İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
29 İyul, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

DTX-nin “Bilgəh” İstirahət mərkəzində yay məktəbinin açılışı oldu

3 il əvvəl
Oxunma müddəti: 6 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

24 iyul tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin “Bilgəh” İstirahət mərkəzində 12-16 yaş arası məktəbli və yeniyetmələr üçün təşkil ediləcək “Cyber Summer School – 2023” beynəlxalq yay məktəbinin açılış tədbiri baş tutub. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, “Azerconnect MMC”, “Caspel”, “Cyberpoint”, “Techpro DC” və “Huawei Technologies” şirkətlərinin sponsorluğu, “Gesco”, “A2Z Technologies”, “CISCO” və “Azerobot” şirkətlərinin tərəfdaşlığı ilə 30 iyul tarixinədək Bakı Ali Neft Məktəbində baş tutacaq yay məktəbinə cəlb edilmiş yeniyetmələrin və onların valideynlərinin iştirak etdiyi açılış tədbirində aidiyyəti dövlət qurumlarının, xarici ölkələrin ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin, eləcə də ali təhsil müəssisələrinin rəhbər vəzifəli şəxslərinin çıxışları dinlənilib. Bununla yanaşı, açılış tədbirinin iştirakçıları təşkil olunmuş texnoloji sərgidə “Caspel”, “Cyberpoint” “Techpro DC”, “Huawei”, “A2Z Technologies”, “Cisco” və “Azerobot” şirkətlərinin texnoloji həlləri və xidmətləri ilə tanış olub.

Ənənəvi olaraq hər il baş tutan yay məktəbi ərzində yerli və xarici mütəxəssislər tərəfindən iştirakçılar üçün kibertəhlükəsizlik sahəsində təlimlər, texnoloji turlar, habelə iştirakçılar arasında kibertəhlükəsizlik sahəsində bilik yarışının (“CTF”) həyata keçirilməsi planlaşdırılıb. Qeyd etmək lazımdır ki,  “Cyber Summer School – 2023” yay məktəbinin əhatə dairəsi və beynəlxalq əhəmiyyəti bu il daha da genişləndirilmişdir. Belə ki, 30 iyul tarixinədək davam edəcək yay məktəbinə Azərbaycan, İsrail və Türkiyə ilə yanaşı Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan yeniyetmələr, ümumilikdə 125 iştirakçı cəlb edilib.

Ödənişsiz əsaslarla ingilis dilində təşkil ediləcək beynəlxalq yay məktəbinə 12-16 yaş aralığında olan, zəruri ingilis dili, habelə informasiya texnologiyaları üzrə biliklərə malik və müsabiqədən keçmiş şəxslər cəlb edilib. Bakı Ali Neft Məktəbində təşkil ediləcək təlim və praktiki seminarlar isə Azərbaycan, İsrail və Türkiyənin sahə üzrə ekspertləri tərəfindən həyata keçiriləcəkdir. Ümumilikdə, yay məktəbinin davam edəcəyi müddət ərzində 20 təlimçi tərəfindən kibertəhlükəsizliyin müxtəlif aspektləri üzrə 20-dən çox təlim və praktiki seminarların, sonda isə yay məktəbi iştirakçıları arasında bilik (“CTF”) yarışının həyata keçirilməsi nəzərdə tutulub.

2021-ci ildən etibarən ənənəvi olaraq hər il həyata keçirilən layihənin əsas məqsədi tərəfdaş ölkələrdən olan yay məktəbi iştirakçıları arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinə, kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə malik yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsinə, habelə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişdirilməsinə dəstək verməkdir.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Minsk qrupu tarixin zibilliyinə gedib, canlandırmağa cəhd edirlər”

Növbəti xəbər

Bu gün Azərbaycan üçün Qərb mətbuatının nə yazması önəmli deyil. Çünki bu məlumatlar həqiqəti əks etdirmir

Əlaqədar Xəbərlər

Yeni dönəm, yeni strategiya
Sosial

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

6 gün əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

7 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

2 həftə əvvəl
“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi
Sosial

“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi

1 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

26 İyun – Azərbaycan Ordusunun qüdrət və şərəf günü

1 ay əvvəl
Könül Nurullayeva növbəti dəfə vətəndaş qəbulu keçirib
Sosial

Könül Nurullayeva növbəti dəfə vətəndaş qəbulu keçirib

1 ay əvvəl
Növbəti xəbər
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi

Bu gün Azərbaycan üçün Qərb mətbuatının nə yazması önəmli deyil. Çünki bu məlumatlar həqiqəti əks etdirmir

“Hələ də anlamıram ki, o necə gəlib nazir olub?”
Gündəm

“Sonradan bildim ki, onun yanındakı qız da erməni əsillidir” – Elşən Musayev

2 gün əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

6 gün əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

6 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Deputat: Azərbaycan-Almaniya münasibətləri uzunmüddətli strateji baxışa əsaslanan tərəfdaşlıq modeli üzərində qurulur

6 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.