İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
16 Aprel, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Dövlət gənclər siyasətinin dinamik inkişafı”

1 il əvvəl
Oxunma müddəti: 9 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında gənclərlə silsilə görüşlərə start verilib.Gənclərlə ilk görüş 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü ilə əlaqədar “Dövlət gənclər siyasətinin dinamik inkişafı” mövzusunda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov ilə keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən büstü önünə tər gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü və onun əhəmiyyəti haqqında danışıb. Qeyd olunub ki, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsidir. O qeyd edib ki, vətənpərvərlik tərbiyəsi gənc nəslin mənsub olduğu milli dəyərlərə, tarixi ənənələrə bağlılığını özündə ehtiva edir: “Vətənin tarixi keçmişini dərindən bilmək, milli dəyərlərinə sahib olmaq, adət-ənənələrini öyrənmək, maddi və mənəvi sərvətlərini qorumaq vətənpərvər insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdəndir”.

Çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov qeyd edib ki, Azərbaycanda səmərəli və məqsədyönlü dövlət gənclər siyasəti uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasət Azərbaycan gəncliyinin fiziki, mənəvi və intellektual inkişafını təmin edib. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, ölkəmizdə Gənclər Gününün təsis edilməsi və digər mühüm əhəmiyyətə malik olan tədbirlər də bu kontekstdə xüsusi vurğulanmalıdır. Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycan dövləti gənclərin milli ruhda tərbiyə almalarına xüsusi diqqət yetirir və həyata keçirilən məqsədyönlü tədbirlər məhz bu amala xidmət edir. Bu baxımdan, əldə olunan tarixi Qələbələrdə gənclərin rolu həlledici oldu. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  gənc nəslə qayğısının nəticəsi idi.

Görüşdə gənclərin çoxsaylı sualları cavablandırılıb.

Sonra ali təhsil müəssisələrinə yüksək balla qəbul olan (prezident təqaüdçüləri), beynəlxlaq olimpiadalarda qalib olan gənclərə hədiyyələr, YAP Yasamal rayon təşkilatında könüllülük fəaliyyətini müvəffəqiyyətlə başa vuran fəallara sertifikatlar təqdim edilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bu tarixi Qələbədən dərhal sonra, Qubadlı rayonunda da genişmiqyaslı quruculuq işlərinə start verilib

Növbəti xəbər

Deputat: Zəngilan bu gün öz övladlarının əli ilə qurulur

Əlaqədar Xəbərlər

Azərbaycanın arxalandığı güc
Gündəm

Azərbaycan səhiyyəsinə və tibb elminə xidmətin parlaq nümunəsi

8 saat əvvəl
“Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb”
Gündəm

“Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb”

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Təbabətdə öz dəst-xətti olan novator alim

2 gün əvvəl
Zərifə Əliyevanın traxoma infeksion xəstəliyinə qarşı mübarizəsi
Gündəm

Zərifə Əliyevanın traxoma infeksion xəstəliyinə qarşı mübarizəsi

2 gün əvvəl
Azərbaycan səhiyyəsinə həsr olunmuş ömür
Gündəm

Azərbaycan səhiyyəsinə həsr olunmuş ömür

2 gün əvvəl
Elman Nəsirov növbəti dəfə vətəndaşlarla görüşüb
Gündəm

Elman Nəsirov növbəti dəfə vətəndaşlarla görüşüb

3 gün əvvəl
Növbəti xəbər
Deputat növbəti hesabat jurnalını təqdim edib

Deputat: Zəngilan bu gün öz övladlarının əli ilə qurulur

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zərifə Əliyevanın zəngin elmi irsi bu gün də yaşayır

8 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Azərbaycan səhiyyəsinə və tibb elminə xidmətin parlaq nümunəsi

8 saat əvvəl
“Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb”
Gündəm

“Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb”

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Təbabətdə öz dəst-xətti olan novator alim

2 gün əvvəl
Müşfiq Səfərov: “Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyə gəlməzdir”
Xüsusi

Zərifə xanım Əliyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.