Bəli. Əgər yaşadığımız planetdə Vardanyanın Nobel mükafatına namizədliyini irəli sürəcək birisi tapılırsa, o zaman Gültəkin Hacıbəylinin Paşinyan sevgisinə, Cəmil Həsənlinin “əczaçı” qiyafəsində zühuruna, Tural Sadıqlının dövlətçilikdən danışmasına kimsə təəccüblənməməlidir.
Əli Kərimli adında “siyasi qolçomaq” isə bu arada mitinq anonsu verib. Üstəlik, belə bir acizanə məsləhətdə də bulunub ki, insanların indiki məqamda kütləvi aksiyalar vasitəsilə öz sözünü deməsi yaxşı olardı.
Yadıma bir əhvalat düşdü. Demək bir nəfər içkili olduğu üçün “ayıq sürücü” sifariş verib və ünvana çathaçatda alkoqolun təsirindən beyni necə çönübsə sürücüyə qayıdıb ki, bəs sən məni bura qədər gətirdin, indi mən səni necə tək buraxım? Hara gedirsənsə özüm aparacam. Sürücü ha illah edib, ha çalışıb ki bunu fikrindən daşındırsın, amma xeyiri olmayıb. Adam qəşəngcənə maşına oturub, sürüb, gedib, yolda da polisə yaxalanıb və beləcə aləm dəyib bir-birinə.
İndi misalı şəxsinə yaxın, ay Əli Kərimli. Camaat məsləhəti sənə verir, sən kimə verirsən? Yoxsa yenəmi hoqqabazlıq “sezon”un gəldi?
17049806131692438768659ff0854de5f.jpg (27 KB)
Partiyanın, yəni AXCP-nin qeydiyyatı üçün tələb olunan rəqəmi üçüncü cəhddə güclə toplaya bildin, 50 cür işverənliklə siyasi müvazinətini birtəhər qoruyub saxladın, ləğvdən canını qurtardın. Sərəncamında cızmaqara edəcək 3 nəfər yoxdur ki, “Azadlıq”a xəbər qoysun, hamının əvəzinə özün yazırsan. Təşkilatının adındakı hərflərin sayı üzvlərinin sayından daha çoxdur. Siqaret dalınca göndərməyə adam axtarsan, karıxıb qalarsan. 55 illik yubileyinə 55 qonaq tapıb çağıra bilməyəcək qədər urvatsızsan. Amma danışanda elə loppaz, elə yekə danışırsan, tanımayan, bilməyən sanar ki, ətrafında yüz minlərlə insan ordusu-filan var…
Özü də mitinq e. Yox bir, Gültəkin Həzi! Yenə dərnək tədbiri denən, “hərdəmxəyallar klubu”nun təlimi denən, 3-4 qaraguruhçunun “siyasi yoqa” məşqi denən, bəlkə, bir az inandırıcı olsun. Amma ta mitinq yox da.
***
Gültəkin demişkən. Bayaq lap əvvəldə onun bitib-tükənməyən, hind üslublu fantaziyalarına, riyakar xislətinə eyham vurdum.
461091.jpg (30 KB)
İndi isə bir az konkretləşdirim: Adam o gün feysbukda yekə bir status yazıb, Konqo Prezidentinin Bakıya gəlişinə rişxənd edib və ardınca da dəxilsiz müqayisə apararaq Ermənistanın Baş nazirinə öz sevgi və ehtiramını bildirib.
Sonra deyirlər, Kardaşyan bənzətməsini niyə edirsən? Yaxşı, bəs neyləyim? Nə deyim? Kimlə qiyaslayım? Hansı nümunə, hansı subyekt, hansı etalon üzərindən fikrimi çatdırım, vətən xainlərini, satılıq simaları, vicdandan qısır qalmışları təsvir edim?
Bir insan nə qədər naqis olmalıdır ki, öz dövlətinin qalib Liderini deyil, düşmən dövlətin məğlub liderini tərifləsin? Bir insan mənəvi kasadlığın hansı zirvəsində qərarlaşmalıdır ki, Şuşanın işğaldan azad olunmasına sevinməsin, amma erməni sərhədçilərin dərdini erməninin özündən daha çox çəksin? Bir insan “podoşva” xislətini öz xarakterinə nə qədər hopdurmalı, sürtülə-sürtülə haralara qədər irəliləməli, gəlməlidir ki, sonucda belə acınacaqlı vəziyyətə düşsün, plintusdan da aşağı səviyyəyə ensin?
Bunun adı kardaşyanlıq deyilsə, o zaman bəs nədir?
***
Hələ keçən həftə “söyüş müxalifəti”nin qanıpozuq nümayəndələrindən biri mənə “Yeni Müsavat”dakı yazımdan dolayı yekə bir video həsr edib.
Tam səmimi deyim, reaksiya bildirmək fikrim yoxdur. Çünki anti-milli qüvvələrlə apardığım mübarizənin daha geniş masştabda olduğunu düşünürəm və bu səbəbdən də şəxsimə qarşı yönəlmiş ittihamları cavablandırmaq niyyətindən uzağam.
Amma həmin gədəyə qısa bir mesaj ötürüm, qulağı cingildəsin.
İl: 2007. Məkan: Naxçıvan Dövlət Universiteti. Ərəb əsilli qız. Ad və soyadının baş hərfləri ”M.Z”. Təcavüz.
Nəsə deyir sənə? Yoxsa daha təfsilatlı detallara keçim, ay şərəfsiz?
Elşən Musayev,
Milli Məclisin deputatı,
Demokratik Maarifçilik Partiyasının sədri