İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 Sentyabr, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Sonradan bildim ki, onun yanındakı qız da erməni əsillidir” – Elşən Musayev

2 ay əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“İsveçrədə sığınacaq alan Emin Hüseynovun separatçı Ovsep Xurşudyanla birgə yeni layihəyə başlaması və qonaq qismində ilk olaraq revanşist, inkarçı fəaliyyəti ilə tanınan David Stepanyanı öz efirinə dəvət etməsi əslində məni qətiyyən təəccübləndirmədi. Niyə? Çünki Emin, illər boyunca azərbaycanlıların deyil, məhz ermənilərin aşiqi olub. Çünki Eminin yapısındakı, genindəki, qanındakı erməni çalarları, erməni ruhu ona başqa cür davranmağa imkan vermir. Və nəhayət: Çünki Emin əmr quludur, xüsusi xidmət orqanlarının ştatlı “verbovka”sıdır və eyniadlı səbəbdən də “kuratorları” nə tapşırıq versə, onları qeyd – şərtsiz icra etməyə məhkumdur”.

Bu fikirləri “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev söyləyib.

Millət vəkili bildirib ki, o, Emin Hüseynovla ilk dəfə 2015-ci ildə Strasburqda qarşılaşıb: “AŞPA-nın inzibati binasında balaca bir bufet var. Hərdən nümayəndə heyətimizin digər üzvləri ilə bərabər ya iclaslardan sonra, ya da müzakirələrarası ora düşərdik ki, çayla, kofeylə boğazımızı yaşlayaq. Və nə zaman getsək, bir baxırdıq, Emin orada “bitib”. Yanında da bir çəlimsiz qız. Üstəlik, davamlı şəkildə, dayanmadan, nəsə yazıb-pozurdular. Sonradan bildim ki, həmin qız da erməni əsillidir və bunların “cızmaqaraları” Azərbaycanı nüfuzdan salmağa yönəlik çağırışlardır. Vərəq şəklində tirajlayıb paylayırdılar. Foyedə. Kuluarlarda. Yetənə. Kim qarşılarına çıxdı – ona. Hətta bir dəfə çaşıb mənə də vermişdilər.

Bundan sonra sosial şəbəkələrdə onun vətəndaşlıq almaq üçün Ermənistan rəhbərliyinə müraciət etməsi barədə xəbərlər dolaşdı. Daha sonra məlum oldu ki, İsa Qəmbərin oğlu İlkin Qəmbərin saxta erməni soyqırımı haqda çəkdiyi sənədli filmin əsas rəyçisi Emin imiş. Ondan sonra erməni Karine Markaryanla vətəndaş nikahına girdi, Vardanyanın müdafiəsinə qoşuldu, erməni mətbuatının əsas manşetlərindən, erməni diasporunun tədbirlərindən boylandı. Əlqərəz, Emin həyatının heç bir dönəmində və etapında erməni əskikliyindən, erməni çatışmazlığından, erməni kasadlığından əziyyət çəkmədi. Hara getdisə onları tapdı, onlarla qucaqlaşdı, onlarla əlbirləşdi…

Yəni demək istəyirəm ki, bu gün haqqında bəhs edilən, erməni ilə ortaq layihə hazırlayan, öz studiyasını separatçılarla, ən aşağılıq adamlarla “bəzəyən” Emin, bax həmin Emindir!

Nankor Emin! Qatı ermənipərəst Emin! Revanşistdən, daşnakdan daha betər Emin! Şizofren Mehmanın qardaşı Emin! Şərəf və vicdan anlayışlarından bir ömür boyunca qısır qalan Emin! Qadın paltarı ilə, dikdabanla, pariklə, iri dolğulu dodaq boyası, ənlik və kirşanla səfirlik həndəvərlərində bərq vuran Emin..!”

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

Növbəti xəbər

Azərbaycan dili milli kimliyimizin əsas sütunudur

Əlaqədar Xəbərlər

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

15 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Sülhə qarşı Ermənistan cəmiyyətinin təəssüf doğuran reaksiyası

16 saat əvvəl
Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb
Gündəm

Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb

17 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Diplomatik səfər Azərbaycanın suverenliyinin praktik göstəricisidir

18 saat əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

“Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri erməni saxtakarlığının ifşası baxımından da böyük əhəmiyyətə malikdir” – Elşən Musayev

18 saat əvvəl
Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir
Gündəm

Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir

1 gün əvvəl
Növbəti xəbər
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib

Azərbaycan dili milli kimliyimizin əsas sütunudur

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

15 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Sülhə qarşı Ermənistan cəmiyyətinin təəssüf doğuran reaksiyası

16 saat əvvəl
Sözü və əməli bir olan Lider
Sosial

Qarabağ reallığı və revanşizmin isterikası 

16 saat əvvəl
Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb
Gündəm

Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb

17 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Diplomatik səfər Azərbaycanın suverenliyinin praktik göstəricisidir

18 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.