İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
28 İyul, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

ATU-da 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirildi

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

YAP Yasamal rayon təşkilatı və “H.Cavid pr.25” (Azərbaycan Texniki Universiteti) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə 15 iyun-Milli Qurtuluş Gününün 31 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Manset.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü Misir Mərdanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü Şahin İsmayılov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, Partiyanın üzvləri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

 

Tədbirin rəsmi hissəsindən öncə Azərbaycan Texniki Universitetinin inzibati binasında yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə gül dəsətləri düzülüb. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib.

 

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini özündə əks etdirən video çarx nümayiş olunub.

 

Tədbiri giriş nitqi ilə açan Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev qeyd edib ki, Azərbaycan xalqı 31 ildir 15 iyun tarixini Milli Qurtuluş Günü kimi qeyd edir. Bu əlamətdar tarixlə xalqımızın gələcək həyatının ən önəmli başlanğıclarının əsası qoyulub. Rektor deyib ki, 90-cı illərdə Azərbaycanı ağır və dözülməz vəziyyətdən xilas edən lider məhz ulu öndər Heydər Əliyev ola bilərdi. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, ölkə bütün sahələrdə inkişaf etdi. Bu gün Ulu Öndərin layiqli davamçısı, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində Qalib ölkə olan Azərbaycan dünyada söz sahibidir.

 

Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü Misir Mərdanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü Şahin İsmayılov çıxış edərək vurğulayıblar ki, 15 İyun – Milli Qurtuluş Günü xalqımızın tarixinin parlaq səhifələrindən birini təşkil edir. Bu bayram şərəfli və mənalı ömür yolunu müstəqil Azərbaycan dövlətinin qurulmasına, onun dünya ölkələri arasında layiqli yer tutmasına, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşamasına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gələn Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını cəsarətlə, qətiyyətlə yerinə yetirdi. Bir neçə gün sonra iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və beləliklə, 15 İyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu gün ulu öndər Heydər Əliyevin yolunu Onun layiqli siyasi varisi Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Əldə olunan şanlı Zəfərlər də bunu bir daha təsdiq edir.

 

Yekun nitqlə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildiirb ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm hadisələrin əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan ulu öndər Heydər Əliyevdir. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona Ümummilli Lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Qeyd olunub ki, Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş və qətiyyətli siyasəti sayəsində Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlər onu söyləməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil dövlət əmin əllərdədir. Vətənimizin əldə etdiyi uğurlarının aspektində əldə olunan tarixi Qələbələr və bu Qələbələrdə Ulu Öndər Heydər Əliyev ideyalarının əsas həlledici rola malik olmasını xüsusi qeyd etmək lazıdır. Bu tarixi Zəfərlər və ərazi bütövlüyümüzün tam təmin olunması mahiyyət etibarilə Ümummilli Liderimizin müəyyən etdiyi və Prezident cənab İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi və inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir.

 

Çıxışlardan sonra bir qrup partiya üzvünə fəxri fərman və partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.

 

Sonda xatirə şəkli çəkdirilib.

 

 

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu

Növbəti xəbər

Azərbaycan-Türkiyə qardaşlığını dünyaya bildirən Şuşa Bəyannaməsi

Əlaqədar Xəbərlər

Yeni dönəm, yeni strategiya
Sosial

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

5 gün əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

6 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

2 həftə əvvəl
“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi
Sosial

“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi

4 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

26 İyun – Azərbaycan Ordusunun qüdrət və şərəf günü

1 ay əvvəl
Könül Nurullayeva növbəti dəfə vətəndaş qəbulu keçirib
Sosial

Könül Nurullayeva növbəti dəfə vətəndaş qəbulu keçirib

1 ay əvvəl
Növbəti xəbər
Uğurlu inkişafın təməli

Azərbaycan-Türkiyə qardaşlığını dünyaya bildirən Şuşa Bəyannaməsi

“Hələ də anlamıram ki, o necə gəlib nazir olub?”
Gündəm

“Sonradan bildim ki, onun yanındakı qız da erməni əsillidir” – Elşən Musayev

1 gün əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

5 gün əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

5 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Deputat: Azərbaycan-Almaniya münasibətləri uzunmüddətli strateji baxışa əsaslanan tərəfdaşlıq modeli üzərində qurulur

5 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.