İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
20 Fevral, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan COP29-a uğurla ev sahibliyi edir

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edir.

Bunu ölkəyə gələn dövlət və hökumət başçıları çıxışlarında da təsdiqləyirlər. Tədbirdə iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib, 80 prezident, vitse-prezident, baş nazirin Bakıya gəlməsi bir daha tədbirin necə əhəmiyyətli olduğunu nümayiş etdirir.

İqlim dəyişmələri coğrafi təbəqədə gedən proseslərə və ekosistemlərə əhəmiyyətli təsir göstərə bilir. Bu dəyişmələr nəticəsində buzlaqların əriməsi, okean və dənzilərin səviyyəsinin qalxması, biomüxtəlifliyin pozulması, təbii fəlakətlərin və onların başvermə intensivliyinin artması, insanların sağlamlığında problemlərin yaranması və s. fəsadlar müşahidə edilir. Bu baxımdan iqlim dəyişmələrinə hazır olmaq, bununla bağlı baş verə biləcək mənfi hallara uyğunlaşmaq və yarana biləcək problemlərin ağırlıq dərəcəsinin azaldılmasına nail olmaq üçün önləyici tədbirlərin görülməsi zəruridir.

Məlumdur ki, ötən ilin dekabrın 11–də COP28-in plenar iclasında Azərbaycan yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi etməsi ilə bağlı qərar verilib. Bununla Azərbaycanda növbəti qlobal miqyasda tədbir keçirilir. Noyabrın 11-dən Bakıda start götürən COP29 tədbiri Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir. Bu gün qlobal problemlər, dünyanın gələcəyi Azərbaycanda müzakirə edilir. Prezident İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında dediyi kimi, Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir: “Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”.

COP29 elə başladığı gün ilk uğuruna imza atıb. Planet üçün irəliyə doğru ilk addım məhz Bakıda atılıb. Bakıda açılan COP29-un 1-ci günü ilk razılaşma ilə başa çatıb. Dünya ölkələri karbon krediti bazarı üçün BMT-nin yeni qaydalarını qəbul ediblər. Bu, ölkələrə iqlimlə bağlı öhdəliklərini yerinə yetirməyə kömək etmək üçün əsas addımdır.

Bu, daha köklü, mübadilə etmək niyyətində olan BMT tərəfindən dəstəklənən standartlarla keyfiyyətli karbon kreditləri mübadiləsi sahəsində karbon bazarına yeni yol açacaq. Həmçinin Bakı COP29-da əldə edilmiş bu razılıq iqlim dəyişikliyi sahəsində davamlı fəaliyyətə böyük töhfələr verəcək.

Qeyd etməliyəm ki, COP29 hazırda da uğurla davam etməkdədir. Hər gün minlərlə xarici və yerli qonaqlar müxtəlif tədbirlərdə iştirak edir, pavilyonları ziyarət edir və burada olmaqdan məmnunluq hislərini ifadə edirlər. Başqa sözlə, hər zaman olduğu kimi Azərbaycan yenə də növbəti mötəbər tədbirə ev sahibliyi edə bilib.

Təranə Paşayeva

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Ərazi partiya təşkilatı sədri

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri

“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri

Psixologiya üzrə fəlsəfə doktoru

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan-Türkiyə tandemi

Növbəti xəbər

Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir

Əlaqədar Xəbərlər

Rusiyadan Azərbaycana qarşı yeni hibrid hücum dalğası hazırlanır!
Gündəm

Rusiyadan Azərbaycana qarşı yeni hibrid hücum dalğası hazırlanır!

13 saat əvvəl
“350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”
Gündəm

“350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”

2 gün əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Gündəm

Çoxşaxəli tərəfdaşlığa əsaslanan Azərbaycan-Serbiya əlaqələri daha da genişlənir

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan və Serbiya arasında yaxın tərəfdaşlıq münasibətləri son illərdə yüksələn xətlə davam etməkdədir

2 gün əvvəl
“İrsdən Hüquqa: Heydər Əliyev və Biz” layihəsi uğurla icra olunub
Gündəm

“İrsdən Hüquqa: Heydər Əliyev və Biz” layihəsi uğurla icra olunub

2 gün əvvəl
Növbəti xəbər
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir

Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir

Rusiyadan Azərbaycana qarşı yeni hibrid hücum dalğası hazırlanır!
Gündəm

Rusiyadan Azərbaycana qarşı yeni hibrid hücum dalğası hazırlanır!

13 saat əvvəl
“350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”
Gündəm

“350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”

2 gün əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Gündəm

Çoxşaxəli tərəfdaşlığa əsaslanan Azərbaycan-Serbiya əlaqələri daha da genişlənir

2 gün əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Xüsusi

Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.