İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 May, 2025 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında razılaşmanın, ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

23 Aprel 2024-cü il tarixdə ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum öz işinə başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edərək tədbir iştirakçılarının suallarını cavablandırdı. Forum sonrakı günlərdə Azərbaycanın işğaldan azad olunan Laçın şəhərində öz işini davam etdirdi və Laçında 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə konfrans baş tutdu. Forum, həmçinin iştirakçılara Laçında inkişaf layihələri ilə yaxından tanış olmaq imkanı yaratdı.

Məlumat üçün qeyd edək ki, 2023-cü ilin dekabrında baş tutmuş sonuncu forumdan sonra ölkəmizlə bağlı bir sıra dəyişikliklər olmuşdur. Bunların içərisində ən vaciblərdən biri heç şübhəsiz ölkəmizin BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək ölkə olaraq seçilməsidir. Bu, Azərbaycanın qlobal miqyasda güclü diplomatiyasının əlaməti və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzunun təsdiqidir. Eyni zamanda, son günlərin ən əlamətdar hadisəsi illərdir ki, işğal altında olan Qazaxın dörd kəndinin ölkəmizə qaytarılması da ötən dövrün mötəbər hadisələrindən biri kimi tarixə yazılmışdır. Bütün bu yeniliklərin fonunda baş tutan Forumda ölkə başçımız, həm ölkəmizi, həm regionumuzu, həm də ümumilikdə dünyanı əhatə edən proseslərlə bağlı vacib fikirlər səsləndirərək dünya mediasının da gündəmində yer aldı.

“Düşünürəm ki, COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında razılaşmanın, ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır. Hesab edirəm ki, baza prinsipləri ilə bağlı razılığa gəlmək və sonra məzmunun təfərrüatlarına daha çox vaxt ayırmaq da bir variantdır. Lakin hətta layihə hazır olsa da, düşünürəm ki, bunun üçün hər iki tərəf gərgin işləməli və ola bilsin görüşləri bir gün deyil, bir neçə gün keçirməlidir”. Bu barədə Prezident İlham Əliyev aprelin 23-ü ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.

Dövlət başçısı qeyd edib ki, delimitasiya və sülh razılaşması iki ayrı məsələdir: “Düşünürəm ki, onları birləşdirmək və bir-birindən asılı etmək yanlış olar. Bunun çox sadə bir səbəbi var. Bizim Ermənistanla sərhədimiz təxminən min kilometrdir, ola bilsin daha çox və ya daha az. Bu sərhədin böyük hissəsi 30 ildən çox işğal altında olub – Kəlbəcərdən, Murovdağdan Araz çayına qədər təxminən 500 kilometrdir. Sovet dövründə, hətta bizim inzibati sərhədlərimiz olanda Ermənistan Sovet Respublikası ilə Azərbaycan Sovet Respublikası arasında inzibati sərhədin bir hissəsi müəyyən olunmamışdı. Sərhədin böyük hissəsində məskunlaşma tamamilə olmayıb, dağların hündürlüyü 3500 metrdir, ilin 9 ayı qarla örtülü olur. Bu, həqiqətən də çox mürəkkəb relyefdir. Praktiki nöqteyi-nəzərdən qısa müddətdə bu sərhədin delimitasiyası mümkün deyil.

Regional məsələlərin digər iki nümunəsi. İki dost ölkə olan Azərbaycan və Gürcüstan, həmçinin iki dost ölkə olan Ermənistanla Gürcüstan 30 ildən çox müddətdə öz sərhədlərinin delimitasiyasını apara bilməyib. Qeyd etdiyim kimi, ona görə yox ki, bizim problemlərimiz var, – həm Ermənistanın, həm də Azərbaycanın Gürcüstanla dost münasibətləri var, – ona görə ki, bu, mürəkkəb məsələdir. Bizim Gürcüstanla sərhədimiz, yəni, sərhədin razılaşdırılmış hissələri cəmi 70 faiz təşkil edir. Bu, ləng gedən prosesdir, bu proses yüksək dəqiqlik tələb edir. Ona görə də biz Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasını gözləyib sonra sülh razılaşması imzalasaq, bizə daha 30 il vaxt lazım olacaq. Bizim təklifimiz bu iki məsələni ayırmaqdan ibarətdir. Bunu deyərkən kiminsə bizim mövqeyimizi yanlış şərh etməsini və ya, necə deyərlər, fərziyyələr irəli sürməsini istəmirəm. Azərbaycan və Ermənistan 2022-ci il oktyabr Bəyanatı ilə bağlı razılığa gələndə bu, açıq-aşkar onu göstərdi ki, bizim əlaqələrimiz yaxşı məlum olan 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq.

İkincisi, biz dedik ki, Ermənistana qarşı ərazi iddialarımız yoxdur, əgər onların Azərbaycana qarşı ərazi iddiaları olmasa. Biz Ermənistana nümayiş etdirdik ki, əgər onlar Azərbaycana qarşı ərazi iddialarını davam etdirsələr, bizim Ermənistana qarşı ərazi iddialarımız olacaq. Bunun nəticəsi necə olacaq, düşünürəm ki, hər kəs başa düşür.

Prezident İlham Əliyev onu da vurğuladı ki, Azərbaycan və Ermənistan tərəfləri arasında növbəti görüşün Qazaxıstan Respublikasında keçirilməsi ehtimalı var. Ancaq burada söhbət heç də vasitəçilik missiyasından getmir. Ötən dövrdə baş verənlər göstərdi ki, iki dövlət arasında razılıq əldə olunması üçün hansısa dövlətlərin vasitəçiliyinə ehtiyac yoxdur. Görüşün Qazaxıstanda keçirilməsi yalnız məkan seçimi ilə əlaqədardır. Beləliklə, hansısa üçüncü dövlətlərin ambisiyaları, bölgədə maraqları olmazsa iki ölkə istənilən mövzuda gec-tez razılığa gələ və Cənubi Qafqazda birgə yaşayış və əməkdaşlıq dövrünün əsası qoyula bilər.

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından bir nümunədir

Növbəti xəbər

Bu səfər ikili münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasına kömək edəcək

Əlaqədar Xəbərlər

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir
Gündəm

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir

18 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Azərbaycan ilə Vyetnam vahid mövqedən çıxış edir

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat

2 gün əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivləri

3 gün əvvəl
Neftçalada Ulu Öndərin xatirəsi yad edilib – FOTOLAR
Gündəm

Neftçalada Ulu Öndərin xatirəsi yad edilib – FOTOLAR

5 gün əvvəl
Daha inamlı gələcəyə doğru
Gündəm

Daha inamlı gələcəyə doğru

5 gün əvvəl
Növbəti xəbər
Bu səfər ikili münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasına kömək edəcək

Bu səfər ikili münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasına kömək edəcək

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir
Gündəm

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir

18 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Azərbaycan ilə Vyetnam vahid mövqedən çıxış edir

2 gün əvvəl
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu
Xüsusi

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat

2 gün əvvəl
Azərbaycanın inkişaf edən kiçik ada dövlətlərinə dəstəyi
Sosial

Vahid mövqelər

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.