İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
24 Oktyabr, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Deputat: Azərbaycan-Almaniya münasibətləri uzunmüddətli strateji baxışa əsaslanan tərəfdaşlıq modeli üzərində qurulur

3 ay əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasət kursu ötən illər ərzində Azərbaycanın beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyində, Avrasiya nəqliyyat marşrutlarının formalaşdırılmasında, regional sabitliyin təmin olunmasında və yeni iqtisadi əməkdaşlıq platformalarının yaradılmasında mühüm rol oynayan dövlətlərdən biri kimi böyük nüfuz qazanıb. Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü hesab olunan Almaniya ilə Azərbaycan arasında münasibətlərin strateji müstəviyə keçməsi istiqamətində atılan addımlar da məhz bu reallığın növbəti təsdiqidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

Dövlətimizin başçısının Almaniya Federativ Respublikasına rəsmi səfərinin Azərbaycanın Almaniya, eləcə də Avropanın aparıcı dövlətləri ilə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərən mühüm siyasi hadisə olduğunu bildirən Ş.İsmayılov deyib: “Səfər çərçivəsində əldə olunan razılaşmalar, imzalanan sənədlər və aparılan müzakirələr Azərbaycan-Almaniya münasibətlərinin artıq ayrı-ayrı əməkdaşlıq istiqamətlərini deyil, geniş strateji gündəliyi əhatə edən uzunmüddətli tərəfdaşlıq modelinə çevrildiyini nümayiş etdirir. Bu, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin dərinləşməsində də mühüm rol oynayacaq”.

Komitə sədri qeyd edib ki, iki ölkə arasında münasibətlər uzunmüddətli strateji baxışa əsaslanan kompleks tərəfdaşlıq modeli üzərində qurulur. Təbii ki, “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” münasibətlərin yeni mərhələyə yüksəlməsi, gələcək inkişafı üçün möhkəm siyasi və hüquqi baza formalaşdırır. Həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması iki ölkənin dövlət qurumları və biznes dairələri arasında sistemli əməkdaşlıq mexanizmi formalaşdıracaq, investisiyaların təşviqi, innovasiya, yüksək texnologiyalar və sənaye kooperasiyası istiqamətlərində əməkdaşlıq üçün yeni perspektivlər açacaq.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var

Növbəti xəbər

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

Əlaqədar Xəbərlər

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

19 dəqiqə əvvəl
YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib

19 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

2020-ci il oktyabrın 25-i Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb

20 saat əvvəl
Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Gündəm

Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib

23 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Xalqımız, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir

23 saat əvvəl
“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”
Gündəm

“Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir”

2 gün əvvəl
Növbəti xəbər
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

19 dəqiqə əvvəl
YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib

19 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

2020-ci il oktyabrın 25-i Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb

20 saat əvvəl
Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Gündəm

Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib

23 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Xalqımız, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir

23 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.