İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 Avqust, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan Respublikası və Çex Respublikası arasında çox fəal siyasi dialoq mövcuddur

4 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikası və Çex Respublikası arasında münasibətlər dərin tarixi köklərə malikdir. Ölkələrimiz hələ sovetlər dövründə mədəniyyət, təhsil, elm sahəsində sıx əlaqələr qurub. Ölkəmiz müstəqillik qazandıqdan sonra münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, tərəflər arasında imzalanmış sənədlər əlaqələrin normativ-hüquqi bazasını təşkil etməklə, siyasi və iqtisadi sahələrdə birgə mübadilələri genişləndirib. Azərbaycan Prezidenti İlham Əliyev ilə Çex Respublikasının Baş naziri Andrey Babiş arasında keçirilmiş görüş və mətbuata verilən bəyanatlar iki ölkə münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərən mühüm siyasi siqnaldır. Bu, Azərbaycan ilə Çexiya arasında münasibətlərin epizodik deyil, sistemli və institusional xarakter aldığını göstərir. Bu xüsusda rəsmi səfərin özü də siyasi iradənin təzahürüdür və ikitərəfli əlaqələrin davamlı inkişaf trayektoriyasına daxil olduğunu göstərir.

İqtisadi sahəyə dair səsləndirilən fikirlər isə Azərbaycan diplomatiyasının ənənəvi yanaşmasından enerji resursları üzərindən qurulan əməkdaşlıq modelindən daha geniş iqtisadi inteqrasiyaya keçid niyyətini açıq şəkildə nümayiş etdirir. Azərbaycanla Çexiya arasında enerji təhlükəsizliyi və digər müxtəlif sahələr üzrə əməkdaşlıq da genişlənir. Bu, hərbi təyinatlı məhsulların idxalına da aiddir. Azərbaycanla Çexiya arasında hərbi məhsulların birgə istehsalı ilə bağlı danışıqlar da aparılmışdır, bu danışıqlarda birgə istehsal da müzakirə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında daha sonra dedi: “Ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır”.

Çexiya Avropada Azərbaycanın ən böyük ticarət tərəfdaşları sırasında ilk onluqda yer alır ki, bu da ticari-investisiya-iqtisadi təmasların kifayət qədər qaneedici olmasını təsdiqləyir. Ticarət dövriyyəsinin həcmi 2025-ci ildə 800 milyon ABŞ dollarını ötüb ki, əmtəə mübadiləsinin 744 milyon dolları Azərbaycanın payına düşüb. Ticarət dövriyyəsinin strukturunda Azərbaycan neftinin ixracı xüsusi üstünlük təşkil etdiyindən, tərəflər əmtəə mübadiləsini şaxələndirmək və daha tarazlı olması üçün strukturunu təkmilləşdirmək niyyətindədirlər.

Mühüm məqamlardan biri də nümayəndə heyətinin tərkibində Hökumətin iqtisadi komandasının üzvləri ilə yanaşı Çexiyanın nüfuzlu biznes icmasının yer alması idi. Bu rəsmi Praqanın gündəliyinin kifayət qədər geniş olmasına işarə edir və Azərbaycanla əlaqələrə çoxistiqamətli rakursdan yanaşıldığını göstərir. Liderlərin iştirakı ilə biznes heyətləri üzvlərinin qarşılıqlı fikir mübadilələri aparması da iqtisadi və sərmayə yönümlü layihələrin diqqət mərkəzində olduğuna işarə edir. Eyni zamanda, bu müştərək faydalı müzakirələr yeni iqtisadi prioritetləri müəyyən etmək, dövlət və özəl şirkətlər arasında təmasları əlaqələndirmək, investisiya təşviqini artırmaq, ticari mübadiləni mövcud potensial sütunları üzərində inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Avropa enerji ailəsinin sadiq üzvü kimi son illərdə qazın həcmlərini artırmaq və şaxələndirməklə, ixrac coğrafiyasını daha da genişləndirib və 16 ölkənin qaz təminatında aparıcı dövlətdir. Həmin ölkələrin 10-u Avropa İttifaqı ölkəsidir. Çexiya ilə əməkdaşlığın böyük hissəsinin energetika sektoruna aid olması, eləcə də Çexiyanın qonşu ölkələr üçün tranzit rolunu oynaması bu sahədə gələcək əməkdaşlıq üçün yeni imkanlar meydana çıxarır. İdxal edilən neftin 42 faizini Azərbaycandan əldə edən bu ölkə Cənub Qaz Dəhlizinin infrastrukturunun genişləndirilməsi və enerji təchizatının şaxələndirilməsi çərçivəsində qaz təminatını da artırmaq, eləcə də regional ixrac zəncirində rolunu möhkəmləndirmək imkanı qazanacaq. Azərbaycan, eyni zamanda, coğrafi mövqeyi və trans-logistika imkanları ilə regionda əsas aparıcı və ölkələr arasında əlaqələndirici körpü rolunu oynayır. Müxtəlif coğrafi hüdudlar və qitələrdən başlayan nəqliyyat tranzitləri ölkəmizin coğrafi landşaftını əhatə etməklə Azərbaycanın bölgədə tənzimləyici və idarəedici rolunu da artırır. Bu baxımdan, Avropanın mühüm logistika qapılarından biri olan Çex Respublikası ilə kommunikasiya bağlantılarının diversifikasiyası üçün mühüm əhəmiyyət daşıyır.

 

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan Çexiya üçün etibarlı tərəfdaşdır

Növbəti xəbər

Azərbaycan Respublikası və Çex Respublikası arasında ikitərəfli münasibətlər

Əlaqədar Xəbərlər

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

4 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

4 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

1 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü 

1 həftə əvvəl
Növbəti xəbər
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir

Azərbaycan Respublikası və Çex Respublikası arasında ikitərəfli münasibətlər

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

4 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

4 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.