İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 İyun, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

COP29 konfransı çərçivəsində “Agro Dairy” stendi uğurla təmsil olunub

2 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

COP29 konfransı çərçivəsində PAŞA Holdinq-in “Yaşıl Zona” pavilyonunda “Agro Dairy” stendi Azərbaycanda iqlimə davamlı və yaşıl kənd təsərrüfatı mövzusunda təcrübəsini uğurla təqdim edib. Şirkət 11 gün ərzində iqlim dəyişmələri və onun fəsadlarına qarşı mübarizəyə töhfə verən kənd təsərrüfatı sahəsindəki layihələr, innovativ həllər və texnologiyaları nümayiş etdirərək ziyarətçilərin böyük marağına səbəb olub.

“Agro Dairy” nümayəndələri şirkətin davamlı kənd təsərrüfatı sahəsində əldə etdiyi nailiyyətləri, aqrar sahədə müasir texnologiyaların tətbiqi üzrə təcrübəsini və ekoloji yanaşmalarını interaktiv xəritələr və promo videolar vasitəsilə əhatəli şəkildə təqdim ediblər.

“Qida, Kənd Təsərrüfatı və Su Günü” çərçivəsində “Agro Dairy” şirkətinin icraçı direktoru Niyazi Əmirbəyovun moderatorluğu ilə “Dayanıqlı kənd təsərrüfatı” mövzusunda panel müzakirəsi təşkil olunub. Sessiyada Niyazi Əmirbəyov “yaşıl kənd təsərrüfatı” sahəsində şirkət yanaşmasını iştirakçılarla bölüşərək, panelistlərlə birlikdə bioloji müxtəlifliyin qorunması və kənd təsərrüfatının həm iqtisadi, həm də ekoloji cəhətdən dayanıqlılığının təmin edilməsi üçün ən yaxşı təcrübələr ətrafında fikir mübadiləsi aparıb. Eyni gün “Azərbaycan kənd təsərrüfatı ekosistemi” mövzusunda keçirilən digər panel sessiyasında “Agro Dairy”nin Strategiya və Rəqəmsallaşdırma üzrə rəhbəri Maksimilian Hartiq iqlim dəyişikliyinin kənd təsərrüfatı və əlaqəli ekosistemlərə təsirini müzakirə edib. O, iştirakçılara iqlim dəyişikliklərinə qarşı adaptasiya strategiyaları və qabaqcıl texnologiyaların tətbiqinin əhəmiyyəti barədə öz təcrübə və təkliflərini bölüşüb.

Tədbirlərdə media nümayəndələri, müxtəlif şirkətlərin əməkdaşları və beynəlxalq tərəfdaşlar iştirak ediblər.

“Agro Dairy” COP29 konfransı çərçivəsində keçirilən bu tədbirlərdə innovasiya, dayanıqlılıq və beynəlxalq əməkdaşlıq məsələlərini ön planda saxlayıb. Şirkətin təqdim etdiyi həllər və yanaşmalar təkcə Azərbaycanın deyil, həm də qlobal səviyyədə kənd təsərrüfatında ekoloji dayanıqlığa töhfə vermək məqsədi daşıyır.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir

Növbəti xəbər

Laçınlılar öz gözəl torpaqlarında yeni həyata başlayıblar

Əlaqədar Xəbərlər

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Yaddaşımızda əbədi qalan tarixi bir gün

15 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ulu Öndərin qayıdışı və ölkəni sabitliyə aparan ilk addımlar

18 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycandır

18 saat əvvəl
Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında ikitərəfli münasibətlər
Gündəm

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında ikitərəfli münasibətlər

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi hər iki dövlətin iqtisadi inkişafına böyük təkan verir

2 gün əvvəl
Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi
Gündəm

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi

4 gün əvvəl
Növbəti xəbər
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi

Laçınlılar öz gözəl torpaqlarında yeni həyata başlayıblar

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Yaddaşımızda əbədi qalan tarixi bir gün

15 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ulu Öndərin qayıdışı və ölkəni sabitliyə aparan ilk addımlar

18 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycandır

18 saat əvvəl
Beyləqanda “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib
Xüsusi

Beyləqanda “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib

1 gün əvvəl
Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında ikitərəfli münasibətlər
Gündəm

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında ikitərəfli münasibətlər

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.