İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
9 İyun, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib – komitə sədri

3 həftə əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

 

Bu gün dünyanın müxtəlif regionlarında davam edən müharibələr, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar, böyük dövlətlər arasında artan rəqabət beynəlxalq münasibətlər sistemində yeni reallıqlar yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və milli maraqlara əsaslanan siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirir. Azərbaycanın əldə etdiyi tarixi zəfərlər Cənubi Qafqazda onilliklər ərzində mövcud olmuş geosiyasi status-kvonu tamamilə dəyişməklə, ölkəmizin regional lider kimi nüfuzunu daha da artırır.

Ermənistan müxtəlif beynəlxalq platformalarda seminar və konfranslarla imitasiya xarakterli fəaliyyət göstərməyə çalışsa da, real sülh təşəbbüsləri Azərbaycan tərəfindən irəli sürülür. Bu gün regionda yaranmış yeni reallıqlar Azərbaycanın siyasi iradəsi və diplomatik təşəbbüsləri nəticəsində formalaşıb.

Azərbaycan müharibədən dərhal sonra Ermənistan ilə sülh danışıqlarının başlanması, regionda sabitlik və əmin-amanlığın təmin olunması, iqtisadi kommunikasiyaların qurulması istiqamətində təşəbbüslərlə çıxış etdi, bu sahədə əməli fəaliyyət həyata keçirdi. Məhz ölkəmizin irəli sürdüyü şərtlər altında bu gün regionda sülh bərqərar olur, bölgəmiz beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilir.

1520508

İşğalın davam etdiyi dövrdə münaqişənin həlli ilə bağlı heç bir irəliləyişə nail olmayan ATƏT-in Minsk qrupunun fəaliyyəti isə haqlı olaraq diplomatik uğursuzluğun simvolu kimi xarakterizə olunur. Uzun illər ərzində ATƏT-in Minsk qrupu faktiki olaraq problemin həllinə deyil, onun dondurulmasına xidmət edən yarıtmaz mexanizm kimi fəaliyyət göstərdi. ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi bu qurum beynəlxalq hüququn norma və prinsiplərinin icrasını təmin etmək əvəzinə, məsələyə selektiv yanaşma nümayiş etdirdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 30 ilə yaxın müddətdə kağız üzərində qaldı.

Bu müddət ərzində Azərbaycanın işğal altında olan şəhər və kəndləri dağıdılır, mədəni irs talan edilir, qanunsuz məskunlaşma siyasəti həyata keçirilirdi. Lakin dəfələrlə işğal altında olan ərazilərə səfər edən həmsədrlər bu mənzərəyə, vandalizmə göz yumur, Ermənistanın işğalçılıq siyasətinə münasibətdə prinsipial mövqe nümayiş etdirmirdilər. Əksinə, “münaqişənin hərbi həlli yoxdur” tezisi altında Azərbaycana təslimçi yanaşmanı qəbul etdirmək cəhdləri edilirdi. Hətta “Şimali Qarabağ” kimi hüquqi və siyasi əsası olmayan terminlərin ortaya atılması Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş açıq siyasi manipulyasiya idi.

Dövlətimizin başçısı beynəlxalq platformalarda bu ikili standartları dəfələrlə ifşa edərək ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini və qeyri-obyektiv yanaşmasını açıq şəkildə tənqid edib. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra isə Azərbaycan faktiki olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi və Minsk qrupunu siyasi tarixə uğursuz vasitəçilik nümunəsi kimi göndərdi.
Tarixi təcrübə göstərir ki, müstəqil siyasət yürütmək qabiliyyətinə malik olmayan Ermənistanda daim xarici güclərin təsiri altında olan dövlət modeli formalaşıb. Müxtəlif dövrlərdə fərqli mərkəzlərin təsiri altında olan Ermənistan bu gün də öz siyasi xəttini müstəqil şəkildə müəyyənləşdirməkdə çətinlik çəkir. Əvvəllər Rusiyanın təsir dairəsində olan Ermənistan hazırda Fransanın regiondakı geosiyasi planlarının alətinə çevrilir.

Fransanın Cənubi Qafqazda neokolonial maraqlarını genişləndirmək cəhdləri artıq açıq şəkildə müşahidə olunur. Fransa rəhbərliyi Ermənistan vasitəsilə regionda yeni təsir mexanizmləri formalaşdırmağa çalışır. Bu yanaşma beynəlxalq təşkilatlar tərəfindən də müxtəlif formalarda tənqid edilir. Xüsusilə BMT platformalarında neokolonializmə qarşı qəbul olunan sənədlər və Bakı Təşəbbüs Qrupunun müvafiq bəyanatları Fransanın müstəmləkəçilik siyasətinin mahiyyətini ifşa edir. Azərbaycan isə bu proseslər fonunda beynəlxalq hüquqa və suverenlik prinsipinə əsaslanan yanaşma nümayiş etdirərək regionda yeni əməkdaşlıq modelinin tərəfdarı kimi çıxış edir.

Fransa Prezidenti Emmanuel Makronun Cənubi Qafqazla bağlı sərgilədiyi qərəzli mövqe regionda balanslı siyasətin pozulmasına xidmət edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bəzi xarici liderlər bu gün Ermənistanda özlərini “qəhrəman” kimi təqdim etməyə çalışsalar da, 2020-ci ildə baş verən proseslər onların bütün geosiyasi hesablamalarını alt-üst etdi.

Makronun regiona dair planlarının iflasa uğraması, xüsusilə Türkiyə üzərindən Ermənistana keçidlə bağlı cəhdlərinin baş tutmaması Azərbaycan və Türkiyənin regional siyasətdə müəyyənedici gücə çevrildiyini göstərdi. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdiyi siyasi iradə bölgənin gələcəyinin məhz region dövlətləri tərəfindən müəyyənləşdirildiyini bir daha təsdiqlədi.

Şahin İsmayılov,
Milli Məclisin Gənclər və idman komitəsinin sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Fransa postmüstəmləkə təfəkküründən uzaqlaşmaq istəmir

Növbəti xəbər

Elman Nəsirov seçicisini üzləşdiyi problemdən xilas etdi

Əlaqədar Xəbərlər

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi
Gündəm

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi

12 saat əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib

1 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir

4 gün əvvəl
Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama
Gündəm

Enerji layihələri Azərbaycanın mövqeyini gücləndirib

5 gün əvvəl
Məcburi köçkünlərlə bağlı sosial dəstək tədbirləri keçid dövründə davam etdiriləcək
Gündəm

Məcburi köçkünlərlə bağlı sosial dəstək tədbirləri keçid dövründə davam etdiriləcək

6 gün əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

6 gün əvvəl
Növbəti xəbər
Elman Nəsirov seçicisini üzləşdiyi problemdən xilas etdi

Elman Nəsirov seçicisini üzləşdiyi problemdən xilas etdi

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi
Gündəm

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi

12 saat əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib

1 gün əvvəl
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Texnologiya

AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda

1 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir

4 gün əvvəl
“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub
Sosial

“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.