İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Oktyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub

5 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Qürurverici haldır ki, bu gün Azərbaycan Cənubi Qafqazda lider və dünyada söz sahibi olan müstəqil dövlətdir. Hazırda ölkəmizin hər yerində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyasnı yenidənqurma və bərpa – tikinti işləri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Əvvəlki illərlə müqayisədə indi ölkəmizə gələn xarici turistlərin sayı da xeyli artıb.  Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu istiqamətdə əsaslı yeniliklərə imkan verəcək. Dövlətimizin başçısının bu Sərəncamı təkcə yeni tikililərin deyil, bütöv bir inkişaf fəlsəfəsinin təqdimatıdır. Ölkəmizdə əsrlərin yaddaşını yaşadan tarixi abidələrin qorunması ilə yanaşı, müasir şəhərsalma modeli də formalaşdırılır.  Bu, eyni zamanda, çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması və bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların tətbiqində mühüm rol oynayacaq.

Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edir. Müdrik şəxsiyyətin memarlıq və dizaynına şəxsən nəzarəti altında tikilmiş, bu gün də dövlət və beynəlxalq tədbirlərin məkanına çevrilmiş Gülüstan sarayı, beynəlxalq idman yarışlarının keçirilməsi üçün çox əlverişli hesab edilən Bakı İdman-Konsert Kompleksinin tikintisində milli üslubların qorunmasına, modern və ənənəvi elementlərin birləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Belə tikililər paytaxtımızın simasının əhəmiyyətli dərəcədə dəyişməsində mühüm rol oynayıb. Ulu Öndərin ölkəmizə ilk rəhbərliyi dövründə Azərbaycanın şəhərsalma sistemlərinin qorunması və müasirləşdirilməsi ilə bağlı vacib qərarlar qəbul edilmiş, çoxsaylı tədbirlər həyata keçirilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, şəhərsalma və memarlıq fəaliyyətinin davamlılığını təmin edən əsaslı tədbirlər həyata keçirilmişdir.

Ulu Öndərin siyasi kursunu yeni dövrə, müasir çağırışlara uyğun layiqincə davam etdirən Prezident İlham Əliyevin müdrikliyi şəhərsalma və memarlığın daha da inkişaf etdirilməsinə zəmin yaratdı. Məhz dövlət başçımızın diqqət və qayğısı sayəsində şəhər quruculuğu sahəsindəki yeni təzahürlər, ölkədə inşa edilən monumental komplekslərin memarlıq həlli yeni mərhələyə qədəm qoydu. Xalqımız dövrün qabaqcıl yanaşmalarını və milli təcrübələri əks etdirən layihələrin gerçəkləşdirilməsində də bunun şahidi oldu. Son illər yaradılan şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik orijinal nümunələr şəhərimizə gələn turistlər tərəfindən də heyranlıqla qarşılanır. Belə orjinal nümunələr sırasına daim yeniləşmə rəmzi olan möhtəşəm Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi modern üslublu unikal memarlıq abidələri, Ağ şəhər kompleksi daxildir. Bunlarla yanaşı, regionların memarlıq siması da zənginləşərək yeni şəkil almışdır.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi isə təsadüfi qərar deyil. Bu addım 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” ilə başlanan ideoloji xəttin məntiqi davamıdır. Dövlət bu qərarla göstərir ki, suverenlik yalnız siyasi və hüquqi kateqoriya deyil, eyni zamanda, məkanın, şəhərin və yaşayış mühitinin milli iradəyə uyğun qurulmasıdır. Bu təşəbbüs şəhərsalma və memarlığı milli kimliyin qorunması, mədəni irsin yaşadılması və dayanıqlı gələcəyin təmin edilməsi kontekstində birləşdirir. Şəhər mühiti sadəcə yaşayış sahəsi olmaqla yanaşı, sosial ədalətin, ekoloji tarazlığın və ictimai rifahın reallaşdığı məkan kimi təqdim olunur.

Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlığı, milli şəhərsalma forumlarının təşkili və 2026-cı ildə Dünya Şəhərsalma Forumunun (WUF-13) Bakıda keçirilməsi ölkənin qlobal şəhərsalma gündəliyində artan rolunu təsdiqləyir. Azərbaycan bu proseslərdə təcrübə təqdim edən və təşəbbüs irəli sürən tərəfdaş kimi çıxış edir. Beləliklə, Azərbaycanın şəhərsalma və memarlıq irsi tarixdən müasirliyə uzanan davamlı xətt təşkil edir. Bu xətt XX əsrdə dövlət planlaşdırmasına, müstəqillik dövründə milli identiklik və modernləşməyə, postmünaqişə mərhələsində isə bərpa və dayanıqlı inkişaf modelinə çevrilmişdir.

 

Niyaməddin Əsgərov

 

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədr müavini.

 

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Göygöl Peşə Məktəbində “Açıq qapı” günü keçirilib

Növbəti xəbər

Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir

Əlaqədar Xəbərlər

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

20 saat əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Azərbaycanın artan geosiyasi rolu

20 saat əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Tarixi Zəfərdən Böyük Qayıdışa

20 saat əvvəl
YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır

4 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər

4 gün əvvəl
Növbəti xəbər
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir

Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Siyasət

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

9 saat əvvəl
Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Siyasət

“Ulu Öndər müstəqilliyin qorunmasını dövlət siyasətinin başlıca vəzifəsi kimi müəyyənləşdirmişdi”

17 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

20 saat əvvəl
Uğurlu inkişafın təməli
Sosial

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

20 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Siyasət

Regional sabitliyin möhkəmləndirilməsində Azərbaycanın çoxşaxəli əməkdaşlığı

20 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.