İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
24 Sentyabr, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Azərbaycanın uğurlu və qətiyyətli siyasəti Ermənistanı yenə masaya oturmağa məcbur etdi

3 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirildi.

Vacib olan bu görüş nəhayət ki, baş tutdu. Bildiyimiz kimi Praqada keçirilmiş görüşdən sonra Brüssel formatının həyata keçirilməsində müəyyən problemlər yaranmışdı. Çünki Ermənistan Fransanın müdaxiləsi nəticəsində, məqsədyönlü şəkildə görüşün dördtərəfli formatda keçirilməsini istəyirdi və bunun üçün səy göstərirdi. Amma Azərbaycan buna razı olmadı və nəticə etibarilə rəsmi Bakının iradəsi, qəti mövqeyi sayəsində Brüssel formatında üçtərəfli görüş baş tutdu.

Ermənistan siyasi müstəvidə Azərbaycanın təzyiqləri qarşısında hər dəfə daha ağır duruma məruz qalır. Bakı döyüş meydanında olduğu kimi siyasi arenada da Ermənistanı ağır duruma salıb və buna baxmayaraq sülh üçün öz təşəbbüslərini irəli sürmək kimi olduqca humanist bir yanaşmanı reallaşdırır. Ermənistan isə hər dəfə özünəməxsus riyakarlıq və hiyləgər planlarla bu prosesdən qaçmağa çalışsa da, Bakı uğurlu siyasəti nəticəsində onu tələb olunan həmin masaya oturtmağa məcbur edir.

Göründüyü kimi, Fransa rəsmiləri görüşdə iştirak etmədi. Bu, Azərbaycanın iradəsini ortaya qoymasını bir daha sübut edən danılmaz faktdır. Fransanın müdaxiləsi prosesləri heç şübhəsiz ki,  mənfi istiqamətə doğru aparır. Fransa ciddi cəhdlə Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesinə qoşulmağa, vasitəçilik missiyasını üzərlərinə götürməyə, əvvəlki müzakirələrdə əldə edilmiş razılıqları pozmağa cəhd göstərir. Bu qəbuledilməzdir, Azərbaycan hər hansı bir dövlətin bu prosesi pozmasına imkan verməyəcək.

Azərbaycanın iradəsi ondan ibarətdir ki, regionda davamlı sülh və sabitlik, təhlükəsizlik tam təmin olunsun. Buna mane olan, Ermənistan tərəfidir.

Qeyd edək ki, Brüssel formatı Azərbaycan üçün olduqca məqbul format sayılır.

Brüssel sülh gündəliyinin əsasını məhz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması və kommunikasiyaların bərpası təşkil edirdi. Bu görüşdə humanitar məsələlər, Azərbaycanın üzləşdiyi mina problemi, o cümlədən itkin düşmüş şəxslərin problemləri, həmçinin sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımlar müzakirə edildi.

Brüssel görüşündə diqqət çəkən vacib məqamlardan biri müzakirələrdə Qarabağ mövzusunun gündəmə gəlməməsi oldu. Prezident İlham Əliyev bu məsələyə öz qətiyyətini hər zaman bildirib və Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusunun olmamasını nəzərə çatdırıb. Ermənistanın buna heç bir aidiyyatı olmadığını və bunun bizim öz daxili işimizin olmasını vurğulayıb.

Avropa İttifaqı və Prezident Şarl Mişelin Azərbaycanın bütövlükdə bölgənin gələcəyinə təminat verən milli maraqlarının olması Brüssel prosesinin davamında uğurlu sülh sazişinə ümid etməyə zəmin yaradır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Xalqa bağışlanmış ömürdən anlar: 1999-cu ilin avqustu

Növbəti xəbər

Azərbaycanın 600 fermeri Bakıda keçiriləcək kənd təsərrüfatı sərgisində iştirak edəcək

Əlaqədar Xəbərlər

Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Siyasət

“Bu gün əsas məsələ kimin hakimiyyətdə, kimin müxalifətdə olmasından daha çox, ölkənin qarşıdakı mürəkkəb dövrə nə qədər hazırlıqlı olmasıdır”.

4 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

TDT-nin artan rolu: Təhlükəsizlik, enerji və nəqliyyatda yeni əməkdaşlıq mərhələsi

3 gün əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Türk dünyasının güclənməsinə doğru

1 ay əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

2 ay əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

2 ay əvvəl
Növbəti xəbər
Azərbaycanın 600 fermeri Bakıda keçiriləcək kənd təsərrüfatı sərgisində iştirak edəcək

Azərbaycanın 600 fermeri Bakıda keçiriləcək kənd təsərrüfatı sərgisində iştirak edəcək

Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Siyasət

“Bu gün əsas məsələ kimin hakimiyyətdə, kimin müxalifətdə olmasından daha çox, ölkənin qarşıdakı mürəkkəb dövrə nə qədər hazırlıqlı olmasıdır”.

4 saat əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır

6 saat əvvəl
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir
Gündəm

Son vaxtlar qəbul olunmuş dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək

7 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Yeraltı sərvətlərdən milli iqtisadi gücə

7 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan sənayesinin yeni dayağı: dağ-mədən və metallurgiya

7 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.