İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
16 İyun, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Bolqarıstanla əməkdaşlıqın əsas məqsədi daha yaxşı nəticələr əldə etməkdir

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü keçirildi. Görüşdə hər iki ölkənin əməkdaşlıqlarının müxtəlif aspektləri müzakirə olundu.
Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı münasibətlər 1992-ci ilin yanvarında Bolqarıstanın Azərbaycanın müstəqilliyini tanımasından sonra başlamışdır. İki ölkə arasında əlaqələr illər keçdikcə daha da inkişaf edərək dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ilə daha da gücləndirildi. Belə ki, Azərbaycan dövlət başçısı İlham Əliyev prezidentliyi dövründə Bolqarıstana bir sıra rəsmi və işgüzar səfərlər etmişdir.
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Ötən illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bu gün Bolqarıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri zamanı imzalanmış sənədlər arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni xüsusilə qeyd etmək lazımdır. Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirilməlidir.
İki ölkə arasında son dövrlərə nəzər yetirsək görərik ki, ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Buna səbəb isə təbii qaz təchizatı sahəsində Azərbaycan qazının Bolqarıstana ixracını göstərmək olar. Bolqarıstan, eyni zamanda, qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir.
Bolqarıstan hazırda Azərbaycanın ən çox ixrac həyata keçirdiyi ölkələrdən biridir. Eyni zamanda, Azərbaycanda Bolqarıstan investisiyalı kommersiya qurumları sənaye, tikinti, ticarət və xidmət sahələrində aktiv fəaliyyət göstərir.
Onu da vurğulamaq istərdim ki, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək və Bolqarıstanla da bu istiqamətdə çox fəal işlər aparılacaqdır. Enerji tərəfdaşlığı Azərbaycan-Bolqarıstan münasibətlərinin təməli hesab edilir.
Bundan başqa, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Bolqarıstanın İnnovasiyalar və İnkişaf Nazirliyi arasında “texnoloji innovasiya sahəsində, eyni zamanda, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu” imzalandı. Əməkdaşlıq haqqında daha bir sənəd “Azərbaycan Hava Yolları” QSC və “Bulgaria Air” şirkəti arasında imzalandı.
İnanırıq ki, ölkələrimiz arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək. Bu sənədlərin imzalanması, bundan sonra hər iki dövlətin münasibətlərinin güclənməsinə öz tövhəsini verəcək.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Növbəti xəbər

Bu gün Bakıda PISA üzrə II ICESCO Nazirlər Konfransı öz işinə başlayıb

Əlaqədar Xəbərlər

Beyləqanda “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib
Xüsusi

Beyləqanda “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib

5 gün əvvəl
“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur
Xüsusi

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur

1 ay əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Xüsusi

“Gənclər siyasəti Azərbaycanın gələcək inkişafının əsas dayağıdır” – Şahin İsmayılov

1 ay əvvəl
Xüsusi

Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü artıq reallığa çevrilib

1 ay əvvəl
“Bir addım öndə: TEFL ilə inkişafa doğru” qrant layihəsi uğurla yekunlaşıb
Xüsusi

“Bir addım öndə: TEFL ilə inkişafa doğru” qrant layihəsi uğurla yekunlaşıb

1 ay əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Xüsusi

Azərbaycan güləşçilərinin Avropa çempionatlarında əldə etdiyi nailiyyətlər peşəkarlıq və güclü iradənin nəticəsidir

2 ay əvvəl
Növbəti xəbər
Bu gün Bakıda PISA üzrə II ICESCO Nazirlər Konfransı öz işinə başlayıb

Bu gün Bakıda PISA üzrə II ICESCO Nazirlər Konfransı öz işinə başlayıb

Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Şuşa Bəyannaməsinin strateji mesajı

1 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Sadiqliyimizi nümayiş etdirən Bəyənnamə

10 saat əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

İmzalanmasının beşinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsi bu gün öz praktiki nəticələrini verir

1 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

2 gün əvvəl
Şuşa bəyannaməsi sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır
Gündəm

Şuşa bəyannaməsi sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.