İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 Sentyabr, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

BDU-da “Diplomatın nitqi” layihəsinin iştirakçılarına sertifikatlar verilib

4 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Tədbirdə rektor Elçin Babayev qeyd edib ki, Azərbaycan diplomatiyası hazırda özünün ən güclü dövrünü yaşayır. Ölkəmizin siyasi, iqtisadi qüdrətini diplomatik cəbhədə qazandığımız uğurlar daha da möhkəmləndirir. BDU da bu mühüm prosesə öz töhfəsini verir. Rektor “Diplomatın nitqi” təlimlərinin beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərmək istəyən tələbələr üçün şans olduğunu qeyd edib. O bildirib ki, proqram çərçivəsində iştirakçılar nitq mədəniyyəti, ictimai çıxış bacarıqları, diplomatik ünsiyyət və özünü ifadə etmə sahəsində mühüm bilik və təcrübələr əldə ediblər. Bu, hər bir iştirakçının peşəkar və şəxsi inkişafına mühüm töhfə verib, liderlik bacarıqlarını inkişaf etdirib və gələcək fəaliyyətlərində daha inamlı çıxış etmələrinə şərait yaradıb: “Diplomatın nitqi yalnız düzgün danışmaq deyil, düşüncəni təsirli şəkildə çatdırmaq, qarşı tərəfi dinləmək, etimad yaratmaq və cəmiyyət qarşısında məsuliyyətlə çıxış etmək bacarığıdır. Gənclərin bu bacarıqlara yiyələnməsi gələcəyimiz üçün böyük ümid və inam yaradır. Təlimlərin ən sevindirici tərəflərindən biri də müxtəlif fakültələrdən olan tələbələrin bir araya gəlməsidir. Təlimlərdə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi ilə yanaşı, Hüquq, Tarix, Jurnalistika, Şərqşünaslıq, hətta dəqiq və təbiət elmləri fakültələrini təmsil edən, eləcə də xarici ölkələrdən BDU-da təhsil alan gənclər iştirak ediblər. İnanıram ki, layihə çərçivəsində formalaşan bilik və təcrübə gələcək diplomatların uğurlarının əsas dayaqlarından biri olacaq. Bu təlimlər onlar üçün yeni imkanların başlanğıcına çevriləcək”.

Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Vəfa İsmayılova layihə barədə məlumat verib. “Diplomatın nitqi” layihəsi çərçivəsində keçirilən təlimlər haqqında videoçarx nümayiş olunub.

Sonra Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Aytən Qurbanovanın moderatorluğu ilə “Sözün gücü: müasir diplomatiyanın fürsət və çətinlikləri” adlı panel sessiya təşkil olunub.

Sessiyada Milli Məclisin üzvləri Nigar Məmmədli və Rizvan Nəbiyev Azərbaycanın yürütdüyü çoxvektorlu xarici siyasətdə parlament diplomatiyasının “yumşaq güc” kimi rolu, Efiopiya Federativ Demokratik Respublikasındakı səfirimiz, ölkəmizin Afrika İttifaqı yanında daimi nümayəndəsi Ruslan Nəsibov bir cümlə və ya davranışın diplomatik fəaliyyətə təsiri, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə dövlətin rəsmi mövqeyinin effektiv və operativ çatdırılma yolları, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Mətin Məmmədli isə beynəlxalq münasibətlər sistemində analitik düşüncənin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb, şəxsi təcrübələrindən nümunələr çəkiblər.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri Hicran Hüseynova, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxışlarında belə layihələrin gənclərin peşəkar kadr kimi yetişməsində mühüm rol oynadığını qeyd ediblər.

Sonda “Diplomatın nitqi” təlimlərini uğurla başa vuran tələbələrə sertifikatlar verilib.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma layihələri həyata keçirir

Növbəti xəbər

Azərbaycanın beynəlxalq nüfuzunun yeni göstəricisi

Əlaqədar Xəbərlər

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

3 gün əvvəl
“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!
Gündəm

“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!

3 gün əvvəl
“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!
Gündəm

“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!

6 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Sən indi hamıdan ağıllı çıxmısan?!” – Elşən Musayev

6 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Vaşinqtondan Bişkekə: Sülh masasında Bakının dəyişməyən şərtləri

2 həftə əvvəl
Paytaxt təhsil işçilərinin sentyabr konfransına start verilib
Gündəm

Paytaxt təhsil işçilərinin sentyabr konfransına start verilib

2 həftə əvvəl
Növbəti xəbər
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi

Azərbaycanın beynəlxalq nüfuzunun yeni göstəricisi

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib
Sosial

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

15 saat əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

2 gün əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

3 gün əvvəl
“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!
Gündəm

“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!

3 gün əvvəl
QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar
Sosial

QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.