İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 İyul, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Dünya azərbaycanlılarının səsi

2 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər”

Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycan xalqının milli özünüdərki güclənmiş, ictimai həyatın demokratikləşməsi istiqamətində xalq hərəkatı genişlənmişdi. Azərbaycanda demokratik qüvvələr milli birlik və müstəqillik ideyası ətrafında birləşərək siyasi və ictimai birliklər yaratmışdılar. Artıq 90-cı illərin əvvələrində dünya azərbaycanlılarının həmrəyliyi və birliy üçün ictimai-siyasi zəmin yaranmışdır.  Məhz bu zərurətdən irəli gələrək 16 dekabr 1991-ci ildə Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi tərəfindən Heydər  Əliyevin  imzasi  ilə  “Dünya  Azərbaycanlılarının  Həmrəylik           və    Birlik      Günü”       bayramının           təsis     edilməsi        haqqında         qərar təsdiqlənib. Qərarda qeyd olunur ki, kommunist ruhlu kütləvi informasiya vasitələri var gücü ilə sərhədlərin sökülməsini vəhşilik adlandırdı, nəyin bahasına olursa-olsun xalqın iradəsini, inamını qırmağa cəhd göstərdi: “1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolnda atılan daha bir mühüm addım oldu. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürüldü”. Bəlkə   də,   məhz   bu   amil   xaricdə   yaşayan   soydaşlarımız   tərəfindən   ulu   öndər   Heydər   Əliyevin  Azərbaycanda hakimiyyətə gəldikdən sonra gördüyü işlərə diqqəti artırmış, Azərbaycan dövlətinin varlığına və  gələcəyinə  inam  və  ümidlər  yaratmış,  onların  tarixi  Vətənlə  əlaqələrinin  genişlənməsinə  səbəb  olmuşdu.  Bu  qərarla ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birlik və həmrəylik nümayiş etdirməsi, xaricdə  Azərbaycan diasporunun təşəkkül taparaq formalaşması problemini dövlət səviyyəsinə qaldırdı. Həmrəylik günü dünya azərbaycanlılarının birləşmə istəyinin simvoludur. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Sözsüz  ki,  bu  əlamətdar  təqvim  bilavasitə  bu  ideyanın  təşəbbüskarı  və  həmin  tarixi  qərara  imza  atmış  şəxs  –  Ümummilli  Lider  Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev 1998-ci ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciətində bütün dünya azərbaycanlılarının milli-mənəvi varlığını yaşadan bir dövlətin olduğunu demişdir: “Bu dövlət Azərbaycan Respublikasıdır. Onun müstəqilliyini dönməz etmək, dövlətçiliyini qorumaq, ərazi bütövlüyünü, təhlükəsizliyini və sərhədlərinin toxunulmazlığını təmin etmək, bütün ölkələrlə bərabər hüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa nail olmaq tək Azərbaycan Respublikası vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının övladlıq borcudur.”

Ülu Öndər Heydər Əliyev xaricdəki soydaşlarımıza tövsiyə edirdi ki, mütərəqqi yenilikləri Azərbaycana gətirsinlər. 2001-ci il noyabrın Bakıda Dünya azərbaycanlılarının I Qurultayında Ülu Öndər Heydər Əliyev tarixi çıxış edərək xaricdəki soydaşlarımza bir daha konkret tövsiyələrini vermişdir. Bu baxımdan Prezident İlham Əliyev də xaricdəki soydaşlarımıza çağırışlar edib. Buna uğun olaraq da soydaşlarımız fəaliyyət göstərirlər. Artıq hər 5 ildən bir Azərbaycanda Dünya azərbaycanlılarının qurultayının keçirilməsi ənənəyə çevrilib. Sonuncu belə qurultayın 2022-ci ilin apreilndə Şuşada keçirilməsi isə dünya azərbaycanlıları üçün unudulmaz tarixi tədbir olmuşdur.

Azərbaycançılığı qorumaq və təbliğ etmək qəlbdən gələn milli hissdir. Bu gün xaricdə yüksək vəzifələrdə çalışmalarına baxmayaraq bu hisslə yaşayan soydaşlarımız az deyil. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Onlar Azərbaycandan mənəvi güc alırlar. Prezident İlham Əliyev 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə  müraciətində bildirmişdir ki, bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər: “Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar”. Dövlətimizin başçısı sanki bütün dünya azərbaycaynlılarının ürəyindən gələn səsi qeyd edib. Çünki Azərbaycanın Qarabağ üzərində şanlı Zəfəri hər bir soydaşımızın üzünü ağ edib. Cənab Prezident alnımızdaki ləkəni götürüb. Məhz buna görə də dünya azərbaycanlıları Ali Baş Komandana, Ordumuza minnətdardır.

Qasımov Səyavuş Kamran oğlu,

Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Cənab Prezidentin xalqa müraciəti, təbriki çox konseptual və əhatəli idi

Növbəti xəbər

Azərbaycanın geopolitik gedişlərinin uğurlu nəticəsi

Əlaqədar Xəbərlər

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

1 həftə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

1 həftə əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

1 həftə əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycanın regional liderliyinin növbəti nümunəsi

1 həftə əvvəl
Parlaq qələbələr
Gündəm

Azərbaycanın sərmayə iqlimi və regional rolu

1 həftə əvvəl
Növbəti xəbər
Ulu Öndərin tarixi qayıdışı

Azərbaycanın geopolitik gedişlərinin uğurlu nəticəsi

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

1 həftə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

1 həftə əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

1 həftə əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycanın regional liderliyinin növbəti nümunəsi

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.