İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
21 Oktyabr, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Azərbaycan və qırğız xalqları arasında qarşılıqlı yardım əlaqələri gücləndirilir

1 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bu gün Qırğızıstan rəsmiləri tərəfindən azərbaycanlıların bu ölkədəki fəaliyyəti yüksək qiymətləndirilir

Azərbaycanla Qırğızıstan iki coğrafi ərzidə olmasına baxmayaraq, böyük türk dünyasının aid olan ölkələr arasında uzun tarixi əlaqələri var. Hətta 1924-cü ildə qırğız xalqının görkəmli oğulları K. Tınıstanova, İ. Arabaeva, O. Bolobalaeva və s. nümayəndə heyəti Şərqdə Türkdilli xalqların ilk Qurultayında iştirak ediblər. Öz növbəsində, vaxtilə Azərbaycanın görkəmli oğul və qızları  Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Rəşid Behbudov, Polad Bülbüloğlu, Sara Qədimova dəfələrlə Qırğızıstanda səfərdə olublar. Müasir dövrdə isə Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. 1995-ci ildə isə Heydər Əliyev Qırğızıstana səfər edib. Qrğız xalqının milli eposu “Manas”ın minilliyi ilə bağlı keçirlən tədbirdə işrtirak etmək üçün Ulu Öndər Heydər Əliyevin başçılıq etdiyi böyük nümayəndə heyəti Qırğızıstana gedb. Heydər Əliyev üç gün bu dağlıq regionda olub və insanlarla görüşüb, eləcə də əfsanəvi Manas adı ilə bağlı bütün tarixi yerləri gəzib. Bu da  iki türkdilli xalqlar arasında qardaşlıq və dostluğun gücləndirilməsinə dəlalət edir. Qırğızlılar bunu xatırlayır və Azərbaycan xalqının bu görkəmli oğlunun xatirəsini həmişə əziz tutur.

Azərbaycan və Qırğızıstan Prezidentlərinin qarşılıqlı səfərləri davam edir. Aprelin 24-də daha bir rəsmi səfəri Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkəmizə edib. Prezident İlham Əliyev bu səfər ilə əlaqədar mətbuata verdiyi bəyanatda hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənənin formalaşdığını deyib. “Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir”, – deyə dövlətimizin başçısı əlavə edib. Səfər çərçivəsində keçirilən görüşlərdə və imzalanan sənədlər razılaşdırlıb ki, qısa müddət ərzində ölkələrimiz arasında ticarət-iqtisadi, mədəni və humanitar əməkdaşlıq daha da güclənəcək. Daha sonra, əlbəttə, bu əlaqələr yeni və daha yüksək səviyyəyə çatacaq. Əlbəttə ki, bu əlaqələrin inkişaf etməsi Qırğızıstandakı diasporumuzun da fəaliyyətinə öz müsbət təsirini göstərəcək.

Xatırladaq ki, repressiya illərində azərbaycanlılar Qırğızıstana köçürülərkən qırğızıstanlılar onlara çörək, geyim və sığınacaq üçün otaq verib kömək etdiblər. Bu yardım o ağır illərdə həmin insanların həyatını xilas edib. Hazırda Qırğızıstanda Azərbaycan diasporunun ictimai birlikləri azlıq təşkil etsə də, ətrafında burada yaşayan soydaşlarımızın müəyyən hisəsini birləşdiriblər. Bu baxımdan “Azəri” İctimai Birliyi daha çox öz aktivliyi ilə seçilir. Diasporla İş üzrə Dövlət Komitəsi “Azəri” təşkilatı ilə də sıx əlaqədədir, daim onları diqqət mərkəzində saxlayır. “Azəri” təşkilatının nəzdində Azərbaycan məktəbi, ansamblı fəaliyyət göstərir, milli-mənəvi, mədəni, dini dəyərlərimiz qorunub saxlanılır.

Qırğızıstandakı soydaşlarımız ölkənin ictimai-siyasi işlərində, biznes sahəsində, fəal iştirak edirlər. Ölkənin tanınmış cərrahları, iş adamları arasında da azərbaycanlılar çoxdur. Bu gün Qırğızıstan rəsmiləri tərəfindən azərbaycanlıların bu ölkədəki fəaliyyəti yüksək qiymətləndirilir.

