İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
28 Sentyabr, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Böyük idman uğurlarının təməlində ardıcıl dövlət siyasəti dayanır

5 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

İctimai həyatın bütün sahələrində olduğu kimi, idmanda qazanılan uğurlar da yalnız o zaman davamlı xarakter daşıyır ki, idmançı dövlətin qayğısı ilə əhatə olunur. O, məşqçiləri və texniki heyətlə bir yerdə görəndə ki, çəkdiyi zəhmətə, qazandığı nailiyyətə təkcə doğmaları və yaxınları deyil, Dövləti də ən ali səviyyədə dəyər verir, bütövlükdə cəmiyyət onunla qürur duyur, idmançı bu halda növbəti qələbələrə ruhlanır.

 

Ötən il Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı iki min medalın 600-dən çoxunun məhz qızıl olması o deməkdir ki, təltifetmə mərasimlərinin hər birində Dövlətimizin Himni səsləndirilib, Azərbaycanın Dövlət Bayrağını fərqli millətlərdən olan azarkeşlər ayaqüstə alqışlayıb. Bütün bu uğurların təməlində idmanın inkişafı ilə bağlı ardıcıl dövlət siyasəti və hərtərəfli qayğısı dayanır. Ən başlıcası, idmançılarımız artıq yaxşı bilirlər ki, qalib Dövlətin və qalib Xalqın təmsilçisi kimi indi daha böyük məsuliyyət daşıyırlar.

 

Bir neçə gün əvvəl Albaniyanın paytaxtı Tiranada keçirilmiş yunan-Roma güləşi və sərbəst güləş üzrə Avropa çempionatında milli komandamızın birinci olması elə bu səbəbdən xüsusilə qürurvericidir. Prezident İlham Əliyevin idmançı və məşqçiləri şəxsən qəbul etməsi həm də o deməkdir ki, hətta dövrümüzün mürəkkəb çağırışları və bundan irəli gələn vaxt məhdudluğu belə, Prezidentin cəmiyyətin ayrılmaz hissəsi-idman ictimaiyyəti ilə mütəmadi görüşlərinə mane olmur.

 

Bu ənənənin və Azərbaycanın böyük idman ölkəsi kimi təşəkkül tapması siyasətinin də əsasını qoyan Ümummilli Lider Heydər Əliyev vaxtilə belə demişdi: “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”. Prezident İlham Əliyevin güləşçilərlə görüşü zamanı səsləndirdiyi bu açıqlama isə ictimai dəyərlərə yanaşmada mövqe ardıcıllığının, idman və idmançılarla bağlı fikir bütövlüyünün, dəyişməz dövlət siyasətinin təsdiqidir: “Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir”.

 

Bu böyük sevinci Azərbaycan Karate Federasiyası da səmimi-qəlbdən bölüşür, güləşçilərimizi, məşqçi və texniki heyəti, Güləş Federasiyasını, Gənclər və İdman Nazirliyini bir daha təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.

 

Ülvi Quliyev, 

Milli Məclisin deputatı,

Azərbaycan Karate Federasiyasının prezidenti

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan-Çexiya dialoqu əməkdaşlığı gücləndirir

Növbəti xəbər

Azərbaycan güləşinin növbəti zəfəri

Əlaqədar Xəbərlər

Şuşadan “Böyük 20”liyə verilən təklif
Gündəm

27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə

2 saat əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Anım Günündə şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram

2 saat əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Şahin İsmayılov: Anım Günü milli yaddaşımızın, qürurumuzun və həmrəyliyimizin rəmzidir

16 saat əvvəl
Şuşa bəyannaməsi sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır
Gündəm

Deputat: “Bakı forumu yeni tərəfdaşlıqlar üçün əlverişli imkanlar açır”

23 saat əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

2 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq

3 gün əvvəl
Növbəti xəbər
Azərbaycanın arxalandığı güc

Azərbaycan güləşinin növbəti zəfəri

Şuşadan “Böyük 20”liyə verilən təklif
Gündəm

27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə

2 saat əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Anım Günündə şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram

2 saat əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Şahin İsmayılov: Anım Günü milli yaddaşımızın, qürurumuzun və həmrəyliyimizin rəmzidir

16 saat əvvəl
Şuşa bəyannaməsi sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır
Gündəm

Deputat: “Bakı forumu yeni tərəfdaşlıqlar üçün əlverişli imkanlar açır”

23 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Qarabağ

Vətəni hər şeydən uca tutdular

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.