İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
7 İyul, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma layihələri həyata keçirir

2 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Məlum olduğu kimi, Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra, iki amansız müharibə görüb. Birinci Qarabağ müharibəsi Azərbaycan xalqı və dövlətçiliyi üçün böyük fəlakətlər gətirdi. Torpaqlarımız işğal altına düşməklə yanaşı, ölkənin iqtisadi vəziyyəti daha da ağırlaşdı və siyasi böhran dərinləşdi. İkinci Qarabağ müharibəsindən – 44 günlük Vətən  müharibəsindən sonra isə, Azərbaycanda tam fərqli mənzərə hökm sürür. Ölkəmizdə həm siyasi, həm hərbi, həm də, iqtisadi stabillik təmin olunur. Müşahidələr göstərir ki, müharibə Azərbaycanın iqtisadi vəziyyətinə çox da ciddi təsir göstərməyib. Əlbəttə ki, bunun əsas səbəbi, ölkə Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi dəqiq iqtisadi strategiyadır.

Bütün quruculuq işləri Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 12 avqust 2021-ci ildə “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” imzalanmış Fərmanına əsasən həyata keçirilir. Ölkə Prezidentinin imzaladığı Sərəncam və Fərmanlar erməni vandallarının işğal zamanı xaraba qoyduqları yaşayış məntəqələrinin bərpası, sosial-iqtisadi dirçəlişi baxımından mühüm önəm daşıyır. Aparılan sistemli quruculuq işlərinin məntiqi nəticəsidir ki, Qarabağa “Böyük Qayıdış” davam edir. Azərbaycanın iqtisadi-siyasi təlatümlərə cavab verən iqtisadiyyatı, maliyyə sistemi Qarabağın minalardan təmizlənməsi və bərpası üçün lazım olan vəsaitin tez bir zamanda əldə olunmasına imkan verir. Eyni zamanda, ölkə Prezidenti, cənab İlham Əliyevin xüsusi siyasi bacarığı sayəsində, işğaldan azad olunmuş ərazilərimizin bərpasına xarici sərmayələrin qoyulmasına imkan yaradılıb. Bu isə, öz növbəsində yeni maliyyə mənbələri deməkdir. Bütün bu işlər, heç şübhəsiz ki, ölkə Prezidenti, cənab İlham Əliyevin tətbiq etdiyi dayanıqlı iqtisadi modelə söykənir. Təbii ki, ötən dövr ərzində dayanıqlı iqtisadi model qurulmasaydı, Qarabağın inşası üçün belə münbit maliyyə mühiti yaranmayacaqdı. Sürətli quruculuq işləri onu deməyə əsas verir ki, təkcə Şuşa şəhəri deyil, ümumilikdə, Qarabağ qısa müddət ərzində bütün dünyanın həm öz təbii gözəlliyinə, həm də, böyük turizm potensialına malik bir regionuna çevriləcəkdir. Azad edilmiş ərazilərin bərpası ilə bağlı həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan həmin əraziləri regionun ən inkişaf etmiş ərazilərindən birinə çevirməyi qarşıya məqsəd kimi qoymuşdur. Azad edilmiş ərazilərin böyük təbii resurslara və ehtiyatlara malik olması bu məqsədin əldə edilməsinə imkan yaradır. Həyata keçirilən nəqliyyat layihələrinin olması və Qarabağa müxtəlif istiqamətlərdən hərəkət etməyə imkan yaratması gələcəkdə bu regionun qonşu ölkələr ilə iqtisadi əlaqələrin qurulmasında əsas tranzit əraziyə çevrilməsinə imkan yaradacaqdır. Nəticədə regional ölkələr arasında ticarət əlaqələri genişlənmiş olacaqdır. Ona görə də, azad edilmiş ərazilərdə zəruri infrastrukturun yaradılması təkcə Azərbaycan üçün deyil, eyni zamanda qonşu ölkələr üçün də əhəmiyyətlidir. Nəqliyyat layihələrinin, o cümlədən hava limanlarının tikintisi eyni zamanda Qarabağın malik olduğu turizm potensialının da reallaşdırılmasına imkan yaradacaqdır. Bu isə, son nəticədə Azərbaycanın turizm sektorunun inkişafına töhfə verəcəkdir. Qarabağ regionunun bərpası və orada mövcud olan iqtisadi imkanların bərpa edilməsi həmin ərazilərin ölkə iqtisadiyyatında payının işğaldan əvvəlki səviyyəyə çatmasına şərait yaradacaqdır. Nəticə etibarı ilə, Azərbaycan iqtisadiyyatının inkişafına imkan yaratmaqla yanaşı qeyrineft sektorunun inkişafını əsaslı şəkildə dəstəkləyəcəkdir. Ümumilikdə isə, Qarabağın sürətli inkişafı regionun ümumi inkişafına töhfə verməklə indiyədək Ermənistanın işğalçı siyasəti nəticəsində istifadə edilməmiş imkanların tam olaraq reallaşdırılmasına şərait yaradacaqdır. Qarabağda davamlı iqtisadi inkişafın təmin edilməsi isə regionda davamlı sülhün yaranmasına və zərərli münaqişələrin yenidən yaranmasının qarşısının alınmasına imkan yaradacaqdır. Aydın şəkildə görünən odur ki, ölkə Prezidenti, cənab İlham Əliyev Qarabağın yenidən inşasına xüsusi diqqət göstərir və həmin ərazilərin bərpasının tez bir zamanda başa çatması üçün yorulmadan çalışır, dünyanın nüfuzlu şirkətlərinin bu işə  cəlb edilməsi istiqamətində mühüm addımlar atır…

Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bakıda WUF13 çərçivəsində keçirilən “Beynəlxalq Gənclər Süni İntellekt” yarışmasının qalibləri açıqlanıb

Növbəti xəbər

BDU-da “Diplomatın nitqi” layihəsinin iştirakçılarına sertifikatlar verilib

Əlaqədar Xəbərlər

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir
Gündəm

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir

13 dəqiqə əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

Rəqəmsal Azərbaycan: Güclü dövlətin yeni inkişaf mərhələsi

25 dəqiqə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik

1 gün əvvəl
“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb
Gündəm

“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb

1 gün əvvəl
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
Gündəm

Azərbaycanın sülh diplomatiyası

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.