İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 May, 2025 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Azərbaycanın Serbiya və Bolqarıstanla əlaqələrinin inkişafına töhfə verəcək layihə

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir”

Artıq Azərbaycan dünyada həm də qaz ixrac edən ölkə kimi məşhurlaşıb. Bu, ondan irəli gəlir ki, xüsusən Avropa ölkələrinin Azərbaycan qazına olan tələbatı artmaqda davam edir. Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində Azərbaycanla bağlı deyilən fikirlər bunu bir daha sübut edir.  Qeyd edək ki, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev iştirak ediblər. Açılışda, öncə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəricilərindən və layihənin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Prezident İlham Əliyev tədbirdə çıxış edərək Azərbaycanın qaz ixracı coğrafiyasının daha da genişləndiyini deyib: “Yəni deyə bilərəm ki, bugünkü mərasim dostluq mərasimidir, strateji tərəfdaşlıq mərasimidir. Əlbəttə ki, hər iki prezidenti bugünkü açılış münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Eyni zamanda, Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim – interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcəkdir”.

Əlbəttə ki, enerji təhlükəsizliyi baxımından bu genişləmə qlobal arenada Azərbaycanın etibarlı tərəfdaş olması və iqtisadi potensialından irəli gəlir. Azərbaycan öz təbii sərvətlərindən vaxtında, səmərli istfadə etməyi bacarır. Neft və qaz amlidən düzgün yararlaraq dövlətimiz öz tərəfdaşlarının, ümumiyyətlə dostlarının sayını daha da artırıb. Bu məqamda geosiyasi vəziyyətin təlbləri də nəzərə alınmalıdır. Avropanın qaza ehtiyacı olan bir zamanda Azərbaycan bir növ öz qapılarını bu qitənin ölkələrinə açıb. Və gördüyümuz kimi, təbii qazımızı alan ölklər arasında Avropa ölkələri üstünlük təşkil edir. Bu say yəqinki artacaq. Ötən il Avropa ilə Azərbaycan arasında enerji sahəsində  bağlanmış Anlaşma Memorandumu bunun deməyə əsas veirir. Bunu Prezident İlham Əliyev də çıxşında xatırladıb: “Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir”.

Açılış mərasimində Bolqarıstan Prezidenti Rumen Radevinin çıxışında Azərbaycan ilə əlaqədar səsləndirdiyi fikirlər də diqqət çəkir. O, Avropaya qaz ixracında, eləcə də Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun işə düşməsində Azərbaycanın rolunu xüsusi vurğulayıb: “İnterkonnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan, nə də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdik. Mən Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır”. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsi təkcə layihədə iştirak edən tərəflər üçün deyil, həm də bütövlükdə Avropa üçün xüsusi hadisədir. Bu kəmər vasitəsilə Azərbaycan qazı Serbiyaya da nəql olunacaq. Əlbəttə ki, bununla regionda həyata keçirilən digər infrastruktur layihələri ilə birlikdə təbii qaz şəbəkəsi inkişaf edəcək. Xatırladaq ki, bu ilin oktyabrında Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi olmuşdur. Həmin mərasimdə Prezident İlham Əliyev iştirak etmiş və Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin tarixi əhəmiyyətə malik olduğunu demişdir. “Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaqdır”,- deyə ölkə başçısı əlavə etmişdir. Bolqarıstana ilk dəfə olaraq Azərbaycandan təbii qazı məhz Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru vasitəsi nəql ilə olunmuşdur. Artıq Azərbaycanla Bolqarıstan arasında enerji sahəsində əlaqələr daha da möhkəmlənib. Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru da Azərbaycanın bu iki Avropa ölkəsi ilə enerji sahəsində əlaqələrinin inkiafına və güclənməsinə əhəmiyyətli töhfə verəcək.

İbrahimova Gülzar İsaxan qızı,

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Əsas hədəfimiz Qərbi Azərbaycana qayıdış olmalıdır”

Növbəti xəbər

Azərbaycanın faydalı əməkdaşlığının rəmzi

Əlaqədar Xəbərlər

Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

3 gün əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

5 ay əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

5 ay əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

7 ay əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Siyasət

Komitə sədri: Fransız və erməni “bacıları” kimdir ki…

7 ay əvvəl
Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir
Siyasət

Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir

7 ay əvvəl
Növbəti xəbər
Füzulililər öz torpaqlarında Füzuli Şəhəri Gününü qeyd edirlər

Azərbaycanın faydalı əməkdaşlığının rəmzi

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir
Gündəm

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir

17 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Azərbaycan ilə Vyetnam vahid mövqedən çıxış edir

2 gün əvvəl
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu
Xüsusi

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat

2 gün əvvəl
Azərbaycanın inkişaf edən kiçik ada dövlətlərinə dəstəyi
Sosial

Vahid mövqelər

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.