İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 Avqust, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Makronun məntiqsiz “vasitəçilik” ritorikası: İrəvan Parisin çətiri altında

3 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanın Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığı qələbələr, regionda yaranmaqda olan yeni reallıqlar bəzi dairələri ciddi şəkildə narahat edir. Onlar hər hansı bir formada regionda maraqlarını bərqərar etmək istəyirlər. Hesab edirəm ki, Fransa Prezidenti Emmanuel Makronun Ermənistana son səfəri və “Yerevan Dialogue 2026” forumunda səsləndirdiyi fikirlərə, iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına da Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlar fonunda baxmaq lazımdır.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, suveren ərazilərində separatizmə tam son qoydu. Bununla da Cənubi Qafqazda onilliklər ərzində davam edən status-kvo tarixə qovuşdu. Bu gün isə Azərbaycan və Ermənistan sülh şəraitində yaşayırlar, müxtəlif təmaslar vasitəsilə sülhün möhkəmlənməsini təmin edirlər.

Regionda yaranmış bu yeni reallıq fonunda Makronun çıxışında Ermənistanın təhlükəsizliyi və siyasi dəstək ilə bağlı xüsusi vurğuların yer alması diqqət çəkir. Hesab edirəm ki, bu, Fransanın Cənubi Qafqazda artan geosiyasi ambisiyalarının növbəti təzahürüdür. Hazır ki dövrdə Fransanın Ermənistan üzərindən siyasi təsir imkanlarını genişləndirməyə çalışması, özünü təhlükəsizlik, diplomatiya və regional proseslərin əsas aktorlarından biri kimi təqdim etməsi əslində Parisin postmüstəmləkə təfəkküründən tam uzaqlaşmadığını göstərir.

Eyni zamanda cənab Makron bir tərəfdən “vasitəçilik” ritorikasından istifadə edir, digər tərəfdən isə regionda öz təsir dairəsini formalaşdırmağa, Ermənistanı isə bu siyasətdə əsas alətə çevirməyə çalışır. Uzun illər Rusiyanın diktəsi altında olan Ermənistan isə Avropa yönümlü siyasət apararaq, daha çox Fransanın çətiri altına girməkdə maraqlı kimi görünür.

Makronun çıxışında əsas ziddiyyət açıq siyasi və hətta təhlükəsizliklə bağlı dəstək fonunda “vasitəçi rolunu oynamağa davam edəcəyini” bildirməsidir. Bu fikrin heç bir məntiqi əsası yoxdur. İlk növbədə əgər bir ölkə açıq şəkildə tərəflərdən birinin maraqlarını müdafiə edirsə, onun neytral vasitəçi statusu təbii olaraq suallar doğurur və mümkünsüzdür. Biz otuz il ərzində bunun şahidi olmuşuq. Digər tərəfdən Azərbaycan ilə Ermənistan arasında artıq hər hansı vasitəçiyə ehtiyac yoxdur, birbaşa təmaslar əsasında mövcud fikir ayrılıqları müzakirə oluna və həllini tapa bilər.

Parisin İrəvana nümayiş etdirdiyi hərtərəfli siyasi dəstək təbii ki, həm də Ermənistanın daxili siyasi gündəliyi kontekstində də qiymətləndirilə bilər. Ermənistanın Avropa ilə yaxınlaşma kursunun xüsusi vurğulanması və Paşinyanla nümayişkaranə siyasi həmrəyliyin sərgilənməsi qarşıdan gələn seçkiöncəsi dövr fonunda Nikol Paşinyanın rəqiblərinə, uzun illərdən sonra Ermənistanı itirmək təhlükəsi ilə üz-üzə olan Rusiyaya verilən mesaj idi.

Ümumilikdə, isə bu bir reallıqdır ki, heç bir qüvvə Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi vəziyyəti dəyişmək gücündə deyil.

 

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Böyük Qayıdış Heydər Əliyev ideyalarının çağdaş təntənəsidir

Növbəti xəbər

Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü artıq reallığa çevrilib

Əlaqədar Xəbərlər

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

3 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

4 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

1 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü 

1 həftə əvvəl
Növbəti xəbər

Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü artıq reallığa çevrilib

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

3 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

4 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.