İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
16 İyun, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Bakının Antalya mesajı: Yeni regional təhlükəsizlik arxitekturası

2 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Müasir dünya getdikcə daha mürəkkəb və parçalanmış geosiyasi reallıqla üz-üzədir. Rusiya-Ukrayna müharibəsi, ABŞ–İran gərginliyi və Yaxın Şərqdə davam edən qeyri-sabitlik beynəlxalq təhlükəsizlik arxitekturasını sarsıdır. Məhz belə bir dövrdə Antalya Diplomatiya Forumu yalnız diplomatik tədbir deyil, yeni qlobal dialoq mərkəzi kimi çıxış edir”.

Bunu Ölkə.az-a açıqlamasında deputat Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, Antalya forumu artıq sadəcə konfrans məkanı deyil. “O, qlobal güclər arasında dialoqun alternativ platformasına çevrilərək, beynəlxalq münasibətlər sistemində yeni “yumşaq güc” mərkəzinin formalaşdığını nümayiş etdirir. Bu forum vasitəsilə regional aktorlar qlobal proseslərə təsir imkanlarını genişləndirir və yeni diplomatik oyun qaydaları formalaşdırırlar”, – deputat vurğulayıb.

Azərbaycanın diplomatik xətti: sülh gündəliyi və regional liderlik

Deputat əlavə edib ki, Forum çərçivəsində Azərbaycan tərəfindən verilən mesajlar aydındır və strateji məntiqə əsaslanır: “Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin çıxışlarında səslənən əsas tezis  “Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib”  ölkənin yeni mərhələdə geosiyasi kursunu müəyyən edir.

Bu yanaşma bir neçə istiqamətdə özünü göstərir: Birincisi, post-münaqişə mərhələsində transformasiya

Cənubi Qafqaz artıq klassik münaqişə zonasından çıxaraq transformasiya mərhələsinə daxil olur. “Nə tam sülh, nə də açıq qarşıdurma” vəziyyəti isə keçid dövrünün tipik xüsusiyyətidir. İkincisi, etimadın iqtisadi əsaslarla qurulması. Üçüncüsü, Azərbaycan və Ermənistan arasında ticarət əlaqələrinin başlaması siyasi dialoqun iqtisadi baza ilə möhkəmləndirilməsinə yönəlmiş addımdır”.

Deputat qeyd edib ki,  Azərbaycan sülhü yalnız siyasi bəyanat kimi deyil,  praktik olaraq real layihələr, nəqliyyat xətləri və iqtisadi inteqrasiya vasitəsilə qurmağa çalışır:

Yeni regional təhlükəsizlik arxitekturası

“Antalya platformasında səslənən ən mühüm ideyalardan biri də yeni təhlükəsizlik modelinin formalaşdırılmasıdır. Bu model xarici güclərin diktəsi ilə deyil, region ölkələrinin öz təşəbbüsü ilə qurulur.

Azərbaycanın irəli sürdüyü “regional sahiblik” konsepsiyası burada açar rol oynayır. Bu yanaşma regional problemlərin regional aktorlar tərəfindən həllini, inklüziv əməkdaşlıq formatlarının yaradılmasını, ortaq məsuliyyət prinsipini özündə birləşdirir. Bu model artıq praktikada özünü göstərir: Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-İran-Türkiyə kimi platformalar regionda təhlükəsizlik və əməkdaşlıq üçün alternativ mexanizm rolunu oynayır”.

Ankara–Bakı müttəfiqliyi: strateji oxun dərinləşməsi

Deputat vurğulayıb ki, Prezidet İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan liderliyi ilə formalaşan Ankara–Bakı xətti artıq regional deyil, qlobal miqyasda təsir gücünə malikdir:
“Şuşa Bəyannaməsi bu münasibətləri institusional səviyyəyə yüksəldərək onları hərbi, siyasi və iqtisadi müttəfiqliyə çevirdi.

Bu ittifaqın əhəmiyyət Cənubi Qafqazda güc balansını dəyişməsi, enerji və nəqliyyat layihələrinin təhlükəsizliyini təmin etməsi, türk dünyası və daha geniş coğrafiyada inteqrasiyanı sürətləndirməsi ilə ölçülür.

Enerji və nəqliyyat: geosiyasətin yeni sütunları

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri regionu qlobal tranzit mərkəzinə çevirir. Xəzərdən Avropaya uzanan enerji dəhlizləri, Orta Asiya ilə əlaqələrin gücləndirilməsi və xüsusilə Zəngəzur dəhlizi konsepsiyası yeni geoiqtisadi reallıq yaradır.
Bu layihələrin ən mühüm tərəfi onların inklüziv xarakter daşımasıdır. Ermənistanın da tranzit ölkə kimi bu prosesə qoşulması ehtimalı regionda uzunmüddətli sülh üçün real iqtisadi stimul yaradır.

Antalya Forumunun tarixi-siyasi əhəmiyyəti

Antalya Diplomatiya Forumu müasir dövrdə üç əsas funksiyanı yerinə yetirir:

1. Qlobal dialoq platforması- fərqli düşərgələr arasında ünsiyyət körpüsü
2. Regional təşəbbüslərin təqdimat məkanı- yeni ideyaların legitimləşdirilməsi
3. Diplomatik güc nümayişi- orta güclərin beynəlxalq sistemdə rolunun artması. Bu baxımdan forum, beynəlxalq münasibətlər sisteminin transformasiya mərhələsinin simvoluna çevrilir.

Antalyadan verilən mesaj və qarşıda duran çağırışlar

Antalya Diplomatiya Forumu və burada səslənən mesajlar göstərir ki, dünya yeni mərhələyə daxil olur. Bu mərhələdə güc təkcə hərbi potensialla ölçülmür, diplomatiya və əməkdaşlıq əsas alətə çevrilir, regional liderlər qlobal proseslərin aktiv iştirakçısına çevrilir.

Azərbaycan isə bu prosesdə passiv tərəf deyil, həm də  sülh gündəliyi, regional sahiblik yanaşması və genişmiqyaslı layihələri ilə yeni geosiyasi nizamın qurucularından biri kimi çıxış edir.

Antalya bu baxımdan sadəcə forum deyil, eyni zamanda bir çağırışdır: qarşıdurmadan əməkdaşlığa, xaosdan nizama keçidin çağırışı”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Simulyasiya ilə Riyaziyyat səfəri” qrant layihəsi uğurla başa çatdı

Növbəti xəbər

“Dərsdə Vizual Güc – Gamma ilə Tədris” qrant layihəsi uğurla başa çatdı

Əlaqədar Xəbərlər

Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

3 dəqiqə əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Şuşa Bəyannaməsinin strateji mesajı

2 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Sadiqliyimizi nümayiş etdirən Bəyənnamə

11 saat əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

İmzalanmasının beşinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsi bu gün öz praktiki nəticələrini verir

1 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

2 gün əvvəl
Şuşa bəyannaməsi sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır
Gündəm

Şuşa bəyannaməsi sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır

3 gün əvvəl
Növbəti xəbər
“Dərsdə Vizual Güc – Gamma ilə Tədris” qrant layihəsi uğurla başa çatdı

“Dərsdə Vizual Güc – Gamma ilə Tədris” qrant layihəsi uğurla başa çatdı

Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

3 dəqiqə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Şuşa Bəyannaməsi – Qardaşlığın və birliyin tarixi sənədi

7 dəqiqə əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Şuşa Bəyannaməsinin strateji mesajı

2 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Sadiqliyimizi nümayiş etdirən Bəyənnamə

11 saat əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

İmzalanmasının beşinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsi bu gün öz praktiki nəticələrini verir

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.