İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 Oktyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Beyləqan Olimpiya İdman Kompleksi tərəfindən açıq qapı günü təşkil edilib

4 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

23 iyun 2026-cı il tarixdə “23 İyun – Beynəlxalq Olimpiya Günü” ilə əlaqədar Beyləqan Olimpiya İdman Kompleksi tərəfindən açıq qapı günü təşkil edilib.

Açıq qapı günündə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon sektorunun rəhbər və məsul əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon sektorunun müdiri Sənan Quliyev və Beyləqan Olimpiya İdman Kompleksinin direktoru Gündüz İsgəndərov bildirdilər ki, Azərbaycanda idman hərəkatı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başladı. Bununla da, demək olar ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyuldu. Beynəlxalq Olimpiya Günü ilk dəfə 1948-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin təklifi əsasında qeyd edilib. Beynəlxalq Olimpiya Günü təsis edildiyi gündən etibarən simvolik bir tədbirdən 150-dən çox ölkədə milyonlarla insanın iştirak etdiyi aktiv, qlobal bayrama çevrilib.

Azərbaycan müstəqil dövlət olaraq Olimpiya hərəkatına 1992-ci ildən qoşulub. Ölkəmizdə bu sahənin sürətli inkişafı 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçilən dövlət başçısı cənab İlham Əliyevin adı ilə bağlıdır. Hazırda idmançılarımız Paralimpiya, Qış Olimpiya Oyunları, Yeniyetmələrin Yay və Qış Olimpiya Oyunları, Avropa Oyunları, Avropa Gənclərinin Yay və Qış Olimpiya festivalları və İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak edirlər.

Beyləqan rayonunda da idman infrastrukturunun inkişafı və kütləviliyinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Rayonda müasir Olimpiya İdman Kompleksi fəaliyyət göstərir, gənclər və yeniyetmələr bu kompleksdə asudə vaxtlarından səmərəli istifadə edirlər.

Tədbirin sonunda “23 İyun – Beynəlxalq Olimpiya Günü” münasibətilə Beyləqan Olimpiya İdman Kompleksinin rəhbərliyinə rayonda idmanın kütləviliyinin artırılması və gənclər arasında milli vətənpərvərlik ruhunun aşılanması istiqamətində apardığı işlərə görə  Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı adından Fəxri Fərman və hədiyyə təqdim edildi.

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Deputat: “Azərbaycan-Türkmənistan beynəlxalq nəqliyyat marşrutlarının əsas iştirakçılarıdır”

Növbəti xəbər

Günü-gündən ölkəmizin hərbi qüdrəti daha da artır

Əlaqədar Xəbərlər

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

2 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Güclü Azərbaycan naminə yeni hədəflər və strateji baxış

5 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Vətənə sədaqətli xidmət nümunəsi

6 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Cəbrayıl rayonunun Zəfər yolu

6 gün əvvəl
“Cəmiyyət və Sosial İnteqrasiya” layihəsi çərçivəsində Məktəb direktorları ilə görüş keçirilib
Sosial

“Cəmiyyət və Sosial İnteqrasiya” layihəsi çərçivəsində Məktəb direktorları ilə görüş keçirilib

1 həftə əvvəl
“Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın və Qənirə Paşayevanın Xatirə Otağının açılış mərasimi keçirilib
Sosial

“Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın və Qənirə Paşayevanın Xatirə Otağının açılış mərasimi keçirilib

2 həftə əvvəl
Növbəti xəbər
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov

Günü-gündən ölkəmizin hərbi qüdrəti daha da artır

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir
Gündəm

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir

2 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi 

2 gün əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

2 gün əvvəl
Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Gündəm

Zəfərdən suverenliyə, suverenlikdən yeni inkişaf mərhələsinə

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.