İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 Sentyabr, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Cənab Prezident çox açıq şəkildə Ermənistana mesaj verdi

3 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Hesab edirəm ki, həqiqətən də Qərbin maraqlarından çıxış edən dairələr uzun müddət Ermənistanla birlikdə Azərbaycan xalqının məğlubiyyətlə barışmasına səy göstərdilər: “Bütün bunlarda məqsəd o idi ki, torpaqlar işğaldan azad edilmədən iki ölkə arasında münasibətlər bərpa olunsun. Bununla bağlı çoxsaylı səylər göstərdilər. Bunda əsas hədəf və məqsəd Azərbaycan xalqını işğalla barışmağa məcbur etmək idi. Həmçinin bu məqsədlə böyük məbləğdə vəsaitlər sərf edildi və davamlı olaraq təbliğat da aparılırdı ki, insanlar bu məsələni unutsunlar. Bir sözlə, torpaqların itkisi ilə barışsınlar. Ermənistan da ərazilərimizi həmişəlik işğal altında saxlasın. Əsas hədəf və məqsəd bundan ibarət idi.

Azərbaycan dövləti, xalqı bütün bunları bildiyi üçün bununla barışmaq niyyətində deyildi. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan uzun müddət torpaqların işğaldan azad olunması üçün ciddi addımlar atdı. Nəhayət uyğun bir əlverişli geosiyasi məqamda ərazilərimizi işğaldan azad etdik.

Prezidentin bir daha bu məsələni xatırlatması, hesab edirəm, həm də o mənada önəmlidir ki, insanlarımız bu məkrli cəhdləri, planları heç vaxt unutmamalıdılar. Bilməlidilər ki, bir vaxtlar Azərbaycana qarşı belə xain planlar var idi. Həmin xain planların qarşısını Prezidentin başçılığı ilə Azərbaycan xalqı qətiyytlə ala bildı. O üzdən, biz bu anlamda reallıqları unutmamalıyıq və çalışmalıyıq ki, belə məkrli planları hər zaman ifşa edək. Bu gün təəssüf ki, müxtəlif fikirlər səsləndirilir və təxribat xarakterli müəyyən planlar qurulur. Ona görə də biz bu kimi məsələlərdə maksimum diqqətli və ayıq-sayıq olmalıyıq. Onu da qeyd edim ki, belə xain planlar həm də sözügedən dövlətlərin mahiyyətini açıq-aşkar ortaya qoyur. O baxımdan biz hər zaman diqqətli olmalıyıq”.

Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı rəsmi Bakının haqlı və konkret mövqeyini də ifadə etdi. Ölkə rəhbəri Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli razılaşmanın şərtlərinə zidd olaraq Azərbaycanla Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsi yaratmadığını xatırlatdı. Prezident Naxçıvana gedən yolun təhlükəsizliyi ilə bağlı Ermənistan rəhbərliyinin qarantiyalarının kifayət olmadığını, nəzarəti razılaşmada qeyd olunduğu kimi Rusiya tərəfinin həyata keçirməli olduğunu vurğuladı. Dövlət başçısı Zəngəzur dəhlizini hərbi güc yolu ilə açmayacağını bəyan etdi.

Proseslərin gedişi göstərir ki, Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində heç bir ciddi dəyişiklik yoxdur. Bu dəhlizin açılmasına Ermənistan mane olmağa çalışır:

“Azərbaycanın mövqeyi isə çox qəti və prinsipialdır. Cənab Prezident növbəti dəfə Ermənistan tərəfinə çox ciddi bir mesaj verdi ki, bu dəhliz açılmalıdır. Əslində, əvvəl də bu məsələyə bir neçə dəfə cənab Prezident toxunmuşdu. Qeyd etmişdi ki, ya könüllü formada Ermənistan bunu edəcək, ya da buna məcbur ediləcək. Düşünürəm ki, Ermənistan bu mesajlardan ciddi nəticə çıxartmalıdır və real addımlar atmalıdır. Zəngəzur dəhlizinin açılması və burada maneəsiz keçidlə bağlı məsələlər 10 noyabr razılaşmasında əksini tapıb. Gözlənti ondan ibarət idi ki, Ermənistan sərhədi, daha doğrusu, dəhlizi ən qısa vaxtda açacaq. Amma təəssüf ki, bunun real nəticələrini görmürük”.

Parlamentari əlavə edib ki, əgər Ermənistan mane olmağa çalışarsa, Azərbaycan da öz məqsədlərini həyata keçirmək üçün digər məsələləri nəzərdən keçirə bilər: “Ermənistan reallığı nəzərə almalıdır. Əks təqdirdə bu məsələdən ən çox əziyyət çəkən, problemlə üzləşən Ermənistan özü olacaq, uzun müddət qapalı vəziyyətdə qalacaq. Azərbaycan vətəndaşlarının birmənalı olaraq Naxçıvana sərbəst, rahat gedişi üçün şərait yaradılmalıdır. Vətəndaşlarımız heç bir yoxlama proseduru olmadan Naxçıvana gediş-gəliş əldə etməlidir. Cənab Prezident çox açıq şəkildə Ermənistana mesaj verdi”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ölkəmizin inkişaf tarixində yeni dövr başlayıb

Növbəti xəbər

Yeni hədəflərə doğru

Əlaqədar Xəbərlər

“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

7 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Türk dünyasının güclənməsinə doğru

3 həftə əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

2 ay əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

2 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

2 ay əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

2 ay əvvəl
Növbəti xəbər
Fransa və Ermənistanın oxşar cinayətləri

Yeni hədəflərə doğru

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

13 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Sülhə qarşı Ermənistan cəmiyyətinin təəssüf doğuran reaksiyası

14 saat əvvəl
Sözü və əməli bir olan Lider
Sosial

Qarabağ reallığı və revanşizmin isterikası 

14 saat əvvəl
Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb
Gündəm

Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb

15 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Diplomatik səfər Azərbaycanın suverenliyinin praktik göstəricisidir

16 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.