İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
8 İyul, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

AŞPA-nın məqsədi Azərbaycana qarşı qisasın açıq-aydın göstəricisidir

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Növbədənkənar prezident seçkiləri ərəfəsində Avropa Şurası Parlament Assambleyasının ölkəmizə qarşı belə bir addım atması seçki dönəmində Azərbaycanı hədəfə gətirmək məqsədi daşıyır.
Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmasının ölkəmizə hansısa bir təsirinin olma ehtimalı çox aşağıdır.
“Bizim konkret sualımız var: Niyə bu məsələlər məhz indiki dövrdə qalxır? İşğal altında olan torpaqlarını azad etdikdən, suverenliyini təmin etdikdən sonra Azərbaycana qarşı niyə belə addımlar atılır? Bu, bir daha onların ölkəmizə qarşı qərəzli olduğunu göstərir. Bütün bunlar məqsədli şəkildə Azərbaycan əleyhinə atılmış addımlardır. Neçə ildir ki, biz AŞPA-ya üzv dövlətik. Həmin müddət ərzində bir dəfə də olsun bu qurum tərəfindən Ermənistanın törətdiyi soyqırımlarla bağlı hər hansı bir fikir, məlumat görməmişik. Amma bu gün Azərbaycana qarşı qərəzli addımlar irəli sürürlər. Belə olduğu təqdirdə bizim də AŞPA-ya ehtiyacımız yoxdur. Ona görə də, hesab edirəm ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti çox doğru addım atdı.
“Məlum olduğu kimi, son vaxtlar Avropa İttifaqının təsisatlarının Azərbaycana qarşı qərəzli yanaşmaları, qərarları ən pik həddə çatıb. Son addımlar və qərarlar da bu qərəzi açıq-aydın göstərirdi. Həm Cozep Borrelin açıqlamaları, həm Avropa Şurasında Azərbaycanın ünvanına səsləndirilən fikirlər, həm ölkəmizlə bağlı qəbul edilən qərarlar Bakının bu istiqamətdə sərt addımlar atmasını zəruri edirdi.
Biz müstəqil və qürurlu dövlətik. Ona görə də bu ittihamları heç vaxt qəbul edə bilməzdik.Haqlı olaraq Azərbaycan qəti şəkildə öz mövqeyini bildirdi. Yəni qurum daxilində fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırdı. Çünki özünü Avropanın əsas aparıcı qurumlarından biri kimi təqdim edən Avroittifaq əslində bu gün Fransanın, Almaniyanın alətinə çevrilib. Onun nəticəsidir ki, Azərbaycana qarşı bu qurum tərəfindən əsassız qərarlar qəbul edilir. Azərbaycan özünə hörmət edən dövlətdir. Harda bizi istəmirlərsə, orada olmarıq. Nə vaxta kimi belə qərəzli olacaqlar, Azərbaycan buna öz sərt etirazını bildirəcək. Hesab edirəm ki, müəyyən müddətdən sonra AŞPA öz səhv qərarına yenidən baxa bilər. Çünki Azərbaycan regionun lider dövlətidir və Avropanın enerji təchizatında mühüm rol oynayır. O cümlədən, ölkəmiz Avropa ilə Mərkəzi Asiya arasında vacib tranzit körpüdür. Şərq-Qərb, Şimal-Cənub dəhlizləri Azərbaycanda kəsişir. Ona görə də bütün bunlar gözardı edilə bilməz”.
Əlaqələrin yenidən bərpa olunması qurumun bizə münasibətindən, eləcə də proseslərin hansı formada davam etməsindən asılıdır”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Müşfiq Səfərov: AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur

Növbəti xəbər

AŞPA-dakı antiazərbaycan qrupların eybəcərlikləri

Əlaqədar Xəbərlər

Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

2 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

7 ay əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

7 ay əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

9 ay əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Siyasət

Komitə sədri: Fransız və erməni “bacıları” kimdir ki…

9 ay əvvəl
Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir
Siyasət

Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir

9 ay əvvəl
Növbəti xəbər
Xankəndindən Zəfər çıxışı

AŞPA-dakı antiazərbaycan qrupların eybəcərlikləri

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

23 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

1 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

1 gün əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycanın regional liderliyinin növbəti nümunəsi

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.