Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası #WUF13 artıq start götürdü. Dünyanın 182 ölkəsindən 45 mindən çox iştirakçının qeydiyyatdan keçməsi bu forumun tarixində rekord göstəricilərdən biridir. Bu fakt Azərbaycanın beynəlxalq nüfuzunun, siyasi sabitliyinin və təhlükəsiz ölkə imicinin dünyada yüksək qiymətləndirildiyini bir daha göstərir. Bu cür mötəbər tədbirlərin Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycan artıq yalnız regionda deyil, qlobal miqyasda da böyük tədbirlərə uğurla ev sahibliyi edən ölkə kimi tanınır. Müasir infrastrukturu, inkişaf edən şəhərləri, qonaqpərvər insanları və güclü dövləti ilə ölkəmiz dünyanın diqqət mərkəzindədir. Belə bir tədbirin Azərbaycanda təşkili həm dövlətimizin gücünün, həm də ölkəmizə olan beynəlxalq etimadın göstəricisidir.
Bu gün hər bir azərbaycanlı olaraq qürur duyuruq. Çünki ölkəmiz gözəldir, dövlətimiz qüdrətlidir və Azərbaycan dünyada söz sahibi olan dövlətlər sırasında öz yerini getdikcə daha da möhkəmləndirir.
Ehtiram Mehtiyev,
Milli Cəbhə Partiyasının sədr müavini











