İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
8 Dekabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Bu gün Azərbaycan üçün Qərb mətbuatının nə yazması önəmli deyil. Çünki bu məlumatlar həqiqəti əks etdirmir

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Hesab edirəm ki, ümumilikdə sözügedən müsahibədə cənab Prezident çoxsaylı mühüm məqamlara toxunub: “Toxunduğu mühüm məqamlardan biri də “Human Rights Watch”, “Amnesty International” və “Freedom House” təşkilatlarının fəaliyyətidir.

Əslində Azərbaycan müstəqilliyini əldə etdikdən sonra davamlı olaraq bu təşkilatlar ölkəmiz əleyhinə məlumat yaymaqla və təbliğat aparmaqla məşğul olublar. Biz bunu Vətən müharibəsi dövründə də gördük. Vətən müharibəsi dövründə və ondan sonra davamlı olaraq bu kimi addımlar atılır. Ermənistanda zaman-zaman insan hüquqlarının pozulmasına baxmayaraq, sözügedən təşkilatlar heç vaxt bu ölkə barəsində bir belə məlumatı yaymırlar. Ancaq mövzu Azərbaycan olduqda, ağına-bozuna baxmadan ölkəmizi qaralayırlar. Həqiqətdən uzaq, məqsədli şəkildə təhrif olunmuş hesabatların şahidi oluruq. Təbii ki, bütün bunlar sifarişli materiallardır. Üstəlik, sözügedən təşkilatlar Ermənistanla sıx bağlıdır. Eyni zamanda bir sıra hallarda bu təşkilatlar erməni lobbisi tərəfindən maliyyələşdirilir. Bütövlükdə zaman-zaman bu təşkilatlar erməni diasporu ilə sıx əlaqədə olur. Əlbəttə ki, Azərbaycan belə haqsızlıqlara öyrəşib. Artıq biz uzun müddətdir belə yalan məlumatları eşidirik. Ona görə də insan hüquqlarının müdafiəsindən dəm vuran bu təşkilatların müstəqil olmasından danışmaq mümkün deyil.

Bu gün Azərbaycan üçün Qərb mətbuatının nə yazması önəmli deyil. Çünki bu məlumatlar həqiqəti əks etdirmir. Bizim üçün əsas Azərbaycan xalqının, dövlətin yeritdiyi siyasətdir. Bu barədə olan obyektiv fikirlərdir. Cənab Prezident də haqlı olaraq əsas göstəricinin bu məsələ olmasını xüsusi olaraq vurğuladı və qeyd etdi. Həqiqətən də bu bir reallıqdır. Yəni qərəzli, əsassız məlumatlardansa, belə bir reallıq və yanaşma daha önəmlidir”.

Bizim dini və ya etnik zəmində heç zaman hər hansı problemimiz olmayıb. Azərbaycandakı erməni azlığının hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacaq. Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar.

Azərbaycan əsrlər boyu və xüsusən də, müstəqillik dövründə, sözün əsl mənasında, etnik və dini dözümlülüyün, birgəyaşayışın yüksək standartlarını nümayiş etdirir. Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır və bu, bizim ən böyük sərvətlərimizdən biridir.

Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan prioritetlərimizə və milli maraqlarımıza cavab verməyən hər hansı işə qoşulmur. Biz müstəqil davranırıq və siyasətimiz müstəqildir. Bu, əsas səbəbdir ki, Azərbaycan davamlı olaraq mətbuatın hədəfindədir, dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalır.

Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir.

Müsahibədə həm də müasir Azərbaycanın qurucusu və Çin-Azərbaycan dostluğunun təməlini qoyan  Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən danışıldı.

Beynəlxalq aləmdə tanınmış siyasətçi, Çin Xalq Respublikasına dostluq münasibəti bəsləyən, Çin xalqının qədim dostu olan ulu öndər Heydər Əliyev Çin-Azərbaycan dotluq münasibətlərinin inkişafında böyük rol oynamışdır.

Bu gün Heydər Əliyevin siyasi kursunu onun layiqli davamçısı İlham Əliyev davam etdirir. Çin dövləti ilə münasibətlər, siyasi, iqtisadi əlaqələr daha geniş inkişaf edir.

Çin ilə Azərbaycan coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub. Bu münasibətlərin yaranmasında isə tarixi İpək yolu çox vacib rol oynayıb. Bu səbəbdən Çin və Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir.

Xalqlarımızın onilliklərdən bəri davam edən dostluq əlaqələrini, eləcə də, Çin və Azərbaycanın dövlət rəhbərlərinin bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istiqamətində səylərini nəzərə alaraq tam əminliklə söyləmək olar ki, bu dostluq münasibətləri bundan sonra da uğurla davam etdiriləcək və xalqlarımızın rifahının yaxşılaşmasına xidmət edəcəkdir.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

DTX-nin “Bilgəh” İstirahət mərkəzində yay məktəbinin açılışı oldu

Növbəti xəbər

Azərbaycanın Qarabağda güclənən mövqeyi

Əlaqədar Xəbərlər

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır
Gündəm

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır

4 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

6 gün əvvəl
YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib
Gündəm

YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib

6 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

“Xəyanətkar kvartet!” – deputat yazır…

7 gün əvvəl
Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib

2 həftə əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Maddi, mədəni, təbii sərvətləri ilə zəngin olan Kəlbəcər artıq öz sahibləri ilə birlikdədir

2 həftə əvvəl
Növbəti xəbər
Ulu Öndərin tarixi qayıdışı

Azərbaycanın Qarabağda güclənən mövqeyi

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır
Gündəm

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır

4 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

6 gün əvvəl
YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib
Gündəm

YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib

6 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

“Xəyanətkar kvartet!” – deputat yazır…

7 gün əvvəl
Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib

2 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.