İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Oktyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Azərbaycan Somali münasibətləri daha yüksək səviyyəyə qalxacaq

2 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Somali münasibətləri iqtisadi potensiala, iqtisadi perspektivə söykənən münasibətlərdir. Ümumiyyətlə Azərbaycan tək Somali deyil, Afrika ölkələrinə kifayət qədər Qoşulmama hərəkatı çərçivəsində, COP29, Bakı təşəbbüs qrupu çərçivəsində öz tövhələrini verib və Fransanın müstəmləkəçilik siyasətinə qarşı ədalətli olmağa çağırış edib ki, bu da xüsusilə də COP29-da Azərbaycanın çağırışları və sonda qəbul etdiyi qərarlarda öz əksini tapmışdır.

Qeyd etmək lazımdır ki, son vaxtlar biz cənab prezidentin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətində bir neçə xüsusi, vacib məqamı müşahidə edirik. Bunlardan biri xarici siyasətdə müsəlman ölkələri ilə əlaqələrin gücləndirilməsidir. Eyni zamanda yaxın şərqlə yanaşı Afrika dövlətləri ilə də əməkdaşlığın və əlaqələrin gücləndirilməsidir.

Bu gün Afrika böyük güclərin, müxtəlif dövlətlərin uğrunda mübarizə apardığı bir qitəyə çevrilib. Burada söhbət böyük təbii sərvətlərdən gedir.

Azərbaycan xarici siyasətinin əhatə dairəsini  daha da genişləndirir. Təkcə Somali deyil, digər Afrika ölkələri ilə də əlaqələrimizin sürətli formada inkişafını görürük və yəqin ki, yaxın zamanlarda digər ölkələrlə də bu istiqamətdə əməkdaşlıq qurulacaq.

Bir məsələni də qeyd etmək lazımdır ki, ümumiyyətlə Azərbaycanın xarici siyasətində Türkiyə ilə bir koordinasiyalı addımlar var. Bunun özü də çox önəmlidir. Bu gün Türkiyə Somalidə böyük layihələr həyata keçirir.

Bu gün Azərbaycan dünyanın bəzi ölkələrinə investisiyalar yatırır. Bu gün bizim böyük potensialımız var.

Bizim ölkə ilə Somalinin ortaq problemləri də zamanında olub. Somali də bizim ölkə kimi daxili çəkişmələrdən əziyyət çəkib. Uzun müddət İtalya, Fransa, Böyük Britaniya tərəfindən bölünmələrə məruz qalıb. Bu gün bu ölkə artıq daxili təhlükəsizliyini təmin edə bildi.

Burada digər bir məsələ müstəqil siyasətin həyata keçirilməsidir. Bu gün biz bunu tam əminliklə deyə bilərik ki, Azərbaycan müsəlman ölkələrinin içərisində lider dövlətlərindən birinə çevrilib. Artıq Afrika dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdırlar. Artıq Azərbaycan güclü bir siyasət həyata keçirir. Balanslı siyasət xüsusi diqqət cəlb edir. Bu bizim mövqeyimizi Beynəlxalq təşkilatlar müstəvisində də daha da gücləndirir. Həm də biz müsəlman həmrəyliyinə öz tövhəmizi davamlı olaraq veririk.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir

Növbəti xəbər

Bu gün məhz bu siyasət nəticəsində Azərbaycan günü-gündən inkişaf edir, daha da möhkəmlənir

Əlaqədar Xəbərlər

Beyləqanda YAP-ın VIII Qurultayı ilə bağlı növbəti tədbir keçirilib
Xüsusi

Beyləqanda YAP-ın VIII Qurultayı ilə bağlı növbəti tədbir keçirilib

5 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Qarabağ

Cəbrayılın yeni şəhər modeli

2 həftə əvvəl
Mühasibatlıq və Vergi Üzrə 5 Aylıq Peşə Hazırlığı Proqramı Uğurla Başa Çatdı
Xüsusi

Mühasibatlıq və Vergi Üzrə 5 Aylıq Peşə Hazırlığı Proqramı Uğurla Başa Çatdı

2 həftə əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Qarabağ

Vətəni hər şeydən uca tutdular

3 həftə əvvəl
Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək
Xüsusi

Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək

4 həftə əvvəl
Azərbaycanın arxalandığı güc
Xüsusi

Türk dünyasının inteqrasiyasında mühüm addım

3 ay əvvəl
Növbəti xəbər
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov

Bu gün məhz bu siyasət nəticəsində Azərbaycan günü-gündən inkişaf edir, daha da möhkəmlənir

Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Siyasət

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

3 saat əvvəl
Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Siyasət

“Ulu Öndər müstəqilliyin qorunmasını dövlət siyasətinin başlıca vəzifəsi kimi müəyyənləşdirmişdi”

12 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

14 saat əvvəl
Uğurlu inkişafın təməli
Sosial

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

14 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Siyasət

Regional sabitliyin möhkəmləndirilməsində Azərbaycanın çoxşaxəli əməkdaşlığı

14 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.