Bildiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN telekanalına müsahibə verdi.
Müsahibəsində ölkəmizlə və dünya ilə bağlı fikirlər bildirən Prezident çıxışı zamanı ideologiyanın, iqtisadiyyatın və milli ideyaların Azərbaycanı bu gün layiq olduğu yerə gətirib çıxardığını vurğuladı. İqtisadiyyat hər şeyin əsasını təşkil edir.
Milli ideologiya, milli şüur da Azəbaycanın dövlət siyasətinin hər zaman prioritet istiqamətlərindən, hədəflərindən biri olub.
Cənab Prezidentin vurğuladığı amillər Azərbaycanın inkişafında, müstəqilliyinin möhkəmlənməsində müstəsna və əhəmiyyətli rol oynayıb. Yəni biz bunu bütün situasiyalarda və proseslərdə aydın şəkildə müşahidə etmişik. Daxili işlərə müdaxilənin qarşısını almaq istiqamətində Azərbaycan çox böyük işlər görüb, öz maraqlarını müdafiə edib. Eyni zamanda Azərbaycan güclü iqtisadiyyat qura bilib, həmçinin milli ideologiya da ən yüksək səviyyədə dövlət tərəfindən qorunur, təmin olunur və həyata keçirilir. Bu gün məhz bu siyasət nəticəsində Azərbaycan günü-gündən inkişaf edir, daha da möhkəmlənir.
Qeyd etmək lazımdır ki, bütün sahələrdə, istiqamətlərdə görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir.
Azərbaycan daxili müdaxilələrin hədəfi olub. Bizə qarşı bir sıra niyyətlərin həyata keçirilməsi, addımların atılması cəhdlərini dəfələrlə görmüşük. Amma qeyd etdiyimiz kimi, Azərbaycan bunların hamısının qarşısını qətiyyətlə alıb.
Eyni zamanda Azərbaycan iqtisadiyyatını qurub yarada bilib. Bu özünü açıq-aydın göstərir.
Bütün bunları biz öz siyasətimizdə görürük. Milli ideologiya, milli şüur da Azəbaycanın dövlət siyasətinin hər zaman prioritet istiqamətlərindən, hədəflərindən bir olub.
Çin iqtisadiyyatına gəldikdə isə, bu ölkənin iqtisadiyyatı inkişaf etdikcə beynəlxalq aləmdə onun rolu artır və dünya dövlətləri, xüsusilə də inkişaf etməkdə olan ölkələr onunla əməkdaşlığa can atır. Çin ilə Azərbaycan coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub. Bu münasibətlərin yaranmasında isə tarixi İpək yolu çox vacib rol oynayıb.
Çin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyib. Azərbaycan da Çin Xalq Respublikasının “Vahid Çin” siyasətinə hörmətlə yanaşır, bu konsepsiyanı dəstəkləyir və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatları tanıyır.
Milli Məclisin deputatı Ceyhun Məmmədov