İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
22 Sentyabr, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Türk dünyası bizim ailəmizdir

42 dəqiqə əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Türk dünyasının geosiyasi əhəmiyyətinin artdığı, regional təhlükəsizlik və enerji məsələlərinin beynəlxalq gündəmdə xüsusi yer tutduğu bir dövrdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Prezident İlham Əliyevin təşkilata üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə səsləndirdiyi fikirlər türk dövlətləri arasında həmrəyliyin, qarşılıqlı fəaliyyətin və ortaq təhlükəsizlik yanaşmasının vacibliyini bir daha gündəmə gətirir. Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında və Mərkəzi Asiya ölkələrinin enerji imkanlarının beynəlxalq bazarlara nəqlində oynadığı rol, eləcə də türk dövlətlərini birləşdirən tarixi-mədəni bağlar bu əməkdaşlığın iqtisadi və mənəvi əsaslarını təşkil edir. Eyni zamanda, müasir təhdidlərin, xüsusilə ideoloji çağırışların gənc nəslə təsiri təhlükəsizlik məsələsinə daha geniş prizmadan yanaşmağı zəruri edir. Görüşdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər türk dünyasının qarşısında dayanan əsas məsələlərə – enerji təhlükəsizliyi, regional sabitlik, qarşılıqlı əməkdaşlıq və gənclərin ideoloji təhdidlərdən qorunmasına diqqət çəkir. Çıxışda Azərbaycanın Türk Dövlətləri Təşkilatında oynadığı rol, həm enerji istehsalçısı, həm də mühüm tranzit ölkəsi kimi mövqeyi xüsusi vurğulanır.

Azərbaycan uzun illərdir dünya enerji bazarında etibarlı tərəfdaş kimi çıxış edir. Ölkənin enerji resurslarının beynəlxalq bazarlara çıxarılması ilə yanaşı, Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Xəzər dənizi üzərindən Qərb bazarlarına nəqlində Azərbaycanın mühüm tranzit imkanları mövcuddur. Bu baxımdan Azərbaycan yalnız öz enerji resurslarının ixracatçısı deyil, həm də Mərkəzi Asiya ilə Avropa arasında enerji və nəqliyyat əlaqələrinin inkişafına töhfə verən ölkə kimi çıxış edir. Xəzər hövzəsinin geosiyasi və iqtisadi əhəmiyyətinin artması Azərbaycanın regional əməkdaşlıq imkanlarını da genişləndirir. Enerji sahəsində əməkdaşlıq türk dövlətləri arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün mühüm istiqamətlərdən biridir. İnfrastruktur layihələrinin inkişafı, enerji marşrutlarının şaxələndirilməsi və tranzit imkanlarının genişləndirilməsi region ölkələrinin qarşılıqlı asılılığını və əməkdaşlıq potensialını artırır.

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi “Türk dünyası bizim ailəmizdir” ifadəsi türk dövlətləri arasındakı münasibətlərin yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmadığını göstərən siyasi mesaj kimi diqqəti cəlb edir. Türk dövlətlərini birləşdirən ortaq tarixi-mədəni irs, dillər arasındakı yaxınlıq, ənənələr və tarixi əlaqələr əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Bu amillər siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və humanitar əlaqələrin inkişafına zəmin formalaşdırır. Son illərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətlərdə genişlənməsi bu əlaqələrin institusional xarakter aldığını göstərir. Nəqliyyat, enerji, ticarət, rəqəmsal texnologiyalar, təhsil, mədəniyyət və təhlükəsizlik sahələri təşkilat daxilində qarşılıqlı fəaliyyətin əsas istiqamətləri sırasında yer alır.

Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri müntəzəm xarakter daşıyır. Azərbaycanın təşəbbüsü ilə yaxın vaxtlardan etibarən qeyri-rəsmi Zirvə görüşləri də keçirməyə başlamışıq. Çünki hesab etdik ki, dövlət başçılarının ildə bir dəfə məhz bu formatda görüşməsi kifayət deyil. Lakin dediyim kimi, ölkələrimizin hər birinin üzv ölkələrlə ikitərəfli gündəliyi kifayət qədər fəaldır. Ancaq biz birlikdə ildə bir dəfə toplaşırıq və hesab etdik ki, bu azdır. Həmkarlarımız da bunu dəstəklədilər və ilk qeyri-rəsmi Zirvə görüşü Şuşada, daha sonra isə digər ölkələrdə də keçirildi. Beləliklə, rəhbərlik səviyyəsində ümumi maraqlarımızın, ümumi planlarımızın olduğu barədə ümumi anlayış mövcuddur və onların həyata keçirilməsi, yenə də daha çox ölkələrimizin mövcud və mümkün təhdidlərdən nə dərəcədə qorunmasından asılı olacaq.

Ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük. Bəzi ölkələr artıq həyəcan təbili çalırlar ki, belə davam edərsə, əhali sadəcə olaraq, kritik səviyyəyə qədər azalacaq. Bizim ölkələrimizdə isə əks proses gedir, yəni əhalinin artması prosesi müşahidə olunur. Bəli, bu, müəyyən mərhələdə, əgər fəal iqtisadi siyasətlə, o cümlədən sosial infrastrukturun yaradılması və iş yerlərinin sayının artırılması ilə dəstəklənməzsə, müəyyən iqtisadi, hətta sosial problemlərə gətirib çıxara bilər. Lakin ölkələrimizdə həm iqtisadi artımın, həm də sosial rifahla bağlı məsələlərin uğurla həll edildiyini görürük. Bildiyiniz kimi, mən TDT-yə üzv ölkələrə tez-tez səfər edirəm. Elə keçən ay Özbəkistana, Qırğızıstana iki səfərim oldu, Türkiyədə də, Türkmənistanda da tez-tez oluram. Buna görə də TDT məkanında müşahidə etdiyimiz müsbət dəyişikliklərin özüm şahidiyəm. Bütün bunlar qardaşlarımız üçün sevinc və qürur hissi doğurur.

 

 

Niyaməddin Əsgərov,

YAP Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Türk Dövlətləri Təşkilatı beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir

Növbəti xəbər

Müstəqil Azərbaycan dövlətinin mükəmməl xarici siyasət strategiyası vardır

Əlaqədar Xəbərlər

Gənclərin idmana marağı artır
Gündəm

Müstəqil Azərbaycan dövlətinin mükəmməl xarici siyasət strategiyası vardır

38 dəqiqə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Türk Dövlətləri Təşkilatı beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir

44 dəqiqə əvvəl
“Cəmiyyət və sosial inteqrasiya” layihəsi çərçivəsində görüş keçirilib
Gündəm

“Cəmiyyət və sosial inteqrasiya” layihəsi çərçivəsində görüş keçirilib

4 saat əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

TDT çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması vacibdir

23 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan xalqı ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı

24 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Türk dünyasının təhlükəsizliyi və enerji əməkdaşlığı

1 gün əvvəl
Növbəti xəbər
Gənclərin idmana marağı artır

Müstəqil Azərbaycan dövlətinin mükəmməl xarici siyasət strategiyası vardır

Gənclərin idmana marağı artır
Gündəm

Müstəqil Azərbaycan dövlətinin mükəmməl xarici siyasət strategiyası vardır

38 dəqiqə əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Türk dünyası bizim ailəmizdir

42 dəqiqə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Türk Dövlətləri Təşkilatı beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir

44 dəqiqə əvvəl
“Cəmiyyət və sosial inteqrasiya” layihəsi çərçivəsində görüş keçirilib
Gündəm

“Cəmiyyət və sosial inteqrasiya” layihəsi çərçivəsində görüş keçirilib

4 saat əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

TDT çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması vacibdir

23 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.