İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Fevral, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Bu, dövlətimizə təhlükə yaratmaq istəyən istənilən qüvvəyə açıq mesajdır” – Deputat

3 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“90-cı illərin əvvəllərində ərazisi işğala məruz qalan böyük qaçqın və məcburi köçkün problemi yaşayan, iqtisadiyyatı çökən Azərbaycan Respublkası tarix üçün çox kiçik zaman olan 30 ilə yaxın dövrdə ərazi bütövlüyünü bərpa etməklə yanaşı regionun ən böyük büdcəyə malik olan dövlətinə çevrilib. Vaxtilə, iqtisadiyyatı güclü olan dövlət hə şeyə qadirdir deyən Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətini qurdu. Prezident İlham Əliyev isə Azərbacanı regionun lider dövləti etməklə yanaşı dünyada söz sahibi olan ölkələrdən birinə çevirdi”.

İnformasiya.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bunu deputat Şahin İsmayılov parlamentdə 2023-cü il büdcəsinə dəyişiklilərin müzakirəsi zamanı deyib.

O, əlavə edib ki, büdcəyə edilməsi nəzərdə tutulan əlavələr də ölkəmizin bundan sonrakı dövrdə strateji istiqamətlərdə fəaliyyətinə əlavə imkanlar yaradacaq: “Belə ki, təhlükəsizlik sahəsinə ediləcək əlavələr ölkəmizin müdafiə imkanlarını artırmaqla yanaşı həm də dövlət üçün təhlükə yaratmaq istəyən istənilən qüvvəyə açıq mesajdır. Güclü Azərbaycan dövlətinin qalib ordusu müzəffər ali baş komandanın rəhbərlyi altında əvvəlkindən daha güclüdür. İkinci əsas istiqamət işğaldan azad olunmuş ərazilərin bərpası üçün əlavə dəstəkdir”.

Deputat əlavə edib ki, işğaldan azad olunmuş ərazilərin bərpa olunması hər bir azərbaycanlının mənəvi borcu və hər zaman böyük bir həvəslə gözlədiyi tarixi fürsətdir:

“Vaxtilə mövcud olmuş Qarabağ problemini milli məsələmizə çevirən Prezident İlham Əliyev indi həmin ərazilərin bərpasını milli qürur məsələsinə çevirmişdir. Hər bir azərbaycanlının gözü, qulağı hər an işğaldan azad olunmuş ərazilərdədir. Hər bir azərbaycanlı həm də ona görə qürurludur ki, güclü, qalib Azərbaycan dövləti öz gücü ilə beynəlxaq hüququ bərpa etdiyi kimi, öz tarixi ərazilərini də öz iqtisadi gücü ilə bərpa edir. Bu işə töhfə vermək isə hər kəs üçün tarixi bir imkandır .

Üçüncü əsas istiqamət isə Azərbaycanın beynəlxalq münasibətlərinin inkişafına əlavə imkanlar yaratmaqdır. Azərbaycan nəinki regional proseslərə, həm də qlobal hadisələrə dəstək verən və müəyyən hadisələrə beynəlxalq yön verən etibarlı  aktordur. Ölkəmizin beynəlxalq nüfuzu  gündən-günə artır. Bu istiqamətdə hələ görüləcək işlər kifayət qədərdir. Azərbaycan etibarlı tərəfdaş və beynəlxalq münasibətlər sahəsində stabil dövlətdir. Avropa Birliyinə üzv olan bir neçə dövlət ilə strateji tərəfdaşlıq haqqında sazişimiz var. Həmçinin işğaldan azad olunmuş ərazilərdə ermənilər tərəfindən törədilən barbarlığı beynəlxalq ictimaiyyətə daha ətraflı çatdırılmasına və həmçinin bu yerlərin geniş iqtisadi imkanlarının beynəlxalq təqdimatlarında da əlavə dəstək lazımdır”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Magistratura üzrə 68, 69 və 70 saylı qəbul proqramlarını seçmək istəyənlərin nəzərinə

Növbəti xəbər

İşğaldan azad edilmiş ərazilərdə seysmoloji xidmət mərkəzləri açılacaq

Əlaqədar Xəbərlər

Cəbrayıldakı isti ocaqlar…
Gündəm

Azərbaycan–Serbiya əməkdaşlığının perspektivləri

17 saat əvvəl
Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib
Gündəm

Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib

1 gün əvvəl
Azərbaycan geniş geosiyasi təsir imkanlarına malik tərəfdaş kimi qəbul olunur
Gündəm

Azərbaycan geniş geosiyasi təsir imkanlarına malik tərəfdaş kimi qəbul olunur

1 gün əvvəl
“Münxen platformasında da Azərbaycan vacib tərəfdaş kimi qəbul olunur”
Gündəm

“Münxen platformasında da Azərbaycan vacib tərəfdaş kimi qəbul olunur”

1 gün əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır

2 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Azərbaycanın rəqəmsal gələcəyi

2 gün əvvəl
Növbəti xəbər
İşğaldan azad edilmiş ərazilərdə seysmoloji xidmət mərkəzləri açılacaq

İşğaldan azad edilmiş ərazilərdə seysmoloji xidmət mərkəzləri açılacaq

Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Azərbaycanın artan enerji ixrac potensialı

17 saat əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Gündəm

Azərbaycan–Serbiya əməkdaşlığının perspektivləri

17 saat əvvəl
Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib
Gündəm

Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib

1 gün əvvəl
Azərbaycan geniş geosiyasi təsir imkanlarına malik tərəfdaş kimi qəbul olunur
Gündəm

Azərbaycan geniş geosiyasi təsir imkanlarına malik tərəfdaş kimi qəbul olunur

1 gün əvvəl
“Münxen platformasında da Azərbaycan vacib tərəfdaş kimi qəbul olunur”
Gündəm

“Münxen platformasında da Azərbaycan vacib tərəfdaş kimi qəbul olunur”

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.