İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
4 İyul, 2025 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Qızılcaya yoluxan şəxslər üçün neçə xəstəxana ayrılıb? – RƏSMİ

1 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Yoluxucu xəstəliklərlə mübarizə xidmətinin təkmilləşdirilməsi və optimallaşdırılması, xəstəliklərin aşkarlanması, diaqnostikası və müalicəsi üzrə tədbirlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə payız-qış mövsümündə Azərbaycan ərazisində qızılca xəstəliyinə qarşı profilaktik tədbirlərin tərkib hissəsi olaraq TƏBİB-in tabeli tibb müəssisələri daxilində sanitariya-gigiyena tədbirlərinin və qızılcaya qarşı epidemioloji nəzarətin gücləndirilməsinin həyata keçirilməsi təcili və təxirəsalınmaz tibbi yardım və yoluxucu xəstəliklər şöbələri üstünlük verilməklə təmin edilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

“Qızılca xəstələrinin təcili və təxirəsalınmaz tibbi yardım şöbələrində çeşidlənməsi, müalicəsi, ağırlaşmaların idarə olunması, köçürülmələri və çarpayı fondunun idarə olunması, əlaqədar şöbələrin tibbi avadanlıqlarla, sərfiyyatla təmin edilməsi həyata keçirilir.

Bakı, Sumqayıt və regionlarda qızılca xəstəliyinə yoluxan və ya yoluxduğu güman edilən xəstələrin (böyüklərin) stasionar müalicəsi məqsədilə Sabunçu Tibb Mərkəzinin strukturunda olan “Məhəmmədi müvəqqəti modul tipli xəstəxana kompleksi”ndə 270 çarpayıdan ibarət şöbə təşkil edilib.

Eyni zamanda rayon mərkəzi xəstəxanalarının yoluxucu xəstəliklər şöbələrində, həmçinin N.Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında (uşaqların) da qızılca xəstəliyinə yoluxan və ya yoluxduğu güman edilən xəstələrin müalicəsi aparılır”, – deyə əlavə edilib.

Xatırladaq ki, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilib. 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Avropa ölkəmizlə əməkdaşlıqda maraqlıdır – Kamaləddin Qafarov

Növbəti xəbər

Sülh təşəbbüsləri

Əlaqədar Xəbərlər

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında ikitərəfli münasibətlər

6 saat əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Gündəm

Yüksəksəviyyəli qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan əlaqələrinin dinamik inkişafında müstəsna rol oynayır – RƏY

7 saat əvvəl
Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
Gündəm

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

3 gün əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

3 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın enerji siyasətində yeni mərhələ

4 gün əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Deputat: “İtaliya və Çinlə münasibətlər Azərbaycanın uğurlu xarici siyasətinin tərkib hissəsidir”

4 gün əvvəl
Növbəti xəbər
Enerji istehsalı üçün yeni imkanlar yaradılır

Sülh təşəbbüsləri

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Bakının ən gözəl yerində Özbəkistan parkı açılacaq

6 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında ikitərəfli münasibətlər

6 saat əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Gündəm

Yüksəksəviyyəli qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan əlaqələrinin dinamik inkişafında müstəsna rol oynayır – RƏY

7 saat əvvəl
Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
Gündəm

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

3 gün əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.