İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 May, 2025 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”

1 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

İctimai.az xəbər verir ki, Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev “Yeni Musavat”a açıqlamasında Avropanın Rusiyaya qarşı ikinci cəbhəni Ermənistan üzərindən açmaq niyyətində olduğunu bildirdi: “Əlbəttə ki, Zvartnotsla bağlı Ermənistan tərəfinin ard-arda verdiyi bəyanatlar elə-belə məsələ deyil. Bu, Rusiyaya qarşı açıq demarş deməkdir və hesab edirəm, cavabı da çox ağır olacaq. Hətta artıq bunun ilkin işartıları belə var. Məsələn, Peskovun açıqlamasına diqqət edin: “Ermənistan müstəqil olduğu dövrdən etibarən onun hava limanı sərhədlərini həmişə Rusiya qoruyub”. Yəni siz heç bir zaman özbaşına qərar verməmisiz, həmişə bizdən asılı, bizim sərhədçilərə möhtac olmusuz.   

Yaxşı bəs məsələ nədir? Məsələ budur ki, Qərb, konkret olaraq Amerika və Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir. Üstəlik, hər gün fərqli istiqamətlərə yönələn, yerində qərar tuta bilməyən, kvartalda bir dəfə qucaq dəyişən Ermənistan hakimiyyətinin də bu məsələdə həvəsli görünməyi Qərbin növbəti provokasiya planları üzərində işləməsini sürətləndirir. Bilmirəm, Avropa Paşinyana nə söz verib. Amma o söz hər nədirsə, Ukraynaya veriləndən daha artıq deyil. Ola bilməz. Buna dəqiq əminəm. Ona görə də Ermənistanın Zvartnots və KTMT ilə başlayan həmlələri, Rusiyanı kəskin şəkildə qıcıqlandırması təbii ki, cavabsız qalmayacaq. Putin komandası bu qəfil üzdöndərməni Ermənistana bağışlamayacaq və Paşinyanın başı çox ciddi şəkildə ağrıyacaq. Ya da belə deyək: bu xəmir hələ çox su aparacaq.

Ermənistan həqiqətən bədbəxt ölkədir. O anlamda ki, nə müstəqil siyasəti var, nə sabit mövqeyi, nə də praqmatik lideri. Ermənistanı xüsusən son 30 ildə idarə edənlər hər şeyi qatıb qarışdırıblar, ölkəni böyrü üstə qoyublar. Paşinyan isə məlum tənəzzülü tam kulminasiya nöqtəsinə çatdırıb. Halbuki bu adam zamanında sülh müqaviləsinin imzalanması üçün yetərli cəhdlər etsəydi, verdiyi sözləri tutsaydı, bölgədə normal münasibətlərin bərqərar olması üçün çalışsaydı, indi vəziyyət bu yerlərə qədər gəlib çıxmazdı. Paşinyan niyə bu günə qaldı? Çünki müharibədəki uğursuzluğundan dərs çıxarmadı. Sadəcə, hakimiyyətini qorumaq haqda düşündü. Zaman udmağa çalışdı. Fransanın sözü ilə oturub-durmaqla, dəxlisiz bəyanatlar verməklə, Avropaya ən uğursuz məqamda sığınmaqla çox mənasız və məzmunsuz bir siyasi xətt, istiqamət götürdü. Götürdü və batdı. Və bundan sonra da bata-bata gedəcək”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir

Növbəti xəbər

Dərsdən qaçmaq istəyən şagird xəsarət aldı – Vəziyyəti yaxşıdır

Əlaqədar Xəbərlər

Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

3 gün əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

5 ay əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

5 ay əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

7 ay əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Siyasət

Komitə sədri: Fransız və erməni “bacıları” kimdir ki…

7 ay əvvəl
Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir
Siyasət

Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir

7 ay əvvəl
Növbəti xəbər
Dərsdən qaçmaq istəyən şagird xəsarət aldı – Vəziyyəti yaxşıdır

Dərsdən qaçmaq istəyən şagird xəsarət aldı - Vəziyyəti yaxşıdır

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir
Gündəm

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir

17 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Azərbaycan ilə Vyetnam vahid mövqedən çıxış edir

2 gün əvvəl
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu
Xüsusi

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat

2 gün əvvəl
Azərbaycanın inkişaf edən kiçik ada dövlətlərinə dəstəyi
Sosial

Vahid mövqelər

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.