfdən “vasitəçilik” ritorikasından istifadə edir, digər tərəfdən isə regionda öz təsir dairəsini formalaşdırmağa, Ermənistanı öz siyasətinin əsas alətinə çevirməyə çalışır. Uzun illər Rusiyanın diktəsi altında olan Ermənistan isə Avropayönümlü siyasət apararaq, daha çox Fransanın çətiri altına girməkdə maraqlı kimi görünür”.

Deputat xatırladıb ki, Makronun çıxışında əsas ziddiyyət açıq siyasi və hətta təhlükəsizliklə bağlı dəstək fonunda “vasitəçi rolunu oynamağa davam edəcəyini” bildirməsidir. Bu fikrin heç bir məntiqi əsası yoxdur. İlk növbədə əgər bir ölkə açıq şəkildə tərəflərdən birinin maraqlarını müdafiə edirsə, onun neytral vasitəçi statusu təbii olaraq suallar doğurur və bu mümkünsüzdür. Biz otuz il ərzində bunun şahidi olmuşuq. Digər tərəfdən Azərbaycan ilə Ermənistan arasında artıq hər hansı vasitəçiyə ehtiyac yoxdur, çünki birbaşa təmaslar əsasında mövcud fikir ayrılıqları müzakirə olunur.

Ş.İsmayılov qeyd edib ki, Parisin İrəvana nümayiş etdirdiyi dəstək təbii ki, həm də Ermənistanın daxili siyasi gündəliyi kontekstində də qiymətləndirilə bilər: “Ermənistanın Avropa ilə yaxınlaşma kursunun xüsusi vurğulanması qarşıdan gələn seçkiöncəsi dövr fonunda Nikol Paşinyanın rəqiblərinə, uzun illərdən sonra Ermənistanı itirmək təhlükəsi ilə üz-üzə olan Rusiyaya verilən mesaj idi. Ümumilikdə isə bu bir reallıqdır ki, heç bir qüvvə Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi vəziyyəti dəyişdirmək gücündə deyil”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur

Növbəti xəbər

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib – komitə sədri

Əlaqədar Xəbərlər

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib – komitə sədri
Gündəm

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib – komitə sədri

2 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Hamısı “ağsaqqal” olub, məsləhət vermək sevdasına düşüblər” – Elşən Musayev

5 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Xidmətlrini Ermənistan uğruna yerinə yetirən ədalətsiz qurum

6 gün əvvəl
Makronun məntiqsiz “vasitəçilik” ritorikası: İrəvan Parisin çətiri altında
Gündəm

Makronun məntiqsiz “vasitəçilik” ritorikası: İrəvan Parisin çətiri altında

1 həftə əvvəl
Böyük Qayıdış Heydər Əliyev ideyalarının çağdaş təntənəsidir
Gündəm

Böyük Qayıdış Heydər Əliyev ideyalarının çağdaş təntənəsidir

1 həftə əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Ulu Öndər ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur

1 həftə əvvəl
Növbəti xəbər
Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib – komitə sədri

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib - komitə sədri

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib – komitə sədri
Gündəm

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib – komitə sədri

2 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Fransa postmüstəmləkə təfəkküründən uzaqlaşmaq istəmir

2 gün əvvəl
“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur
Xüsusi

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur

5 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Hamısı “ağsaqqal” olub, məsləhət vermək sevdasına düşüblər” – Elşən Musayev

5 gün əvvəl
“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb
Sosial

“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.