Diasporumuz tərəfindən Qırğızıstandakı universitetlərə əyani vəsait kimi Azərbaycanla bağlı, habelə erməni terrorçuların Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı əks etdirən və H.Əliyev Fondu tərəfindən buraxılmış kitablar təqdim edilir. Diasporumzun nəşr etdiyi kitablar Qırğızıstanın dövlət qurumlarına da paylanılır. Yeri gəlmişkən, oradakı diasporumuz “Ermənilərin Azərbaycan torpağında törətdiyi vəhşiliklər tarixi faktlarla” kitab nəşr etdirib. Bu kitaba görə Ermənistan Qırğızıstana etiraz notası göndərib. Ümumiyyətlə, Qırğızıstanda Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini, ədəbiyyatını təbliğ edən 40-dan çox kitab qırğız, ingilis və rus dillərinə tərcümə edilərək işıq üzü görüb. Həmin kitablar Qazaxıstanda və bütün Orta Asiya ölkələrində pulsuz yayılıb. Həmçinin Mir Cəlal Paşayevin seçilmiş əsərlərinin üçcildli də çap olunaraq yayılıb. Həmin kitablar Qırğızıstanda iki dövlət mükafatına layiq görülüb. Bunlardan əlavə, “Müasir Azərbaycanın qurucusu, yaradıcısı və xilaskarı”, “Dünya siyasətinin zirvəsini fəth edənlər”, “Prezident İlham Əliyev” (1000 səhifəlik) və digər kitablar bir neçə dildə nəşr edilərək Qırğızıstanın dövlət qurumları, parlamenti, ali və orta məktəbləri, kitabxanaları arasında yayılıb.

Azərbaycan Qırğızıstanla münasibətlərə çox böyük önəm verir. İnanırıq ki,  xalqlarımız arasında dostluq və qarşılıqlı yardım əlaqələri Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfərindən sonra daha da gücləndiriləcək.

 

Nurullayeva Zenfira İslam qızı,

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu

Növbəti xəbər

Şahin İsmayılov: Azərbaycanın qlobal məsələlərdə iştirakı və səyləri göz qabağındadır

Əlaqədar Xəbərlər

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbə şəhərində baş tutmuş MDB Dövlət Başçıları Şurasının iclasında cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycanın uzaqgörən diplomatiyasını, ölkəmizin beynəlxalq nüfuzunu və regionda liderliyini bir daha nümayiş etdirdi

1 həftə əvvəl
Gəncədə “Rəqəmsal Təhlükəsizlik və Sərhədlər” Forumu keçirilib
Xüsusi

Gəncədə “Rəqəmsal Təhlükəsizlik və Sərhədlər” Forumu keçirilib

3 həftə əvvəl
“Staj”lı riyakarlar haqda bir neçə kəlmə…” – Deputatdan hadisə kimi yazı!!!
Xüsusi

“Staj”lı riyakarlar haqda bir neçə kəlmə…” – Deputatdan hadisə kimi yazı!!!

3 həftə əvvəl
Elbrus Bayramov adına Beyləqan şəhər Təbiət və Humanitar Təmayüllü Liseyin şagirdləri Şəhidlər xiyabanında olub
Xüsusi

Elbrus Bayramov adına Beyləqan şəhər Təbiət və Humanitar Təmayüllü Liseyin şagirdləri Şəhidlər xiyabanında olub

3 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Xüsusi

Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur

3 həftə əvvəl
BMT tribunasından birliyə və həmrəyliyə çağırış
Xüsusi

BMT tribunasından birliyə və həmrəyliyə çağırış

3 həftə əvvəl
Növbəti xəbər

Şahin İsmayılov: Azərbaycanın qlobal məsələlərdə iştirakı və səyləri göz qabağındadır

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngilan dirçəlir

21 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

21 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Füzulidə bərpa və quruculuq salnaməsi

21 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Zəfər yolu: Füzulinin azad edilməsi

21 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Beş illik azadlığın mübarək Zəngilan!

22 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.